Məkkəyə daxil olan hər bir qorxanın asayişdə olması
Məkkənin xüsusiyyətləri
1. Ehtiram
Ona daxil olan hər bir qorxanın asayişdə olması
Qur᾽an:
«İbraim əleyhissəlam: Pərvərdigara! Bunu asayişili bir şəhər qərar verib, əhalisinə, Alaha və axirət gününə iman gətirənlərə meyvələrdən ruzi əta et, — dedikdə (Allah-taala) buyurdu: Hər kəs küfr edərsə ona bir az əta edər və daha sonra onu Cəhənnəm əzabına giriftar edərəm və çox pis aqibətdir».34
«Onda aşkar və aşkaredici nişanələr vardır. İbraim məqamı və hər kəs ona daxil olsa, asayişdə olacaqdır və Allah üçün ev həcci edərsə, həqiqətən Allah aləmlərdən ehtiyacsızdır».35
«Asayiş olan bir hərəmi qərar verdiyimizi görmədinmi? Bir halda ki, xalq onun ətrafından oğurlanır? Beləliklə onlar batilə iman gətirir və Allah ne᾽mətlərinə qarşı nankorluq edirlərmi?»36
«And olsun əncir, zeytun və Turi-sinaya və and olsun bu asayişli şəhərə».37-38
Hədis:
23. Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm buyurub: «Hər kəs bir insanı öldürüb və ya bir günah etdikdən sonra hərəmə pənah apararsa, hərəmdə olduğu müddətdə amandadır. Belə ki, ondan qisas alınmaz, tutlub əziyyət verilməz, ona pənah, yemək və su verilməz, habelə onunla alver olunmayıb birini qonaq etməz və qonaq olunmaz».
9
24. Həzrət Peyğəmbər (s) buyurub: Agah olun, Allahın Onun mələklərinin və bütün xalqın lə᾽nəti islam dinində bir cinayəti törədib həyata keçirən şəxsə olsun. Yə᾽ni, hərəmdən xaricdə cinayət törədib, daha sonra hərəmə sığınan ki, (bu halda) hərəmdən xaric olanadək heç kim ona sığınacaq verməsin, kömək etməsin və onu qonaq aparmasın. Bundan sonra caniyə hədd cari olsun.40
25. Məhəmməd ibni Müslim nəql etmişdir ki, həzrət imam Baqir (ə)-dan «və mən dəxələhu kanə aminən» — yə᾽ni; hər kəs Məkkəyə daxil olsa, asayişdədir — ayəsi barədə soruşduqda, buyurdu: Qorxan hər bir şəxs, boynunda icra olunası ilahi hədd olmayınca orada asayişdədir.
Dedim: Allah və onun elçisi ilə vuruşan və yer üzərində fəsad törədən şəxs də orada asayişdədirmi? Həzrət (ə) buyurdu: Belə bir şəxs, yolda pusquda41 durub, qoyun və ya başqa şeyi oğurlayan kimidir. İmam istədiyi kimi onunla rəftar edə bilər.42
26. Həzrət imam Sadiq (ə) hələbinin «hər kəs ona daxil olarsa, asayişdədir» — ayəsi barədə etdiyi sualın cavabında buyurdu: Hər kəs hərəmdən xaricdə bir cinayət işi törətdikdən sonra hərəmə sığınarsa, heç kəsin onu hərəmdə tutmağa haqqı yoxdur. Lakin bazara getmək, ticarət, yemək və içməkdə onun qarşısı alınır və heç kəs onunla danışmır. Belə olduqda isə onun hərəmdən xaric olub, tutulmasına ümid vardır. Amma hərəmin daxilində bir cinayət törədərsə, hərəmin daxilində ona hədd cari olar. Çünki, o, hərəmin ehtiramını saxlamışdır.43
27. Müaviyyə ibni Əmmar nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-dan hərəmdən xaricdə bir nəfəri öldürdükdən sonra hərəmə daxil olan bir kişi barədə soruşduqda buyurdu: O şəxs hərəmdən xaric olanadək öldürmək, olmaz həmçinin ona yemək və su vermək, onunla alver etmək və ona sığınacaq vermək olmaz. (Hərəmdən xaric olduqdan sonra ilahi) hədd ona cari olar (cəzalandırılar).
Dedim: Hərəmin daxilində qətl və oğurluq edən şəxsin haqqında nə deyirsiniz? Həzrət (ə) buyurdu: Hərəmin daxilində zillətlə cəzalandırılmalıdır. Çünki o, hərəmin hörmətini saxlamamışdır. Bir halda ki, Allah-taala buyurmuşdur: «Hər kəs sizə zülm edərsə, ona, onun sizə zülm etdiyi kimi zülm edin». Həzrət (ə) buyurdu: Bu hərəmdə (törədilən zülmkarlığa aiddir). Qur᾽anda buyurulmuşdur: «Zalımlardan başqa heç kimə təcavüz və zülm yoxdur».
Kitabın adı: Quran və hədis baxımından Həcc və Ömrə əməlləri