» » Müsafir orucunun pozulmasının hikməti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Müsafir orucunun pozulmasının hikməti
    +16
    Müəllif: Aşiqi Rüqəyya | 18-06-2016, 10:00 | Baxılıb: 1 340
     
     
     
    Müsafir orucunun pozulmasının hikməti
     
    (Müsafirin orucunun hökm və fəlsəfəsi barədə araşdırma xəbərinin davamı)
    Bəziləri deyirlər ki, bugünkü səfərlər qədimdəki səfərlər kimi at, dəvə və ya qatır vasitəsi ilə deyil ki, çətin və əziyyətli səfər sayılsın. Bu gün insanlar təyyarə vasitəsilə yüzlərlə kilometr yolu bir saatdan da az bir müddətdə heç bir yorğunluq hissi keçirmədən qət edirlər. Bununla belə, yenə də səfərdə namaz qəsr qılınmalı, oruc tutulmamalıdırmı? Yenə də, müsafirin vəzifəsi orucunu səfərdə pozmaqdırmı?
    Bu, o zaman düzgün sayıla bilər ki, müsafirin səfərdə oruc tutmamasının əsl səbəbi Peyğəmbər (s) dövründə səfərin çətin keçməsi olsun və Allah-taala da müsafirlər çətinliyə düşməsinlər deyə, oruc tutmamağı əmr etsin. Digər tərəfdən, qədimdə səfərlər istər-istəməz o qədər çətin idi ki, oruc tutmağa əmr etmək "ma-la-yutaq” (qütrətindən artıq işlə vəzifələndirmək) idi. Ona görə də oruc batil idi.
    «لَا يُكَلِّفُ اللَّـهُ نَفْسًا إِلَّا وُسْعَهَا»
    "Allah-taala hər kəsi qüvvəsi yetdiyi qədər vəzifələndirər.”( "Bəqərə "surəsi, ayə 276.)
    Amma bu fərziyyə düzgün deyil. Ona görə ki, bu hökmün əsl səbəbi əziyyət və çətinlik olsaydı:
    1. Uzun müddət səfərdə olan şəxs daha çox yorulduğu üçün ilk olaraq ona şamil olardı. Halbuki səfərdə oruc tutmağın hökmü – istər bir ay səfərdə olsun, istərsə də bir gün – yolda olduğu müddətdən deyil, çatdığı yerdə nə qədər qalacağından asılıdır.
    2. Bir kəs bir aylıq səfərdən sonra bir yerdə 10 gün qalmağı qəsd etsə, gedəcəyi yerə çatandan sonra oruc tutmaq ona vacibdir. Əgər bir günlük səfərdən sonra 8 gün bir yerdə qalmağı niyyət etsə, gedəcəyi yerə çatdıqdan sonra oruc ona vacib deyil. İndi bir sual ortaya çıxır ki, müsafir orucunun hökmlərinin fəlsəfəsi səfərin çətinliyidirsə, onda bu iki şəxsin vəzifəsi müsafir hökmlərinin fəlsəfəsinə uyğundur, ya yox?
    3. Bundan əlavə, müsafir orucunun batil olma səbəbi səfərin çətinliyi olsaydı, onda işi daim səfər etmək olan şəxsin namazı qəsr, orucu da vacib olmazdı. Halbuki, belə bir şəxs namazını kamil şəkildə qılmalı və orucunu tutmalıdır.
    4. Həmçinin, səfəri günah etmək üçün olan şəxs, səfərinin çətin olmasına baxmayaraq, namazını kamil qılıb orucunu tutmalıdır.
    Bütün bunlara əsasən, müsafir orucunun hökmünün əsil səbəbinin çətinlik olduğunu demək olmaz. Beləliklə, bugünkü səfərlərdə çətinliyin aradan qalxmasına baxmayaraq, müsafir orucunun vacib olmadığını iddia edənlər Quran ayələrinə arxalanırlar. Bunun daha da aydın olması üçün həmin ayələrin təfsirinə müraciət etmək lazımdır.
    "Bəqərə" surəsi 185-ci ayədə müsafir orucunun hikməti barəsində bir sıra ifadələr işlənmişdir:
    «یُریدُ اللهُ بِکُمُ الْیُسْرَ وَ لایُریدُ بِکُمُ الْعُسْرَ»
    "...Allah sizin üçün çətinlik deyil, asanlıq istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız....”
    Bəzilərinin nəzərinə görə, bu ifadə müsafir orucunun hikmətini izah edir. Onlar ayənin bu hissəsinə istinad edərək deyirlər ki, qədimdə, xüsusilə də, Peyğəmbərin (s) dövründə səfərlər at, dəvə və ya qatırlarla olduğundan çətin idi və Allah-taala da müsafirə güzəşt edir ki, əvəzində başqa günlərdə oruc tutsun. Amma bu gün səfərlər asan olduğundan, bu hökm qüvvədən düşür və o şəxsə oruc vacib olur.
    Məsələ belədir ki, «یُریدُ اللهُ بِکُمُ الْیُسْرَ وَ لایُریدُ بِکُمُ الْعُسْرَ» "...Allah sizin üçün çətinlik deyil, asanlıq istər, fövtə gedən günlərin orucunu tamamlayasınız....” – ifadəsinin ya onların iddialarına heç bir aidiyyəti yoxdur, yaxud da ki, orucun vacibliyinə aiddir. "Nümunə” təfsirinə istinadən deməliyik ki, Allah-taala bu mətləbi bəyan etməklə onu bildirmək istəyir ki, oruc da digər təklif və vəzifələr kimi insanın qüdrətinə uyğundur. Elə buna görə də, Allah-taala orucun hökmünü bəyan edərkən onu belə qeyd edir:
    «کما کتب علی الذین من قبلکم»، «ایام معدودات»، «ان تصوموا خیر لکم» و «یرید الله بکم الیسر و لا یرید بکم العسر»
    "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” "(Oruc tutmaq) sayı müəyyən olan günlərdir (bir aydır)”. "Oruc tutmaq sizin üçün daha xeyirlidir, əgər bilsəniz!” "Allah sizin üçün çətinlik deyil, asanlıq istər..."
    Əllamə Təbatəbai "əl-Mizan” təfsirində «يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ، وَ لا يُرِيدُ بِكُمُ الْعُسْرَ» "Allah sizin üçün çətinlik deyil, asanlıq istər...” – ifadəsini xəstə və müsafirlərə aid edir. Bununla belə o, müsafir orucunun hökmünün qüvvədə olduğunu düşünür.
    Nəticədə, bu ifadəni istər hökmün əslinə, istərdə də, xəstə və müsafirə aid etsək, yenə də müsafir orucunun hökmü qüvvədə qalır, çünki əsl səbəb burda nəzərə alınmır. Hər halda bu ifadə hikməti bəyan edir, səbəbi yox. Səbəb aradan gedərsə, hökm də aradan gedir. Bir hökmün kamil səbəbi və hikməti arasındakı fərq ondadır ki, hökmün səbəbi aradan qalxarsa, hökm də aradan qalxır. Hikmət aradan qalxarsa, hökm aradan qalxmaz. Xülasə olaraq onu qeyd edə bilərik ki, şəriət hökmlərinin yaranma səbəbi hikmətlər deyil, elə hökmlərin özüdür.  Səfərin çətinliyi müsafir orucunun hikməti olduğu üçün o aradan qalxsa da, hökm aradan qalxmır.
    Bu gün həmin hikmət hələ də mövcuddur. Əksər camaat üçün səfərin çətinliyi hələ də aradan qalxmayıb. Bunu "Heç bir yer insanın öz evi kimi deyil." məsəli də təsdiq edə bilər.
    Rəvayət də çətinliyi müsafir orucunun hökmündə kamil səbəb kimi inkar edir. İmam Sadiq (ə) buyurur: "Bir nəfər müsafir Ramazan ayında Peyğəmbərin (s) hüzuruna gəlir və soruşur: "Ramazan ayında oruc tutaqmı?" Həzrət (s) buyurur: "Xeyr!" Sonra o şəxs deyir: "Oruc tutmaq mənim üçün rahatdır.”
    Həzrət (s) buyurdu:
    «إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ تَصَدَّقَ عَلَى مَرْضَى أُمَّتِي وَ مُسَافِرِيهَا بِالْإِفْطَارِ فِي شَهْرِ رَمَضَانَ أَيُعْجِبُ أَحَدَكُمْ لَوْ تَصَدَّقَ بِصَدَقَةٍ أَنْ تُرَدَّ عَلَيْهِ».
    "Allah-taala mənim ümmətimin xəstə və müsafirlərinə oruc tutmamağı ehsan etdi. Siz ehsan etdiyiniz şeyin geri qaytarılmasına razı olarsınızmı?!” ("Vəsailuş-şiə”, c. 10, səh. 175, hədis. 13145.)
    Çətinlik müsafir orucunun batil olmasının yeganə səbəbi olsaydı, Peyğəmbər (s) "Oruc tutmaq mənim üçün asandır." deyən şəxsin müqabilində ona oruc tutmaq əmri verərdi."
    Digər bir hədisdə Müslim öz "Səhih"ində Cabir ibn Abdullahdan belə nəql edir: Allahın Rəsulu hicrətin 8-ci ili Ramazan ayında Məkkəyə doğru üz tutdu. "Kiraul-ğəmim” məntəqəsinə çatanda su içmək üçün qab istədi. Onu öz əlləri ilə o qədər yuxarı qaldırdı ki, hamı görsün. Sonra onu içdi. Yəni, ey camaat! Hamınız orucunuzu pozun! Allahın Rəsuluna (s) xəbər çatdırdılar ki, sizin aranızdakılardan bəziləri oruclarını açmadılar. Həzrət (s) buyurdu:
    «اولئک العصاةُ، اولئک العصاةُ»
    "Onlar günahkardılar, onlar günahkardılar!”. ("Vəsailuş-şiə”, c. 10, səh. 13143.)
    Səfərin çətinliyi müsafir orucunun yeganə səbəbi olsaydı, onda niyə Peyğəmbər (s) onları günahkar adlandırırdı. Onlar səfərdə də oruc tuta bilərdilər. Bundan əlavə, "onlar qiyamətə qədər günahkardırlar" cümləsindən belə başa düşülür ki, qiyamətə qədər müsafir orucunun hökmü qüvvədə qalır. Ondan boyun qaçıranlar günahkardırlar.
    Nəticə:
    Quran ayələri və Əhli-beytdən (ə) gəlib çatmış hədislərə əsasən, səfərdə oruc tutmaq düzgün deyil. Hədislər, xüsusilə də, ayələr buna aşkar dəlildir. Belə ki, hədislərin bəzilərində müsafir orucunun hökmü üçün ayənin zahirinə istinad edilib. Orucun səfərdə batil olmasının fəlsəfəsi bir çox başqa fəlsəfələr kimi bizə aydın deyil. Səfərdə çəkilən çətinlik müsafir orucunun hikmətidir ki, onun aradan getməsi ilə hökm aradan getmir. Buna görə də, bugünkü səfərlər istər məşəqqətli olsun, istərsə də, məşəqqətsiz bunun müsafir orucunun hökmünə heç bir aiddiyyatı yoxdur.
     
     
    Müəllif : Höcətil-İslam Hüseyn Əlladiri
    Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
     
     
    Bölmə: Şübhələr
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.