Qəzzalinin nəzəriyyəsinə görə orucun təsirləri
Əbu Hamid yazır: Oruc, Allahdan ötrü olub, xüsusi şərafətə malikdir. Doğrudur ki, bütün ibadətlərdə bu xüsusiyyət vardır, lakin, orucda iki xüsusi cəhət var:
1. Oruc, "özünü gözləmək" və "tərk etmək”dir. Bu elə bir sirrdir ki, başqaları onu müşahidə edə bilmir. Lakin, başqa ibadətlər insanların gözləri önündə olur. Orucu, Allahdan başqa heç kəs hiss etmir. Ona görə ki, batində və səbrlə olan bir əməldir. Bu da özünü günahlardan qorumaq hesab olunur.
2. Oruc, bəzi şeyləri tərk etməklə, Allahın düşməni sayılan Şeytana ən böyük zərbədir. Çünki, Şeytanın vəsiləsi şəhvətdir. Şəhvət də yemək-içməklə möhkəmlənir. Həmin səbəbə görə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
"Şeytan, insanın bədəninin qan dövranı kimi hərəkətdədir. Şeytanın mənzilini aclıqla bağlayın.”(Cəvahirul-kəlam, cild. 16, səh. 182 )
Orucda aclıq, Şeytanı sındırandır, onun qarşısına möhkəm sədd çəkir. Hər kim Şeytanı sındırsa, Allaha kömək etmiş olur. Allaha kömək etmək isə Onun tərəfindən insanın özünə fürsət verilməsi deməkdir. Allah-taala buyurur:
"Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər!”(Məhəmməd surəsi, ayə:7 )
Çalışmaq və zəhmətin ibtidası, bəndənin öz tərəfindən, onun mükafatı isə Allah tərəfindəndir. Quranda buyurur: "Bizim uğrumuzda cihad edənləri Öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməl edənlərlədir.”(Ənkəbut surəsi, ayə:69 )
Yenə də Allah taala buyurur:
"Həqiqətən, hər hansı bir tayfa öz taleyini dəyişməyincə, Allah da onların taleyini dəyişməz.”(Rəd surəsi, ayə:11 )
Həqiqətən, dəyişiklik, şəhvətin sındırılmasıdır. Şəhvət, Şeytanın otlağıdır. Otlaq nə qədər təzə olsa, Şeytan ordan qaçmaz. Nə qədər ki, Şeytan insanın vücudunda var-gəl edir, Allahın cəlalı insana görünməz. Ona görə də, Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
"Əgər Şeytanlar, Adəm övladlarının qəlblərinə var-gəl etməsəydilər, insanlar göylərin mələklərini görərdilər.”
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi