Məkkənin adları
Qur᾽an:
«Həqiqətən xalq üçün tikilmiş ilk ev Bəkkə (Məkkə)dədir ki, aləmlər üçün bərəkətli və hidayət yeridir».
«Bu (Qur᾽an) nazil etdiyimiz mübarək kitab və qarşısında olanı təsdiq edəndir ki, (onun vasitəsi ilə) Ümmul-qura (xalqı) və onun ətrafında olanları qorxudsun. Axirətə iman gətirənlər bu (kitaba da) iman gətirir və namazlarını qoruyurlar.»
«(Allah) O kəsdir ki, onların (müşriklərin) əllərini sizdən və sizin əllərinizi Məkkə vadisində onlara qalib etdikdən sonra (saxladı) və Allah sizin əncam verdiklərinizi görəndir»
Hədis:
1. Həzrət imam Əli (ə) Şam şəhərində olan bir nəfərin «nə üçün Məkkə-Ummul-qura-adlandırmışdır?» sualının cavabında buyurdu: Çünki yer onun altından genişlənmişdir.
2. Həzrət imam Əli (ə) bir nəfərin «Məkkənin Bəkkəyə nisbət yeri nədir?- sualının cavabında buyurdu: Məkkə hərəmin ətrafı, Bəkkə isə Allah evinin (Kə᾽bənin) yeridir.
Soruşdu: Nə üçün Məkkə adlandırılmışdır?
Həzrət buyurdu: Çünki Allah-taala yeri bu şəhərin altından genişləndirmişdir.
Soruşdu: Bəs nə üçün Bəkkə adlandırılmışdır?
Həzrət buyurdu: Çünki bu şəhər zalımlar və günahkarların gözlərini ağlatmışdır.
3. Həzrət imam Əli (ə) buyurub: «Bəkkə Allah evinin yeri, Məkkə isə hərəmdir». Bu isə Allah-taalanın sözüdür ki, buyurur: «Hər kəs ona daxil olsa, asayişdədir».
4. Həzrət imam Sadiq (ə) buyurub: «Allah evinin yeri «Bəkkə», abadlıq isə «Məkkə»dir».
5. Əbdullah ibni Sənan nəql edib ki, həzrət imam Sadiq (ə)-dan soruşdum. Nə üçün Kə᾽bəyə Bəkkə deyilir? Həzrət (ə) buyurdu: Xalqın onun ətrafı və daxilində ağladığı üçün (Kə᾽bəyə Bəkkə) deyilir.
6. Həzrət imam Sadiq (ə) buyurub: «Xalqın təvaf edərək bir-birini sıxıb (izdiham yaratdığı üçün), Məkkə Bəkkə adlanmışdır.
7. Müaviyə ibni Əmmar nəql edib ki, həzrət imam Sadiq (ə)-a ərz etdim ki: Məkkədə namaz qılarkən qadınlar qarşısında əyləşir və ya keçirlər. Həzrət (ə) buyurdu: Eybi yoxdur, Məkkəyə buna görə Bəkkə deyilmişdir ki, orada kişilərlə qadınlar bir-birinə dəyir (və izdiham yaranır).
8. Həzrət imam Kazim (ə) Əliyyibni Cə᾽fərin — «nə üçün Məkkəyə Bəkkə deyilir? — sualının cavabında buyurdu: Çünki camaat bir-birini əlləri ilə itələyirlər ki, bu da yalnız Məscidul-həramın Kə᾽bə ətrafındadır».
9. Həzrət imam Rza (ə) buyurub: «Xalqın (cahiliyyət dövründə) Məkkədə fit çaldığı üçün ona Məkkə deişlər. Bu şəhərə doğru səfərə getmək istəyənə isə «qəd məka» yə᾽ni fitçaldı deyirdilər. Bu da Allah-taalanın sözüdür ki, buyurub: «Onların (cahillərin) Allah evi ətrafında namazlaır fit və əl çalmaqdan başqa bir şey deyildir.
Beləliklə də «muka» fitçalmaq, «təsdiyə» isə əl çalmaq deməkdir.
10. Həzrət imam Sadiq (ə) buyurub: «Məkkənin adları beşdir: Ummul-qura, Məkkə, Bəkkə, Bəssasə — yə᾽ni aradan aparan, çünki camaat Məkkədə zülmkarlıq etdikdə onları ixrac edir və həlakətə yetirirdi. Və Ummul ruhm; çünki camaat Məkkədə e᾽tikaf bağladıqda (ilahi) rəhmətə şamil olurlar».
Kitabın adı: Quran və hədis baxımından Həcc və Ömrə əməlləri