«بَابُ وُجُوبِ الْإِفْطَارِ فِي السَّفَرِ فِي شَهْرِ رَمَضَانَ مَعَ الشَّرَائِطِ وَ إِنْ قَوِيَ عَلَى الصَّوْمِ وَ وُجُوبِ قَضَائِهِ لَهُ وَ إِنْ صَامَ»
Bölmə: "Ramazan ayında səfərdə (oruc tuta bilmə qüdrətinin olmasına baxmayaraq,) iftar etmənin vacibliyi. Həmin gün oruc tutmasına baxmayaraq, qəzasının vacibliyi.
«بَابُ أَنَّ مَنْ صَامَ فِي السَّفَرِ عَالِماً بِوُجُوبِ الْإِفْطَارِ لَمْ يُجْزِئْهُ صَوْمُهُ وَ وَجَبَ عَلَيْهِ قَضَاؤُهُ وَ إِنْ كَانَ جَاهِلًا بِذَلِكَ أَجْزَأَهُ».
Bölmə: "Səfərdə iftar etmənin vacibliyini bilərək oruc tutan şəxsin orucu kifayət etmir və qəzasını da tutması vacibdir. Əgər hökmü bilmirdisə, orucu kifayətdir.”
Quran ayələrindən sonra bu rəvayətlər şiə nəzərini sübut etmək üçün kifayətdir. Mərhum Təbərsi "Məcməul-bəyan”da yazır: "Səhabələrin hamısı səfərdə iftarı qəbul edirlər." Əhli-beytdən (ə) oruc haqqında nəql olunan rəvayətlər üç hissəyə bölünür:
1. Müsafirə orucun vacib olmadığını sübut edən rəvayətlər:
Bu rəvayətlərdə bir tərəfdən, müsafirə iftar etmək (orucu açmaq) əmri verilir, digər tərəfdən oruc tutmaqdan çəkindirilir. Bu da orucun vacib olmadığına dəlalət edir.
«قَدْ وَضَعَ اللَّهُ عَنْكَ الصِّيَامَ فِي هَذِهِ الْأَيَّامِ كُلِّهَا»،
«إِذَا سَافَرَ فَلْيُفْطِرْ» و «مَنْ سَافَرَ فَلَا يَصُمْهُ»
Bu kimi hədislər həmin mənaya dəlalət edir.
2. Müsafir orucunun haram və günah olduğuna dəlalət edən rəvayətlər:
Bu dəstədən olan rəvayətlərdə müsafirin orucu «لَا يَحِلُّ لَهُ الصَّوْمُ فِي السَّفَرِ» "səfərdə oruc tutmaq caiz deyil” hədisinə əsasən, Allahın əmrinə zidd və haram hesab olunur. Bu müsafir vətəndə orucunu pozan şəxsə bənzəyir. Peyğəmbər (s) belə müsafiri «الْعُصَاةُ» "üsyankar”, İmam Sadiq (ə) isə onun əməlini «مَعْصِيَةٌ» "günah” adlandırır və buyurur:
«أَنَّ رَجُلًا مَاتَ صَائِماً فِي السَّفَرِ مَا صَلَّيْتُ عَلَيْهِ».
"Səfərdə oruc tutan şəxs dünyadan köçsə, ona namaz qılmayacam.”
İmam Sadiq (ə) və imam Baqirdən (ə) nəql olunan digər bir hədisdə buyurulur:
«لَيْسَ مِنَ الْبِرِّ الصِّيَامُ فِي السَّفَرِ»
"Səfərdə oruc tutmaqda xeyir (yaxşılıq) yoxdur.”
Quranda da «البرّ» "yaxşılıq” sözü "günah” mənasında işlədilən sözün müqabilindədir. Belə ki, Allah-taala "Maidə" surəsində buyurur:
«وَ تَعاوَنُوا عَلَى الْبِرِّ وَ التَّقْوى وَ لا تَعاوَنُوا عَلَى الْإِثْمِ وَ الْعُدْوانِ»
"Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Maidə surəsi ayə 2)
"Mücadilə" surəsində də bu iki söz bir-birinin müqabilində işlədilib. Buna görə də, yuxarıdakı hədisə əsasən, əgər səfərdə oruc tutmaq "yaxşılıq” deyildirsə, deməli onun müqabilində işlənən söz də "günah” olacaqdır.
3. Səfərdə tutulan orucun qəzasının vacib olduğuna dəlalət edən rəvayətlər:
Bu cür rəvayətlər müsafir orucunun qəzasını, hətta səfərdə oruc tutsa belə vacib hesab edir. Yalnız səfərdə tutulan orucun batil olmasını bilməyən cahilin orucu düzgündür.
Rəvayətlərdə səfərdə oruc tutan müsafirin Ramazan ayından sonra onun qəzasını tutmalı olduğu bildirilmişdir. Bu da onu çatdırır ki, əhli-sünnənin nəzərinin əksinə olaraq, müsafir oruc tutub-tutmamaq arasında ixtiyar sahibi deyil. Belə ki, əda və qəza orucu arasında ixtiyar yoxdur, çünki qəza onun üçün təyin olunan vacibi yerinə yetirmədikdə olur. Burda da səfərdə olduğu üçün oruc aradan getdiyindən, Ramazan ayından sonra onun qəzasını tutmaq vacibdir.
Bu hədislərdə də «فَعَلَيْهِ الْقَضَاءُ» "qəzasını yerinə yetirsin”, «لَمْ يُجْزِهِ وَ عَلَيْهِ الْإِعَادَةُ» "icazə verilmir və yenidən edilməlidir”, «لَمْ يُجْزِ عَنْهُ صَوْمُهُ فِي السَّفَرِ» "səfərdə oruc tutmaq caiz deyil” və «إِنْ كَانَ بَلَغَهُ ... فَعَلَيْهِ الْقَضَاءُ» "qəzasını etməlidir” ifadələri işlədilmişdir.
1. Qasim ibn Əbülqasim Seyqəl belə nəql edir:
«كَتَبْتُ إِلَيْهِ يَا سَيِّدِي رَجُلٌ نَذَرَ أَنْ يَصُومَ يَوْماً مِنَ الْجُمْعَةِ دَائِماً مَا بَقِيَ فَوَافَقَ ذَلِكَ الْيَوْمُ يَوْمَ عِيدِ فِطْرٍ أَوْ أَضْحًى أَوْ أَيَّامَ التَّشْرِيقِ أَوْ سَفَرٍ أَوْ مَرَضٍ هَلْ عَلَيْهِ صَوْمُ ذَلِكَ الْيَوْمِ أَوْ قَضَاؤُهُ أَوْ كَيْفَ يَصْنَعُ يَا سَيِّدِي فَكَتَبَ إِلَيْهِ قَدْ وَضَعَ اللَّهُ عَنْكَ الصِّيَامَ فِي هَذِهِ الْأَيَّامِ كُلِّهَا وَ يَصُومُ يَوْماً بَدَلَ يَوْمٍ إِنْ شَاءَ اللَّهُ تَعَالَى»
İmama (ə) məktub yazdım: "Ey mənim ağam, bir kişi nəzir eləyib ki, ömrünün axırına kimi hər cümə günləri oruc tutsun. Bu cümə günləri Fitr və Qurban bayramlarına, səfərdə və ya xəstə olduğu vaxta təsadüf etsə belə, oruc tuta bilərmi? O günlərin orucu vacibdir, ya qəzası? Ey mənim ağam, buna necə əməl olunsun?” İmam (ə) ona belə cavab yazdı: "Allah bütün bu günlərin orucunu sənin üzərindən götürüb. Buna görə də o günün yerinə başqa gün oruc tut!” ("Vəsailuş-şiə", c. 10, hədis. 13205.)
2. İmam Sadiq (ə) buyurdu:
«نْ أَبِي عَبْدِ اللَّهِ(علیه السلام) قَالَ إِذَا خَرَجَ الرَّجُلُ فِي شَهْرِ رَمَضَانَ مُسَافِراً أَفْطَرَ وَ قَالَ إِنَّ رَسُولَ اللَّهِ ص خَرَجَ مِنَ الْمَدِينَةِ إِلَى مَكَّةَ فِي شَهْرِ رَمَضَانَ وَ مَعَهُ النَّاسُ وَ فِيهِمُ الْمُشَاةُ فَلَمَّا انْتَهَى إِلَى كُرَاعِ الْغَمِيمِ دَعَا بِقَدَحٍ مِنْ مَاءٍ فِيمَا بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ فَشَرِبَهُ وَ أَفْطَرَ ثُمَّ أَفْطَرَ النَّاسُ مَعَهُ وَ ثَمَّ أُنَاسٌ عَلَى صَوْمِهِمْ فَسَمَّاهُمُ
الْعُصَاةَ وَ إِنَّمَا يُؤْخَذُ بِآخِرِ أَمْرِ رَسُولِ اللَّهِ (صلی الله علیه وآله)»
"Ramazan ayında bir kəs səfər etsə, o günləri oruc tutmasın. Sonra davam etdi: "Allahın Rəsulu (s) Ramazan ayında Mədinədən Məkkəyə getmək niyyəti ilə şəhərdən çıxdı. Onun dəstəsində bir qrup piyada idi. Zöhr və əsr fasiləsində "Kiraul-ğəmim” adlı yerə çatanda, bir qab su istədi. Onu içib orucunu açdı (iftar elədi). Camaat da onun ardınca iftarlarını açdı. Orada bir dəstə vardı ki, orucunu açmadı. Peyğəmbər (s) onları günahkar adlandırdı.”("Vəsailuş-şiə"səh. 176, hədis. 13147.)
3. İmam Baqir (ə) buyurur:
«نْ أَبِي جَعْفَرٍ(علیه السلام) قَالَ سَمَّى رَسُولُ اللَّهِ صلی الله علیه وآله قَوْماً صَامُوا حِينَ أَفْطَرَ وَ قَصَّرَ عُصَاةً وَ قَالَ هُمُ الْعُصَاةُ إِلَى يَوْمِ الْقِيَامَةِ وَ إِنَّا لَنَعْرِفُ أَبْنَاءَهُمْ وَ أَبْنَاءَ أَبْنَائِهِمْ إِلَى يَوْمِنَا هَذَا»
"Allahın Rəsulu (s) iftar edib namazını qəsr (dörd rükətli namazları iki rükət) qıldığı halda, iftar etməyən bir qrupu üsyankar adlandırdı. Buyurdu ki, bunlar qiyamətə qədər üsyankardırlar. Mən onların övladları və nəvələrini də qiyamətə qədər tanıyıram.” ("Vəsailuş-şiə" səh. 174, hədis. 13143.)
4. Əba Əbdillah imam Sadiqdən (ə) nəql olunur:
«عَنْ أَبِي عَبْدِ اللَّهِ(علیه السلام) قَالَ الصَّائِمُ فِي السَّفَرِ فِي شَهْرِ رَمَضَانَ كَالْمُفْطِرِ فِيهِ فِي الْحَضَرِ»
"Səfərdə oruc tutan şəxs vətəndə orucunu pozan şəxs kimidir.” ("Vəsailuş-şiə"səh. 175, hədis. 13145.)
5. Əbəl-Həsəndən (ə) Ramazan ayında səfər edib oruc tutan şəxs barəsində soruşdular: İmam (ə) buyurdu:
«لَيْسَ مِنَ الْبِرِّ الصَّوْمُ فِي السَّفَرِ»
"Səfərdə oruc tutmaq yaxşı deyil.” ("Vəsailuş-şiə"səh. 177, hədis. 13150.)
6. Məhəmməd ibn Həkimdən nəql olunur: "İmam Sadiq (ə) buyurmuşdur:
لَوْ أَنَّ رَجُلًا مَاتَ صَائِماً فِي السَّفَرِ مَا صَلَّيْتُ عَلَيْهِ
"Bir kişi səfərdə oruc tutan halda ölsə, ona namaz qılmaram.”" ("Vəsailuş-şiə"19. səh.177, hədis. 13149.)
7. İmam Sadiq (ə) buyurur:
لَيْسَ مِنَ الْبِرِّ الصِّيَامُ فِي السَّفَرِ
"Səfərdə oruc tutmaq yaxşı işlərdən deyil.” ("Vəsailuş-şiə" səh. 177, hədis. 13151.)
8. Müaviyə ibn Əmmar deyir ki, İmamın (ə) belə buyurduğunu eşitdim:
سَمِعْتُهُ يَقُولُ إِذَا صَامَ الرَّجُلُ رَمَضَانَ فِي السَّفَرِ لَمْ يُجْزِهِ وَ عَلَيْهِ الْإِعَادَةُ
"Səfərdə oruc tutan şəxsə, (həmin oruc) kifayət etmir, onun qəzasını tutmaq vacibdir.” ("Vəsailuş-şiə" səh. 179, hədis. 13156.)
9. Ravi deyir ki, İmamdan (ə) Ramazan ayında oruc tutan şəxs barəsində soruşdum, buyurdu:
إِنْ كَانَ لَمْ يَبْلُغْهُ أَنَّ رَسُولَ اللَّهِ(صلی الله علیه وآله) نَهَى عَنْ ذَلِكَ فَلَيْسَ عَلَيْهِ الْقَضَاءُ وَ قَدْ أَجْزَأَ عَنْهُ الصَّوْمُ»
"Əgər Peyğəmbərin (s) belə şeyi inkar etməsindən xəbərsiz idisə, qəzası yoxdur.” ("Vəsailuş-şiə"səh. 179, hədis. 13157.)
10. İbn Əbu Şöbədən belə nəql olunmuşdur: "İmam Sadiqə (ə) dedim: "Bir nəfər səfərdə oruc tutur”. İmam (ə) buyurdu:
إِنْ كَانَ بَلَغَهُ أَنَّ رَسُولَ اللَّهِ(صلی الله علیه وآله) نَهَى عَنْ ذَلِكَ فَعَلَيْهِ الْقَضَاءُ وَ إِنْ لَمْ يَكُنْ بَلَغَهُ فَلَا شَيْءَ عَلَيْهِ
"Peyğəmbərin (s) bu məsələni inkar etməsindən xəbərdar olan halda oruc tutubsa, onda qəza ona vacibdir. Əgər xəbərdar deyildirsə, qəzası yoxdur.”" ("Vəsailuş-şiə"səh. 179, hədis. 13158.)
11. İmam Rza (ə) Məmuna məktubunda buyurdu:
وَ إِذَا قَصَرْتَ أَفْطَرْتَ وَ مَنْ لَمْ يُفْطِرْ لَمْ يُجْزِ عَنْهُ صَوْمُهُ فِي السَّفَرِ وَ عَلَيْهِ الْقَضَاءُ لِأَنَّهُ لَيْسَ عَلَيْهِ صَوْمٌ فِي السَّفَرِ
"Namazını qəsr qılan vaxtı iftar elə. İftar etməyən şəxsə səfərdə tutduğu oruc kifayət etmir, ona qəza vacibdir. Ona görə ki, səfərdə oruc ona vacib olmamışdır.” ("Vəsailuş-şiə" səh. 180, hədis. 13159.)
12. İmam Əli ibn Hüseyn (ə) buyurur:
فَإِنْ صَامَ فِي السَّفَرِ أَوْ فِي حَالِ الْمَرَضِ فَعَلَيْهِ الْقَضَاءُ فَإِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ يَقُولُ فَمَنْ كانَ مِنْكُمْ مَرِيضاً أَوْ عَلى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ
"Səfərdə və xəstə olduğu halda oruc tutan şəxsə tutduğu orucun qəzasını etmək vacibdir, çünki bu halda oruc ona vacib deyildi. ("Vəsailuş-şiə"səh. 180, hədis. 13275.)
13. İmam Sadiq (ə) buyurur:
مَنْ صَامَ فِي السَّفَرِ بِجَهَالَةٍ لَمْ يَقْضِهِ
"Səfərdə bilmədən oruc tutan şəxs qəzasını tutmasın.” ("Vəsailuş-şiə" səh. 180, hədis. 13160.)
14. İmam Sadiq (ə) buyurur:
إِذَا سَافَرَ الرَّجُلُ فِي شَهْرِ رَمَضَانَ أَفْطَرَ وَ إِنْ صَامَهُ بِجَهَالَةٍ لَمْ يَقْضِهِ
"Ramazan ayında səfərə çıxan kəs iftar etsin. Bilmədən oruc tutsa, qəzasını tutmasın.” ("Vəsailuş-şiə" səh. 180, hədis. 13161.)
Xəbərin davamını "Müsafir orucunun pozulmasının hikməti" xəbərində oxuya bilərsiz.
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı