Qurani-Kərimin ikinci dəvət etdiyi məsələ, insanın yemək və təamlarına diqqət yetirməsidir. «Əbəsə» surəsinin 24-cü ayəsində buyurur: «İnsan hələ bir yeməyinə baxsın.»
İnsana ən yaxın əşya, qida maddələridir ki, bir az dəyişməklə insanın vücudunun bir hissəsinə çevrilir. Əgər onun vücuduna keçməsə, tezliklə fəna yolunu tutur. Ona görə də Qurani-kərim bütün mövcudatların arasında yeməklərə, xüsusilə, bitkilər və ağaclar vasitəsilə insana aid olan yeməklərə işarə edir.
«Baxmaq»dan məqsədin nə olması barəsində müfəssirlər arasında ixtilaf var. Bir dəstə zahir baxışa mötəqid olub, məqsəd, insan süfrəyə baxıb halal və ya haram yeməsinə diqqət etməsidir. Yemək ona xeyirdir, yaxud zərər? Bəzi rəvayətlərdə bu yeməyin «elmi qida» olduğu söylənilir. İmam Baqir (əleyhissəlam) buyurur:
«Öz elminə bax ki, kimdən və hansı yolda qərar tutub və ya yeməyin tərkibi barəsində fikirləşmək. Hər nə olursa-olsun, Quran insanı bu sahəyə baxmağa dəvət edir.»(Təfsir Safi, 2-ci cild, səh-789. )
Qurani-kərimdə çox yerlərdə, insan baxmağa dəvət olunur. Məsələn: «Yer üzündə dolaşıb görün ki, haqqı inkar edənlərin axırı necə oldu?"(Nəhl surəsi-36 )
Başqa yerdə buyurur: «Yer üzünü gəzib Allahı məxluqatı yaratmağa ilk əvvəldən nə cür başladığına baxın.»(Ənkəbut surəsi-20 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi