Məkkənin adları haqqında izah
1. Qur᾽ani-kərimdə Məkkənin adları;
Qur᾽ani-kərimdə Məkkə adı yalnız bir dəfə gəlmiş, amma bu şəhər on dörd ayədə başqa adlarla yad olunmuşdur ki, aşağıdakılardan ibarətdir:
Bəkkə, Ummul-qura, Əl-bələd, Əl-bələdul-əmin, Əl-bəldəh, Əl-hərəm, həmçinin Qəryətukə, Minəl-qəryətəyn və Vadin ğəyrə zi zər᾽in.
2. Rəvayətlərdə Məkkənin adları:
Əhli-beyt (ə)-ın hədislərində bu müqəddəs şəhərin beş adı və onların bu adlarla adlanma səbəbi bəyan olunmuşdur ki, aşağıdakılardan ibarətdir:
Məkkə, Bəkkə, Ummul-qura, Əl-bəssasə və Ummul ruhm.
Qeyd olunmuş rəvayətlərdə bu şəhərin Məkkə adı ilə adlanmasının iki səbəbi buyurulmuşdur ki, onların biri yerin Məkkə şəhərindən genişlənməsi, digəri isə cahil ərəblərin Kə᾽bəni ziyarət edərkən onun ətrafında fit və əl çalmasından ibarətdir.
Bu şəhərin «Bəkkə» adi ilə adlanmasına gəldikdə isə, bə᾽zi rəvayətlərə əsasən «Bəkkə» Kə᾽bənin yerləşdiyi yerin adıdır və Bəkkə adının Məkkə şəhəri üçün işləndiyini gördükdə , sözün əlamətlərindən başa düşmək olur ki, onu deyənin məqsədi Məscidul-həramda yerləşən Kə᾽bə tərafıdır. Bu isə Bəkkə sözünün lüğət baxımından əsası (məqsədi) ilə uyğundur. Çünki (ərəb dilində) Bəkkə sözü izdiham mə᾽nasında işlədilir (və bildiyiniz kimi), Kə᾽bə ətarfında izdiham olur.
3. Tarixçilər və dilçilər nəzərində Məkkənin adları:
Çox az şəhərlər Məkkə şəhəri kimi tarixçilər və dilçilər nəzərində adlarının çoxluğu və onların mə᾽naları baxımından araşdırılmış və müxtəlif nəzərlə irəli sürülmüşdür. Belə ki, hətta bə᾽zi tarix alimləri Məkkə şəhəri üçün otuzdan çox ad sadalamışdır. Həmçinin dilçilər arasında bir çox adları və xüsusilə Məkkə və Mədinə adlarının məsdəri barədə çoxlu söhbətlər olmuş və müxtəlif nəzərlər irəli sürülmüşdür.
Lakin bu barədə Əhli-beyt əleyhissəlamın rəvayətləri olduğu üçün, onların nəzərlərini qeyd edib sözü uzatmaqdan daşınır və yalnız kəramətli Məkkənin bir neçə adını qeyd etməklə kifayətlənirik.
Əl-məad, Əl-səlah, Kəvsi, Əl-hatimə, Ər-rə᾽s və Əl-qadis adları o cümlədəndir.
Bəlkə də Məkkə şəhərinin çoxlu adlara malik olması, onun müxtəlif ərəb qəbilələri arasında böyük əhəmiyyət daşımasından irəli gəlir ki, onların hər biri Məkkə şəhərini bu adların xüsusi olaraq biri ilə tanıyırdılar.
Kitabın adı: Quran və hədis baxımından Həcc və Ömrə əməlləri