» » Hədislərdə İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin səbəbləri (hissə 3)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Hədislərdə İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin səbəbləri (hissə 3)
    0
    Müəllif: Aşiqi Rüqəyya | 26-05-2016, 14:00 | Baxılıb: 897
     
     
    Hədislərdə İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin səbəbləri (3-cü hissə)

    İkinci mərhələdə müzakirəni 4 əsas üzərində aparacağımızı qeyd etmişdik. Birinci əsası qeyd etdikdən sonra ikinci əsasa, yəni hədisin sənədinin araşdırılmasına başladıq. Araşdırdığımız hədisin sənədində bəzi ravilər barədə məlumatı isə bu yazıda qeyd edirik:  
    Hənnan ibn Sədir (Sudeyr) – Mərhum Mamaqani deyir: "Onun barəsində üç rəy mövcuddur:
    1. Siqədir.  Bu Şeyx Tusinin "əl-Fihrist” kitabında onun barəsində dediyi rəydir”. Rəyini qüvvətləndirmək üçün aşağıdakı dəlilləri qeyd edir:
    a)  İbn Məhbub və icma əhlidən olan digərləri ondan çoxlu sayda hədis nəql etmişlər;
    b)  Onun çoxlu sayda hədis nəql etməsi;
    c)  Hədislərinin möhkəm və doğru olması;
    d)  Onun nəql etdiyi hədislərin məqbul olması.
    Əgər bu dəlillər olmasa da belə, Şeyx Tusinin onu siqə hesab etməsi kifayətdir.
    2. Müvəssəqdir.  Bu "Vəcizə” və "Bəliğ” kitablarında qeyd olunan rəydir.
    3. Zəifdir. Ayətullah Mamaqani onun keysaniyyə firqəsindən olduğu üçün belə rəy verib.
    Əvvəla qeyd edək ki, o keysaniyyə yox, vaqifi məzhəbindəndir. İkincisi, başqa məzhəb və firqələrdən olmaq ravinin siqə olması ilə ziddiyyət təşkil etmir. Ğəyyas ibn İbrahim, Həfs ibn Ğəyyas və s. adlarını çəkmədiyimiz onlarla qeyri-məzhəbdən olan ravilərin hədisi isə nəql və  onların dediklərinə etimad edilir.
    Mərhum Xoyi deyir: "Şeyx Səduqun Hənnan ibn Südeyrə yetişən nəql yolu səhihdir”. Sonra üç nəql yoluna işarə edərək deyir: ”Hər üç yol səhihdir”. (Möcəmür-ricalul-hədis, c/6, səh/302)
     Südeyr ibn Həkim ibn Süheyb (Səhib) əs-Səyrəfi-Südeyr İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqin (ə) səhabələrindəndir. Ondan cəmi 21 hədis nəql olunmuşdur. O cümlədən piyada və ya miniklə İmam Hüseynin (ə) qəbrinin ziyarət edilməsinin savabı barədə nəql edilən hədisi qeyd etmək olar.
    İbn Şəhraşub onu İmam Sadiqin (ə) xüsusi səhabələrindən biri kimi tanıtdırır. Onun xüsusi səhabələrdən olması dediklərini qəbul etmək üçün kifayət edir, ya yox? Bu isə ayrıca bir mövzudur. Lakin qısa desək, kifayət deyil.
    Hədislərə əsasən isə o, ikili şəxsiyyətdir. Bəzi məlumatlarda o mədh, bəzilərində isə məzəmmət olunur.
    Südeyri mədh edən hədislər
    1.  Hüseyn ibn Əlvanın İmam Sadiqdən (ə) nəql etdiyi hədis:
    انه قال - و عنده سدیر - : «ان الله اذا احب عبدا غته بالبلاء غتا و انا و ایاکم - یا سدیر - نصبح و نمسی
    İmam Sadiqin (ə) yanında idik, Südeyr də orda idi. İmam (ə) buyurdu: ”Həqiqətən, Allah bəndəsini sevdiyi zaman onu müsibət və bəlalara qərq edər. Ey Südeyr! Mən və siz səhəri belə (bəla və müsibətlər içində) açır və belə də gecələyirik”.
    Bu hədisdə ilk öncə Allahın sevdiyini bəlaya qərq edəcəyi deyilir. Sonra İmam (ə) Südeyrə xitab edərək bu məsələnin ona da şamil olduğunu deyir. Hədisdən də göründüyü kimi, İmam (ə) onu mədh edir.
    Ayətullah Xoyi deyir: "Bu hədisin özü belə sənəd baxımından problemlidir. Çünki hədisin sənədində etimadlı olmayan Əhməd ibn Übeyd adlı ravi vardır”.
    2.  Zeyd Şəhamın İmam Sadiqdən (ə) nəql etdiyi hədis:
    انی لاطوف حول الکعبة و کفی فی کف ابی عبدالله علیه السلام  . فقال: و دموعه تجری علی خدیه، فقال: یا شحام! ما رایت ما صنع ربی الی . ثم بکی و دعا، ثم قال لی: یا شحام! انی طلبت الی الهی فی سدیر و عبدالسلام بن عبدالرحمان - و کانا فی السجن - فوهبهما لی وخلی سبیلها
    Zeyd Şəham deyir: "İmam Sadiqin (ə) əlindən tutub Kəbəni təvaf edirdim. İmamın (ə) göz yaşları yanağından axırdı. "Ey Şəham! Allahın mənə necə minnət qoyduğunu görmədin!” – deyib ağlayaraq dua etdi. Sonra buyurdu: "Ey Şəham! Mən Allahdan zindanda olan Südeyr və Əbdüssalam ibn Əbdürrəhmanın azadlığını istədim. Allah da onları mənə bağışlayıb yollarını açdı (zindandan azad etdi)”.
    Bu hədisə əsasən də Südeyr mədh olunub. Əllamə bu hədisi mötəbər hesab edir. Əllaməyə görə bu hədisin sənədində heç bir irad yoxdur. Lakin Ayətullah Xoyi bu hədisi də zəif hesab edərək deyir: "Bu hədis zəifdir. Çünki hədisin sənədində Əli ibn Muhəmməd Qüteybi adlı ravi vardır. Bu şəxs Kəşşinin hədis (nəql etdiyi) şeyxlərindən olmasına baxmayaraq, etimadlı deyildir”.
    Ayətullah Xoyinin ikinci iradı isə budur ki, hətta biz hədisin sənədinin zəif olmasına göz yumsaq da, yenə də bu hədis Südeyrin etimadlı olmasına dəlil deyil. Hədis İmamın (ə) onlara (Südeyr və Əbdüssalama) qarşı mehriban olduğunu çatdırır. Belə ki İmam (ə) bütün tərəfdar və şiələrinə qarşı bu münasibətdə idi. Buna görə də bu hədis Südeyrin etimadlı şəxs olmasına dəlil ola bilməz.
    Ayətullah Xoyi cənablarının buyurduqlarını qəbul etmək bir az çətindir. Çünki hədisdə "məhəmmət” kəlməsi istifadə olunub ki, məhəbbət və ehtiram iki fərqli məfhumdur.  İmamın (ə) qarşısında dayanan (və tərəfdarlarından olmayan) şəxsə qarşı o həzrət (ə) bu cür xüsusi inayət etməz. Bu hədisə əsasən, onun siqə olmasını əldə etməsək də, onun etibarlı və yaxşı insan olduğunu deyə bilərik.
    Əllamə Hilli deyir: "Bu hədis o iki nəfərin (Südeyr və Əbdussalamın) uca məqamından xəbər verir”. (Xülasətül-əqval, səh/165)
    Səhv etmirəmsə, Mərhum Xoyinin hədisləri araşdırma metodu ilə İmam Xomeyninin metodu eynidir. Onlara görə bir hədisdə kimsə mədh olunursa və bu hədis elə həmin mədh olunan ravi tərəfindən nəql edilirsə, nəticədə dövr yaranır. Yəni bu hədisin qəbul olunması onu nəql edən ravinin qəbul olunmasından, onun etimadlı və siqə olması isə elə həmin nəql etdiyi hədisdən asılıdır ki,  bu da doğru hesab edilmir.
    İmam Xomeyni də bu barədə belə deyir: "Bu tip hədislər onu nəql edənin mədh edilməsinə  deyil, onun barəsində  sui-zənn etməyə səbəb olur". (Külliyyat fi elmur-rical, səh/152)
    Bu iki hədisin sənədindəki iradlara göz yumsaq, istinad baxımından onlarda heç bir irad yoxdur.

    Südeyri məzəmmt edən hədislər

    Muhəmməd ibn Əzafərin İmam Sadiqdən (ə) nəql etdiyi hədis:
    ذکر عنده علیه السلام سدیر فقال: «سدیر عصیدة بکل لون
    İmam Sadiqin (ə) yanında Südeyrdən söhbət düşdü və İmam (ə)  buyurdu: "Südeyr hər rəngə düşün əsidədir (halvadır). (Yəni hamı ilə oturub-durur).
    Ayətullah Xoyi bu hədis barədə deyir: "Birincisi, bu hədisin sənədi iradlıdır, çünki hədisin sənədində etimadlı olmayan Əli ibn Muhəmməd adlı ravi vardır. İkincisi isə bu hədis Südeyrin məzəmmət olunmasına dəlil ola bilməz. İmam (ə) bu ifadə ilə Südeyrin hər rəngə düşsə də belə, həqiqi simasının və şəxsiyyətinin heç vaxt dəyişməyəcəyini demək istəyib. Yəni halvanın həqiqətinin hər rəngə düşməsinə baxmayaraq,  dəyişmədiyi kimi onun şəxsiyyəti və həqiqəti də sabit və dəyişilməzdir".
    Müəlla ibn Xüneys deyir: "Əbdüssəlam, Südeyr və digərlərinin məktublarını (İraqdan) İmam Sadiqin (ə) hüzuruna apardım. Bu qara geyimlilərin qiyam etdiyi zamana təsadüf etdi. İsa ibn Musa kimi yolunu azaraq Abbasilərin libasını əyninə geyinən bəzi ələvilərdən də aldanaraq bu qiyama qoşulanları vardı. Abbasilər hələ xilafəti ələ keçirmədiklərinə baxmayaraq, bunlar Abbasilərin hökuməti ələ keçirmələri üçün zəmin yaradanlardan oldular. Belə bir şəraitdə yazılmış və İmama (ə) təqdim etdiyim məktublarda deyilirdi: ”Biz hadisələrin sizin idarəniz altına (Hakimiyyətin sizin əlinizə) keçməsinə ümid edirik. Bu barədə nəzəriniz nədir?” İmam (ə) məktubları oxuyub mövzudan agah olduqda məktubları yerə atdı və buyurdu:
    اف، اف! ما انا لهؤلاء بامام! اما یعلمون انه انما یقتل السفیانی
    "Of! Of! Mən bunların imamı deyiləm! Bunlar bilmirlərmi ki, bu işi (qiyam edərək hakimiyyət qurub ümmətə xəlifəliyi) Süfyanini öldürən şəxs (İmam Mehdi (ə.f) edəcək?! ” ( Üsuli-Kafi, c/8, səh/331, hədis/509)
    Bu hədisin Südeyrin məzəmmət olunmasına dəlalət etdiyi deyilir. Çünki hədisdə İmam Sadiq (ə) "mən onların imamı deyiləm” cümləsini işlətmişdir.
    Ayətullah Xoyi deyir: "Əvvəla, bu hədisin raviləri arasında Səbbah ibn Səyabə  adlı şəxsin varlığına görə hədis sənəd baxımından zəifdir. Digər tərəfdən də bu hədis də Südeyrin məzəmmət olunmasını isbatlamaq gücünə malik deyil. Çünki bunlar xilafətin İmam Sadiqə (ə) yetişməsini arzu edirdilər. Lakin xilafətin Süfyanini qətlə yetirəcək şəxsə  (İmam Mehdi (ə.f) yetişəcəyindən qafil idilər.  İmam Sadiq də (ə) bu bəyanı vasitəsilə onları həqiqətlərdən agah etdi və məsələni onlara başa saldı”. (Möcəmür-ricalul-hədis, c/8, səh/36)
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.