Sual 2: Nə üçün şiələr namazları 3 vaxtda, sünnilər isə 5 vaxtda qılırlar?
+5
Müəllif:
RuQeYyA | 26-09-2014, 13:00 | Baxılıb: 2 467
Sual 2: Nə üçün şiələr gündəlik (yovmiyyə) namazları üç vaxtda, sünnilər isə beş vaxtda qılırlar?
Cavab: Həqiqətən də, gündəlik namazların beş vaxtda qılınması bildirilmişdir və həzrət Peyğəmbər (s) çox zaman namazlarını beş vaxtda qılmışdır. Şiə fiqhinə görə də namazı beş vaxtda qılmaq fəzilətlidir. Amma "Səhihe Müslim”(Babul-cəmi beynəs-səlateyni, hədis 705, səh-314.) və "Səhihe Buxari”(Səhih Buxari, kitabul Məvaqit, babu təxiriz-zöhri iləl əsri, hədis 543 və babul vəqtil-məğrib, hədis 562 və əbvabut-tətəvvui, fəsl 30, hədis 1174.)də göstərildiyi kimi, həzrət Peyğəmbər (s) bəzən günorta və ikindi, eləcə də, şam və xiftən namazlarını ardıcıl qılmışdır. Sünnilərin "Töhfətul-ixvan” adı ilə tanınmış kitabında da bu rəvayət nəql olunur: "İbn Abbasdan soruşdular ki, nə üçün Peyğəmbər (s) günorta və ikindi, şam və xüftən namazlarını bir yerdə qıldı? İbn Abbas dedi: Allahın rəsulu öz ümmətindən bir nəfərin də əziyyət çəkməməsini istədi.”("Töhfətul-ixvan”, Ben Baz, s. 174)
Kitabın adı: Vəhhabi suallarına cavablarımız
Müəllif: Əli Ətai İsfahani
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.