» » İki namazın ardıcıl qılınması


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İki namazın ardıcıl qılınması
    +1
    Müəllif: Admin | 15-11-2013, 14:32 | Baxılıb: 20 434

     

    2 namazın ardıcıl qılınması

    Qısa cavab

    Nə üçün şiələr namazı birləşdirib qılırlar, bu şəriətə zidd deyil?

    Sübh namazının vaxtı, sübhün açılmasından günəşin doğmasına qədərdir. Zöhr və Əsr namazının vaxtları günorta çağının başlanmasından günəşin batmasına qədər olan müddətdir. Məğrib və İşa namazlarının vaxtı günəşin qürubundan gecə yarısına qədərdir. Quranın ''İsra'' surəsinin 78-ci ayəsində buyurulub: ''Gün batandan gecə qaranlıq düşənədək namazını qıl və habelə səhər (sübh) namazını (da qıl)…'' İslam Peyğəmbəri(s) müsəlmanlara rahat olsun deyə zöhr və əsr namazlarının, məğrib və işa namazlarının birlikdə qılına biləcəyinə izn vermişdir. Ərəfatda günəş batarkən camaat ''namaz, ya Rəsuləllah!'' dedi, lakin Peyğəmbər(s) belə buyurdu: ''Məşərül-həramda Məğrib namazını gecikdirdilər və İşa namazıyla birlikdə qıldılar ki, bu da əda idi, qəza deyildi.'' Şiələrin namazı birləşdirib qılması göründüyü kimi, özbaşınalıq deyil, ümumiyyətlə şiələrin bütün əməlləri Allahın əmri, Peyğəmbərin buyruğuna əsasəndir. ''Peyğəmbər(s)-lə birlikdə səkkiz rükət Zöhr və Əsr namazlarını və yeddi rükət Məğrib və İşa namazlarını birlikdə qıldıq.'' (''Müsnədi Əhməd'' c. 1, səh.221)

     ''Əbu Şəsaya dedim ki, fikir edirəm, Allahın Peyğəmbəri Zöhr namazını təxirə saldı və Əsr namazını vaxtından əvvəl qıldı və həmçinin Məğrib namazını gec qıldı. Əbu Şəsa isə cavab verdi ki, mən də bu cür düşünürəm.'' Hədislərdən açıq-aydın görünür ki, Peyğəmbərimiz(s) namazları birlikdə qılmışdır. (''Müsnədi Əhməd'' c. 1, səh.251) İbni Abbas Bəni-Təmim qəbiləsindən olan bir kişiyə hirslənib dedi ki, sən Peyğəmbərin sünnəsini mənə öyrətmək istəyirsən? Mən Allah Peyğəmbərinin Zöhrlə Əsr, Məğriblə İşa namazlarını birlikdə qılmasına şahid olmuşam. Abdullah deyir: ''Bu məsələ mənim üçün şübhə yaratdı və ona görə də mən Əbu Hüreyra ilə görüşərkən bu barədə soruşdum. O, da İbni Abbasın sözünü təsdiq etdi.'' (''Səhihi Müslüm'' c. 2, səh.151, Misir çapı) ''Peyğəmbərimiz(s) Mədinədə heç bir düşmən qorxusu olmadan və səfərdə olmadığı halda zöhr ilə əsr namazını birlikdə qıldı. Sonra İbni Abbas Peyğəmbərin məqsədini bəyan edir ki, o Həzrət ümmətindən heç kimin zəhmətə düşməsini istəmirdi.'' (''Səhihi Müslüm'' c. 2, səh.152) ''Peyğəmbər(s) Mədinə şəhərində heç bir düşmən qorxusu olmadan və yağış yağmadığı halda Zöhr ilə Əsr və Məğrib ilə İşa namazlarını birlikdə qıldı.

    Səid İbni Cəbir deyir ki, İbni Abbasdan soruşdum ki, nə üçün Peyğəmbər belə edir? İbni Abbas isə cavab verdi ki, ona görə ki, istəmirdi öz ümmətini zəhmətə salsın.'' (''Səhihi Buxari'' c. 1, səh.110) ''Peyğəmbər yeddi rükət Məğrib və İşa namazını və səkkiz rükət Zöhr və Əsr namazlarını Mədinə şəhərində birlikdə qıldı.'' (''Mütəqqi Hindi'', ''Kənüzul-ümmal'' c. 8, səh.246) Abdullah ibn Ömər deyir: ''Peyğəmbər(s) öz vətənində olarkən səfərdə olmadığı halda, Zöhr ilə Əsr namazını və həmçinin Məğriblə İşa namazlarını birlikdə qıldı. Sonra bir kişi İbni Ömərdən soruşdu ki, nə üçün Peyğəmbər namazları belə qıldı? İbn Ömər cavab verdi ki, Ona görə ki, o öz ümmətini əziyyət və çətinliyə salmaq istəmirdi. Əgər bir kəs istəsə bu namazları birlikdə qıla bilər.'' (Kənzul-ümmal'' c. 8, səh.247) Cabir ibni Abdullah deyir: ''Peyğəmbər(s) Zöhr ilə Əsr namazlarını birlikdə bir azan və iki iqaməyə qılırdı.'' Hədisləri oxuduqdan sonra bu namazların birlikdə qılınmasının caiz olduğu su kimi aydındır. Məlumdur ki, Allahın Rəsulu ilahi əmri gecikdirməzdi. Peyğəmbərimizin məqsədi bu namazları bir vaxtda qılmağın mümkünlüyünü bildirmək idi.  

    Ətraflı cavab

    İKİ NAMAZIN ARDICIL QILINMASI

    Görəsən iki namazı bir-birinin ardınca ardıcıl olaraq qılmaq düzgündürmü?

    Bu sual hal-hazırda bir çoxunu düşündürür. Xüsusən də, haqq axtaran gənclər iki namazın ardıcıl qılınmasının düz və ya səhv olmasını tez-tez araşdırırlar. Çox vaxt biz bu sualla qarşılaşırıq: Zöhr və əsr, məğrib və işa namazlarını ardıcıl olaraq birini digərindən sonra qılmaq məqbul sayılırmı?

    Cavab: İlk növbədə qeyd edək ki, üç məzhəb – maliki, şafei, hənbəli – iki namazın ardıcıl qılınmasını səfərdə olan insan üçün məqbul hesab etmişlər. Lakin bununla belə, yağış, xəstəlik, qorxu və digər üzürlü hallarda iki namazın ardıcıl şəkildə qılınması məsələsi bu məzhəblər arasında fikir ayrılığına səbəb olmuşdur. Hənəfi məzhəbi isə iki namazı bir-birinin ardınca qılınmasını Әrəfədən (Məkkədə dağ adı) başqa yerdə, ümumiyyətlə, qadağan etmişdir.

    Şiə məzhəbi iki namazın ardıcıl şəkildə qılınmasının düzgünlüyünü qeyd etmiş və bütün hallar (səfərdə, evdə, hərbdə və s.) üçün bu işin caiz olduğunu bildirmişdir. Şiələr bu və digər şəri hökmlərdə Allah və onun rəsulunu rəhbər tutaraq, həmçinin Qurani-kərimə, Peyğəmbərin (s) səhih, mötəbər hədislərinə istinad edərək fikir irəli sürürlər. Yuxarıda qeyd edilən hökm barəsində isə kifayət qədər dəlil və sübut vardır.

    Әziz oxucu, həmin dəlilləri diqqətinə çatdırmaq istərdik. Bu dəlillər iki qismə bölünür. Quran ayələri, Peyğəmbərin (s) səhih hədisləri.

    1– QURAN AYӘLӘRİ

    Qurani-kərimdə namazın vaxtlarına işarə edən bir neçə ayə vardır. Həmin ayələr namazların qılınma vaxtını təyin edərək, onu üç yerə bölür. Burada o ayələrin müxtəsər təfsirin verməklə qeyd edirik. Allah-taala buyurub

    "Gün batandan qaranlıq düşənədək namazını qıl. Və habelə səhər namazını və səhər namazında hamı hazır olsun.”

    AYӘNİN TӘFSİRİ

    Allah-taala ilk növbədə, bu ayə ilə Peyğəmbərə (s) namaz qılmağı əmr edir. Həmin namaz – zöhr, əsr, məğrib və işa və sübh namazı olan gündəlik namazlardır. Sonra Allah-taala bu namazların qılınma vaxtını zöhr (günəşin zenit nöqtəsi), axşam (gecə), səhər kimi üç vaxtda təyin edərək Peyğəmbərinə bəyan edib buyurur:

    (Li dulukiş şəms)

    Bu zöhr vaxtıdır. Günəşin zenit nöqtəsinə addadığı vaxt. Məğribə qədər davam edən bu müddət zöhr və əsr namazları üçün müştərək vaxt hesab edilir. Sadəcə olaraq, zöhr əsrdən əvvəl gəlir.

     (ila ğəsəqil-ləyli)– ifadəsi isə "gecə qaranlıq düşənədək” mənasını verir ki, bu da məğrib və işa namazlarının vaxtının qurtarmasına işarə edir.

     (Ğəsəq) kəlməsi zülmətin cəm olması və gecə yarısını bildirir. Yəni ayədən çıxan mənaya görə, məğrib və işa namazlarının vaxtı gecə yarısında qurtarır. Həmin zaman çərçivəsi bu namazlar üçün müştərək vaxt hesab edilir. Sadəcə olaraq, məğrib namazı işa namazından əvvəl qılınır.

    İmam Razi bu ayənin təfsirini belə açıqlayır: ( Ğəsəq) kəlməsi qaranlığın düşməsi kimi təfsir edilsə bu, məğrib namazının vaxtına işarə edəcəkdir. Günəşin zenit nöqtəsinə addaması da zöhr və əsr namazlarının vaxtına dəlalət edir və bu vaxt çərçivəsi həmin namazlar üçün müştərək vaxt hesab edilir.

    Məğribin başlanması məğrib və işa namazlarının vaxtı olub onların arasında müştərək vaxt kimi hesab edilir. Bu da zöhr və əsr, məğrib və işa namazlarının ardıcıl qılınmasının düzgün olduğunu deyir.

    ("Və quranəl-fəcri”) isə sübh namazının vaxtıdır.

    ("innə quranəl-fəcri kanə məşhudən”) Yəni: "Gecə və gündüz məlaikəsi sübh namazının vaxtına şəhadət verir.”

     Allah-taala digər ayədə buyurur:

    "Günün başlanğıcında, sonunda, və gecənin vaxtında namaz qıl ki, həqiqətən yaxşılıqlar pislikləri aradan qaldırır. Bu, öyüd alanlara bir öyüddür.” [ Biharul Ənvar-c.2,səh.209 ]

    AYӘNİN TӘFSİRİ

    Fəqihlər və təfsir alimləri bildirmişlər ki, bu ayədə qeyd edilən namaz gündəlik qılınan beş vacib namazı nəzərdə tutur.

     Ayədən göründüyü kimi, burada namazın yalnız üç vaxtı bildirilir. Yəni,

     (tərəfeyin-nəhar)

     – günün başlanğıcı və sonu – deməklə iki vaxt göstərilir. Naharın birinci tərəfi – günün başlanğıcı sübh namazının vaxtı, naharın ikinci tərəfi – günün sonu isə zöhr və əsr namazlarının vaxtıdır və bu vaxt da günəşin zenit nöqtəsini addaması ilə başlayıb günün sonunadək, günəşin qürubunadək davam edir. Həmin zaman çərçivəsi zöhr və əsr namazları üçün müştərək vaxt hesab edilir.

     (və zuləfən minəl-ləyli)

     (gecə vaxtı); bu da üçüncü vaxtdır ki, məğrib və işa namazları üçün müştərək vaxt kimi təyin edilmişdir. Həmin vaxt ölçüsü günəşin qürub etməsindən (məğrib) ta gecə yarısınadək davam edir. Әlbəttə ki, burada da məğrib namazı işa namazından əvvəl qılınır.

     Daha bir Quran ayəsinə nəzər salaq:

       "Hər nə deyirlər, səbr et və Rəbbinə günəş doğmadan və günəş batmadan öncə sitayiş et. Və eləcə də gecənin bir bölümündə və hər səcdədən sonra Ona sitayiş et.”  [ "Əl-Xəsais",Siyuti-c.2,səh.125 "Əl-Mənaqib",Qəzali, səh.313 "Müsnədi Əhməd",c.6,səh.294 "İslam tarixi",Dəməşqi,c.3,səh.11 "Əl-bidayətü vən-nihayə",c.6, səh..230 "Kənzül-ümmal",c.5, səh.110 ]

    AYӘNİN TӘFSİRİ

               Fəqihlər və təfsir alimləri bu ayəni araşdıraraq bildirmişlər ki, Allah-taala burada beş vacib namazlara işarə etmişdir. Həmin ayələrə diqqətlə nəzər yetirsək görərik ki, burada da namazların məhz üç vaxtda qılınması bəyan edilir:

     (qəblə tuluiş-şəmsi)

     (günəş doğmadan); bu, sübh namazının vaxtı olub, günəş çıxanadək davam edir.

     (və qəbləl ğurubi)

     (günəşin batmasından əvvəl); bu da zöhr və əsr namazlarının müştərək vaxtıdır ki, günəş batanadək davam edir.

     (və minəl-ləyli fəsəbbihu)

     (və gecənin bir bölümündə Ona sitayiş et); yəni gecənin bir (ilk) hissəsində namaz qıl. Gecənin ilk hissəsində qılınması vacib olan namaz məğrib və işa namazlarıdır və bu vaxt çərçivəsi qeyd olunan namazlar üçün müştərək vaxt kimi təyin edilmişdir.

     (və ədbarəs-sücudi) (və hər səcdədən sonra Ona sitayiş et); yəni vacib səcdələrdən sonra Allaha sitayiş et. Təfsir alimlərinin bildirdiklərinə görə buradakı vacib səcdələr məğrib və ya işa yaxud da gecə namazının səcdələrinə işarə edir.

    Әziz oxucu, ayələrdən sənə aydın oldu ki, gündəlik vacib namazlar üç vaxtda təyin edilmiş və iki namazı (zöhr və əsr, məğrib və işa) ardıcıl olaraq qılmaq caizdir (düzgündür). Sözsüz ki, bu namazların ayrı-ayrılıqda qılınması vacib olsaydı, Allah-taala öz kitabında həmin beş vaxta işarə edərdi.

    PEYĞӘMBӘRİN (S) HӘDİSLӘRİ

    Qeyd edilən iki namazın ardıcıl şəkildə qılınmasının düzgünlüyünü bildirən bir çox Peyğəmbər (s) hədisləri vardır. Bu hədislərdən bəlli olur ki, hətta xüsusi hallar (yağış, hərb, səfər halı) olmadan belə, Həzrət Peyğəmbər (s) iki namazı ardıcıl olaraq qılardı. Bunun səbəbini Peyğəmbərdən (s) soruşduqda buyurardı:

    "Ona görə ki, istəyirəm ümmətim üçün asanlıq yaransın. İstəyirəm ki, ümmətimi çətinlik və əziyyətə salmayım.”

    Yəni, ümmətim üçün rahatlıq və azadlıq istəyirəm. Әgər istəsələr namazlarını cəm şəkildə qıla bilərlər (iki namazı). Çünki iki namazın ardıcıl olaraq qılınması rahatlıq yaradır. Xüsusən də, iş adamları üçün. Aydın məsələdir ki, şəri cəhətdən arxayınlıq kəsb edib iki namazı ardıcıl qılmaq müəyyən iş və ya sənətlə məşğul olan adam üçün daha asan, daha rahatdır. Lakin iki namazın ayrı-ayrılıqda, müxtəlif vaxtlarda qılınması bəzi çətinliklərə səbəb olur. Yəni işlə məşğul olan adam namaz qılmaq üçün gördüyü işi müəyyən vaxt çərçivəsində tərk etməli, yuyunmalı, paklanmalı, paltarını dəyişməli, dəstəmaz almalı, namaz üçün münasib yer tapmalı və i. a. Bütün bunlardan sonra, işə başlamaq üçün iş paltarını geyinməli və iş yerinə qayıtmalıdır. İşə yenicə başladığı zaman isə əgər zöhr (və ya məğrib) namazını qılmışdırsa, birdə görəcək ki, artıq əsr (və ya işa) namazının vaxtı yaxınlaşır. Bu adam məcbur olur ki, yenidən paltarını dəyişsin, yuyunsun, işini yarımçıq qoysun və i.a. Bir sözlə, məşəqqət, çətinlik, iş yerində narazılıq və s. səbəb olan hallar meydana çıxır. Allah-taala isə buyurub:

    "Allah iradəsi sizə çətinlik deyil, rahatlıq dilər.”  [ "Kaşifəl-Ğita","İmam Huseyn türbəti" kitabı]

    "O, dində (İslamda) sizə heç bir çətinlik yaratmadı.”  [ "Vəsailüş-şiə" c.3, səh.608]

    Məhz buna görə də Peyğəmbər (s) buyurmuşdur: "İstəyirəm ki, ümmətim üçün asanlıq yaransın. İstəyirəm ki, ümmətimi çətinlik və əziyyətə salmayım.”

    Әziz oxucu, bu mövzu ilə bağlı daha bir neçə hədisi diqqətinə çatdırmaq istərdik. İbn Abbas demişdir: "Rəsulullah (s) Mədinədə zöhr və əsr namazını, qorxu və ya səfərə çıxma halı olmadan, bir yerdə qıldı.” Rəvayət olunur ki, bunun səbəbini ibn Abbasdan soruşduqda, o, belə cavab vermişdir: "İstədi ki, ümmətindən heç kimi əziyyətə salmasın.”  [ "Biharül ənvar"]

    Başqa bir yerdə ibn Abbasın dedikləri bu cür rəvayət olunur: "Mədinədə Peyğəmbər (s) namazını 7 və 8 rəkət qıldı: Məğrib və işa, zöhr və əsr.”  [ "Vəsailüş-şiə" c.3, səh.608]

     İbn Abbasdan nəql olunan digər bir hədisdə deyilir: "Rəsulullah (s) qorxu və ya səfər etmə ərəfəsində olmadan zöhr və əsri, məğrib və işanı bir yerdə qıldı. Peyğəmbərin (s) nə üçün belə etdiyini ibn Abbasdan soruşduqda o, dedi: İstədi ki, ümmətini əziyyətə salmasın.”

    Təbərani ibn Məsuddan nəql edərək demişdir: "Peyğəmbər (s) Mədinədə zöhr və əsri, məğrib və işanı bir yerdə qıldı. Peyğəmbərdən (s) bunun səbəbini soruşduqda, buyurdu: Bunu etdim ki, ümmətim əziyyətə düşməsin.”

    Qorxu halı olmadan, səfər etmədən, yağışlı gün olmadan, Peyğəmbərin (s) iki namazı bir yerdə, ardıcıl şəkildə qılmasının səbəbini Abdullah ibn Ömərdən soruşduqda, o, belə cavab vermişdi: "Bunu etdi ki, ümməti əziyyətə düşməsin.”

    "Səhih Müslim"də ibn Abbasın dediklərini Abdullah ibn Səfid belə nəql edir: "Rəsulullahın zöhr və əsri, məğrib və işanı bir yerdə qıldığını gördüm.”

    3Abdullah ibn Səfid deyir ki, bu sözlərin düz olmasına şəkk etdim. Әbu Hüreyrənin yanına gəldim və o da, İbn Abbasın dediklərini təsdiq etdi.

     

    İKİ NAMAZIN ARDICIL OLARAQ QILINMASI ӘHLİ-BEYTİN NӘZӘRİNDӘ

    Peyğəmbərin (s) məsum Әhli-beyti də iki namazın ardıcıl qılınmasında icazə verilmiş və bunu caiz (düzgün) hesab etmişlər.

     "Bir kişi iki namazı bir-birinin ardınca, səbəb olmadan belə, qılınması haqda İmam Sadiqdən (ə) soruşdu. İmam belə buyurdu: Rəsulullah artıq bunu etmişdir və istəyi də bu olmuşdur ki, ümmətini həmin əməllə rahat etsin.” [ "Əsrarüş-şəhadət",Dərbənd "Məalis-sibteyn"]

    "Әvvəllər varlı olan kişi indi kasıb olduğunu Әhli-beytin 11-ci imamına (İmam Həsən Әsgəri) şikayət etdikdə, İmam belə buyurdu: İki namazı bir-birinin ardınca qıl, istəyinə yetərsən.” [ "Hud 114"]

    Hədisdən göründüyü kimi iki namazı ardıcıl qılınması kasıblığın aradan getməsinə və ruzinin çoxalmasına səbəb olur.

    Başqa bir hədisdə İmam Sadiq (ə) buyurub: "Həqiqətən Rəsulullah heç bir səbəb olmadan zöhr və əsr namazlarını ardıcıl şəkildə qıldı. Ömər Ona dedi: Ya Rəsuləllah, namazda bir şeymi baş verdi? Rəsulullah buyurdu: Yox, heç nə baş vermədi, lakin istədim ki, ümmətim üçün asanlıq yaransın.”  [ "Qaf 39-40"]

    Әziz oxucu, indi özün düşün: İki namazı ardıcıl olaraq qılmaq əfzəldir, yoxsa ayrı-ayrılıqda?! Qurani-kərim və Peyğəmbərin (s) hədisləri iki namazın ardıcıl qılınmasını düzgün və əfzəl bilirsə, şübhəsiz ki, namazın bu cür qılınması daha gözəl və məqsədəuyğundur.

    Gəlin, bir Quran ayəsinə nəzər salaq:

      "Rəbbimizin bağışlanması və təqvalılar üçün hazırlanmış, eni bütün göylər və yer qədər olan cənnətə olan varmaq üzrə bir-birinizi qabaqlayın.”  [ "Bəqərə-185"]

    Ayədən göründüyü kimi, Allah-taala ilahi rəhmətə və məğfirətə səbəb olan şeyləri əldə etmək üçün tələsməyi tövsiyə edir. Aydın məsələdir ki, namaz, həqiqətən də, rəhmət və məğfirətə səbəb olur. Düzgün qılınan zöhr namazından sonra əsr və məğrib namazından sonra işa namazı birbaşa, ardıcıl olaraq yerinə yetirilərsə, əlbəttə ki, bu, Allahın məğfirətinə səbəb olacaqdır.

    Digər ayədə oxuyuruq:

    "Xeyir işlərdə bir-birinizi qabaqlayın.”  [ "Həcc-78"]

    Allah-taala Quranda bizləri xeyirli əməllərə çağırır və bu işdə tələsməyi tövsiyə edir. Məlumdur ki, namaz əməllərin ən fəzilətlisi və əzəmətlisidir. Ona görə də, iki namazı Allahın bəyan etdiyi və Peyğəmbərin (s) buyurduğu kimi ardıcıl qılmaq xeyirli əməllərin ən ümdə təməlidir.

    Әhli-beytdən nəql edilmiş hədislərə bir daha nəzər yetirək. İmam Riza (ə) buyurmuşdur: "Hər bir namazın üç vaxtı vardır: birinci vaxtı, orta vaxtı, axır vaxtı. Birinci vaxt – Allahın razı qaldığı, orta vaxt – Allahın əfv etdiyi, axır vaxt isə – Allahın bağışladığı vaxtdır. Birinci vaxt ən fəzilətli vaxtdır.” ["Səhihi Müslüm" İki namazın ardıcıl qılınması fəsli]

     "Bir kişi imam Rizadan (ə) namazın ən fəzilətli vaxtı haqqında soruşur. İmam (ə) cavab verir ki, birinci vaxt və əlavə olaraq deyir: Rəsulullah buyurmuşdur: Həqiqətən Allah-taala tələsdirilən xeyirli əməli sevər.” ["Səhih Buxari",namazın vaxtları kitabda zöhr namazının əsrin vaxtına qədər təxirə salmaq-fəsli]

     "Zöhr və əsr namazlarının vaxtı haqqında İmamdan (ə) soruşduqda, O, belə cavab verdi: Әgər günəş zəvaldan adlasa, artıq iki namazın (zöhr və əsr) vaxtı daxil olmuşdur.”  [ "Vəsailüş-şiə" c.2, səh.161]

    Qeyd olunan ayələr və hədislərin şərhindən sonra əksər fəqihlər iki namazın ardıcıl qılınmasının caiz olduğunu, ayrı-ayrılıqda qılınmasının isə fəzilətli olması fətvasını vermişlər.

    BӘHSİN NӘTİCӘSİ

    Açıqlama verdiyimiz aylərdən və hədislərdən bəlli oldu ki, iki namazın ardıcıl qılınması caizdir və burada heç bir xələl yoxdur. Bu ayə və hədislərdən başa düşdük ki, soyuq, yağış, hərb, səfərə çıxmaq halları və digər səbəblər olsa da-olmasa da, iki namazı ardıcıl qılmaq fəzilətli və məqsədəuyğundur. İlahi kəlamlardan və Әhli-beytin buyuruqlarından öyrəndik ki, iki namazın ardıcıl qılınması ruzinin artmasına, Allahın məğfirətinə səbəb olur. Həmçinin dərk etdik ki, namazın bu cür qılınması ilahi rəhmətə və xeyirli əmələ tələsməyə gətirib çıxarır.

    Təəccüblüdür ki, bəzi şəxslər iki namazın ardıcıl qılınmasının düzgünlüyünü bəyan edən ayələri, Peyğəmbər (s) hədislərini bilə-bilə, namazın bu cür qılınmasının caiz olmadığını iddia edirlər. Görəsən, onlar söz "müharibəsinə” qalxıblar, yoxsa həqiqi İslamı məsxərəyə qoyublar? Әn acınacaqlısı isə budur ki, onlar bu ayə və səhih hədisləri oxuyur, bilir və bununla belə yenə də naqis iddalarını irəli sürür, qeyd olunan hökmü, hədisləri inkar edirlər.

    Dahi alim Seyyid Şərafəddin (Allah ondan razı olsun) deyir ki, başqa məzhəblərin alimləri ilə görüşdüyüm zaman onlar da iki namazın ardıcıl qılınmasının düzgün olduğuna inandıqlarını mənə bildirmişlər. Lakin, onların dediyinə görə, avam camaatın qorxusundan bu işi bildirməyə cürət etmirlər. Görünür, bu "alimlər” Allahın buyurduğu ayədən xəbərsiz və qafildirlər. Allah-taala buyurub:

    "Onlar ki, Allahın pəyamlarını çatdırıb, Ondan qorxar və Ondan savayı heç kəsdən qorxmazlar və Allah əməlləri hesablamaq üçün kifayətdir.”  [ "Vəsailüş-şiə" c.2, səh.162]

    Bu "alimlər” yaddan çıxarırlar ki, Allah buyuruqlarına xilaf çıxıb iki namazın ayrı-ayrılıqda qılınması fikrini yaymaqla bir çox iş əhlinin namazdan yayınmasına, onu tərk etməsinə və bu insanların namaza səhlənkar yanaşmasına səbəb olurlar. Bir fakt olaraq bildirməliyik ki, bir-birinin ardınca qılınan iki namaz, ümumilikdə, namazın qorunmasına səbəb olan mühüm amildir. Allah-taala buyurub:

     "Namazları və orta namazı qoruyun. Müticəsinə Allah üçün qiyam edin.”  [ "Vəsailüş-şiə" c.2, səh.161]

    ŞӘRİ MӘSӘLӘ

    Qeyd olunan hədislə bağlı fəqihlərin bildirdiyi bir şəri məsələni diqqətinizə çatdırmaq istərdik:

    Namazın vaxtı yetişdikdə, onun yerinə yetirilmə müddəti bu namazın birinci vaxtına məxsusdur və təqribən 4 dəqiqə miqdarı qədərdir. Sonrakı vaxt isə həmin iki namaz üçün müştərək vaxt hesab olunur.

    Məsələnin izahı: Әgər zöhr namazının vaxtı yetişsə, bu namazın yerinə yetirilmə müddəti birinci vaxt olub zöhr namazına məxsusdur (3-4 dəq.) Sonra məğribə qədər davam edən zaman ölçüsü zöhr və əsr namazları üçün müştərək vaxt hesab edilir. Bu hökm eyniylə məğrib namazına da aiddir. Məğribin birinci vaxtı namazın yerinə yetirilmə müddəti qədər olub, yalnız məğrib namazına məxsusdur. Bu qısa zaman çərçivəsindən sonrakı müddət isə, yəni gecə yarısınadək davam edən vaxt, məğrib və işa namazlarının müştərək vaxtıdır.

    Deməli, zöhr namazından sonra birbaşa əsr namazını qılan şəxsə deyilsə ki, sən əsr namazını vaxtından əvvəl qılmısan, bu düz fikir olmaz. Çünki həmin şəxsin namaz qıldığı vaxt, zöhr və əsr namazlarının müştərək vaxtıdır. Bu hökm məğrib və işa namazlarına da şamildir.

    Səhih kitablarında ("Səhih Buxari”, "Səhih Müslim”) rəvayət olunur ki, Peyğəmbər (s) Әrəfədə (dağ adı) zöhr və əsr namazlarını bir-birinin ardınca qılmışdır. Sual oluna bilər: məgər, Peyğəmbər (s) əsr namazını vaxtından əvvəl qılmışdır?

    Әgər desək ki, Peyğəmbər (s) əsr namazını vaxtından əvvəl qılıb, bu batil fikirdir. Çünki Allah Rəsulunun namazı vaxtından əvvəl qılması qeyri-mümkündür. Әgər desək ki, vaxtında qılıb, (sözsüz ki, bu belədir) onda zöhr namazından sonra birbaşa əsr namazını qılmaq düzgün və və əfzəldir (çünki bu Peyğəmbər (s) əməlidir).

    Nəticə: Həqiqətən, əsr namazı zöhr namazından sonra birbaşa qılınır.

    "Həqiqətən bu öyüd-nəsihətdir. Kim istəsə, ondan öyüd alar.” (Onu yadında saxlayar).

     

     
     
    Bölmə: Şübhələr
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 12 Temmuz 2014 23:26 | İstifadəçi | Şərh yazdı
    ALLAH ZEHMETINIZI ITIRMESIN.
    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 9 Mart 2014 20:49 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.MENDE NAMAZLARIMI BIRLESDIRIB QILIRAM.ALLAHIM BUTUN HER KESIN IBADETLERINI QEBUL ETSIN INSHALLAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: nastya | Status: İstifadəçi Offline | 15 Ocak 2014 19:48 | İstifadəçi | Şərh yazdı
    ISE YENICE BASLANDIGI ZAMAN ISE EGER ZOHR(VE YA MEGRIB) NAMAZINI QILMISDIRSA, BIR DE GORECEK KI, ARTIQ ESR(VE YA ISA)NAMAZININ VAXTI YAXINLASIR------------ BU CUMLENIN MENASI NECEDI YENI ZOHR VE MEGRIB NAMAZINI QILIB AXSAM CAGIDA ESR VE ISA NAMAZINI BIRLESDIRMEK OLAR*????????????

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.