» » 28. Әmr sahibləri kimlərə deyilir?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    28. Әmr sahibləri kimlərə deyilir?
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 28-09-2014, 18:00 | Baxılıb: 1 725
     
     
    28. Әmr sahibləri kimlərə deyilir? 

    «Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və öz əmr sahiblərinizə itaət edin. Әgər bir məsələdə ixtilaf etsəniz, Allaha və qiyamət gününə iman gətirmişsinizsə, o məsələni Allaha və Peyğəmbərə həvalə edin. Bu, xeyirli və nəticə etibarı ilə daha yaxşıdır.» 
    Allah-taala bu ayədə bütün möminlərə özünə, Peyğəmbərə və «əmr sahiblərinə» mütləq şəkildə itaət etməyi əmr edir. Ayədə itaət əmrinin mütləq və istisnasız olduğu diqqətdən kənarda qalmamalıdır. Allah-taala özünün və məsum Peyğəmbərinin itaətinin vacib olduğu miqdarda «əmr sahiblərinin» də itaətini də vacib etmişdir.
    Allah-taalaya öz bəndələri tərəfindən mütləq şəkildə itaət olunması müzakirə və təhlilə ehtiyacı olmayan bir məsələdir. Həmçinin Peyğəmbərə (s) itaətin sorğusuz-sualsız vacib olması o qədər də dərin fikir və araşdırma tələb etmir. Çünki, Peyğəmbər (s) ilk növbədə ilahi vəhylə həmişə rabitədədir, buyurduğu bütün əmrlər bilavasitə ilahi əmr kimi qəbul olunur. Lakin «əmr sahiblərinin» itaətinin mütləq şəkildə əmr olunması, yəni onun itaətinin Allah və Peyğəmbərin (s) itaəti ilə fərqli olmaması bir anlaşılmazlıq və sual doğurandır: Bu «əmr sahibləri» kimlərə deyilir? Şübhəsiz ki, söhbət bütün ümmətin vahid rəhbərə itaət etməsindən gedir. Lakin bu rəhbər hansı keyfiyyətlərə malik olmalı, kim tərəfindən təyin olunmalıdır? Ötən bəhslərimizdə İslam ümmətinin rəhbərinin təyin olunması yolları barədə söhbət açmışdıq.
    Bu ayədə itaətin vacib olunduğu «əmr sahibləri» qeyd olunan yolların hansı biri ilə təyin olunan rəhbərlərə deyilir?
    1.İrsi yolla təyin olunan rəhbərlər;
    2.Zor gücü ilə hakim olan rəhbərlər;
    3.İcma və səs vermə yolu ilə təyin olunan rəhbərlər.
    Çox təəssüflər olsun ki, bəzi alimlər kor-koranə şəkildə təyin olunma üsulundan asılı olmayaraq, 
    bütün hakim və rəhbərlərin «əmr sahibi» olduğunu və onlara itaətin vacib olduğunu demişlər.
    Bu fikrin batil və bütün səmavi dinlərin mahiyyətinə zidd olduğunu isbat etmək o qədər də çətin deyil.
    Elə isə ilahi peyğəmbərlər nə üçün öz zamanlarının zalım hakimlərinə itaət etmədilər? Nə üçün Musa peyğəmbər Fironun, İbrahim peyğəmbər Nəmrudun zülm və tüğyanları qarşısında qiyam etdi?
    Zahirindən göründüyü kimi, bu təfəkkür tərzinin bünövrəsi qəsbkar əməvilər sülaləsinin hakimiyyət illərinə təsadüf edir. Demək istəyirlər ki, imam Hüseyn (ə) Allahın dinini təkzib edən mənfur Yezid ibni Müaviyəni (l.ə.) əmr sahibi hesab edərək onun əllərini öpməli idi!?
    Söhbət yalnız icma və səsvermə üsulu ilə seçilən rəhbərdən gedə bilər ki, Allah-taala bu üsulla təyin olunan rəhbərə mütləq şəkildə itaət olunmasını vacib etmişdirmi? Diqqət etsək cavabın mənfi olduğunu qəbul etməli olacağıq.
    İcma və səsvermə yolu ilə təyin olunan rəhbərin müəyyən dərəcədə səhv etməsinə ehtimal olunmurmu?
    Xalqın əksəriyyətinin seçdiyi hər hansı bir şəxs günahdan uzaq və məsum hesab olunurmu?
    Şübhəsiz ki, insanların zahiri keyfiyyətlərlə qiymətləndirib seçdikləri heç bir şəxs səhv və günah ehtimalından uzaq deyil. Çünki, biz insanlar bir-birimizin batinini görmək, qəlbindən xəbər verməyə qadir deyilik. Bəzən insanları tanımaqda, öz nikbinliklərimizdə elə böyük səhvlərə yol veririk ki, illərlə peşmançılıq çəkirik. Bəs Allah-taala səhv və günah ehtimalı olunan bir şəxsin (ehtimal az olsa belə) itaətini Öz itaəti qədərində vacib edə bilərmi?
    Bu, yolu yaxşı tanımayan bir şəxsi başqalarına bələdçi təyin etməyə bənzəmirmi? Bütün aqil insanlar qəbul edirlər ki, mütləq şəkildə itaəti vacib olan şəxs hökmən məsum və günah ehtimalından uzaq olmalıdır.
    İmam Fəxri Razi «Məfatihul-ğeyb» təfsirində bu ayəni şərh edərkən yazır:
    «Әgər bu ayədə «əmr sahiblərinin» məsum olmadığını desək, iki zidd məfhumu bir yerə cəm etmiş olarıq – gecə ilə gündüzün bir vaxtda cəm olması kimi... (iki zidd məfhum dedikdə günah və itaəti nəzərdə tutur).»
    Bəli, təsdiq etməliyik ki, itaəti sorğusuz-sualsız vacib olan şəxs mütləq məsum olmalıdır.
    Bəs məsum şəxslər kimlərdir?
    Ötən bəhslərimizin birində Әhzab surəsinin 33-cü ayəsində Әhli-beytin bütün günah və pisliklərdən paklanması və məsum olması barədə məlumat vermişik. Müxtəlif əhli-sünnət kitablarında Әhli-beytin Әli (ə)-a və onun övladlarına şamil olduğunu bəyan etdik. Bu barədə bir neçə mötəbər hədis gətirməklə bir daha həqiqəti açıqlayırıq:
    Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında Peyğəmbərdən (s) nəql edir:
    «Mən, Әli, Həsən, Hüseyn və Hüseynin övladlarından doqquz şəxs bütün pisliklərdən paklanmış və bütün günahlardan məsumdurlar.»
    Şeyxul-islam Həmvini «Fəraidus-simətəyn» kitabında Salman Farsidən nəql edir:
    «Peyğəmbər (s) əlini imam Hüseynin çiyninə qoyub buyurdu: O, imam oğlu imamdır. Onun sülbündən gələn doqquz imam ən yaxşı insanlar, əmanətdar və məsumdurlar.»
    Gördüyünüz kimi bütün mötəbər hədislər göstərir ki, itaəti vacib olan «əmr sahibləri» ilahi əmrlə təyin olunan məsum imamlardır.
    Bundan əlavə, digər hədislərdə və bu ayənin şərhində «əmr sahiblərinin» Әli (ə) və onun övladları olduğu açıq şəkildə bəyan edilmişdir:
    Әbu İshaq Şeyxul-islam Həmvini «Fəraidus-simətəyn» kitabında, özünün mötəbər saydığı hədislərə istinad edərək yazır:
    «Peyğəmbərdən (s) bizim əlimizə belə çatmışdır ki, «əmr sahibləri» Әli (ə) və digər Әhli-beytdir.»
    İsa ibni Yusif Həmədani Şafei Səlim ibni Qeysdən nəql edir:
    «Bir gün Әli (ə) bir dəstə səhabənin müqabilində Peyğəmbərdən (s) «əmr sahibləri» barəsində soruşdu. Həzrət buyurdu: Ya Әli! Sən onların birincisisən.»
    Məhəmməd ibni Mömin «Risalətul-etiqadat» kitabında yazır:
    «Әmr sahibləri Әli (ə)-ın barəsində nazil olmuşdur.»
    Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə»  kitabında yazır:
    «Peyğəmbər (s) Әlini Mədinədə canişin təyin edəndən sonra bu ayə Әlinin barəsində nazil oldu.»

    Kitabın adı: İttihamla üz-üzə
    Müəllif: Mətləb Baqir

     
     
    Bölmə: Şübhələr / Suallar
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 29 Eylül 2014 11:12 | İstifadəçi | Şərh yazdı
    beh beh gozel movzudu ellerive sagliq. ehsen

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Neyneva | Status: | 29 Eylül 2014 09:06 | Qonaq | Şərh yazdı
    Gozel bacim Gul bacim cox beyendim yazan elleriniz var olsun.Allahin bu dunyada en gozel sozu"Qulum Senden Raziyam"kelmesi olsun insallah.Allah sizi en Mehriban ve Momine bendelerinden qerar versin Insallah.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.