Əllahummə bihəqqi ləylətina (hazihi) və məvludiha, və huccətikə və məv`udihəlləti qə-rəntə ila fəzliha fəzla, fətəm-mət kəlimətukə sidqən və ədlən la mubəddilə likəlimatik, və la muəqqibə liayatikə nurukəl mutəəlliq, və ziyaukəl muşriq, vəl ələmun nuru fi təxyaid dəycuril ğaibul məstur, cəllə məvliduhu və kərumə məhti-duh, vəl məlaikətu şuhhəduh, vəllahu nasiruhu və muəyyi-duhu iza anə miaduh, vəl (fəl) məlaikətu əmdaduhu səyfulla-hilləzi la yənbu, və nuruhulləzi la yəxbu, və zul hilmilləzi la yəsbu mədarud dəhr, və nəva-misul əsri və vulatul əmr, vəl munəzzəlu ələyhim ma yətə-nəzzəlu (yənzilu) fi ləylətil qədr, və əshabul həşri vən nəşri təracimətu vəhyih, və vulatu əmrihi və nəhyih, Əllahummə fəsəlli əla xatimihim və qaimi-himul məsturi ən əvalihim, Əl-lahummə və ədrik bina əyya-məhu və zuhurəhu və qiyaməh, vəc`əlna min ənsarihi vəqrin sarəna bisarih, vəktubna fi ə`vanihi və xuləsaih, və əhyina fi dəvlətihi naiminə və bisuhbə-tihi ğanimin, və bihəqqihi qai-min, və minəs sui saliminə ya ərhəmər rahimin, vəl həmdu lilahi rəbbil aləmin, və sələva-tuhu əla (və səlləlahu əla) səyyidina Muhəmmədin xatə-min nəbiyyin, vəl mursəlinə və əla əhli bəytihis sadiqin, və itrətihin natiqin, vəl`ən cəmiəz zalimin, vəhkum bəynəna və bəynəhum ya əhkəməl hakimin.
Əllahummə əntəl həyyul qəyyumul əliyyul əzimul xali-qur raziqul muhyil mumitul bədiul bədi`, ləkəl cəlalu və ləkəl fəzlu və ləkəl həmdu və ləkəl mənnu və ləkəl cud, və lə-kəl kərəmu və ləkəl əmru və lə-kəl məcdu və ləkəş şukr, vəhdəkə la şərikə lək, ya vahi-du ya əhədu ya səmədu ya mən ləm yəlid və ləm yuləd, və ləm yəkun ləhu kufuvən əhəd, səlli əla Muhəmmədin və ali Mu-həmməd, vəğfir li vərhəmni vəkfini ma əhəmməni, vəqzi dəyni və vəssi` ələyyə fi rizqi, fəinnəkə fi hazihil ləyləti kullə əmrin həkimin təfruq, və mən təşau min xəlqikə tərzuqu fər-zuqni, və əntə xəyrur raziqin, fəinnəkə qultə və əntə xəyrul qailinən natiqin, vəs`əlullahə min fəzlih, fəmin fəzlikə əs`əlu və iyyakə qəsədt, vəbnə nəbiy-yikə`təmədtu və ləkə rəcəvt, fərhəmni ya ərhəmər rahimin.
Əllahumməqsim ləna min xəşyətikə ma yəhulu bəynəna və bəynə mə`siyətik, və min taətikə ma tubəlliğuna bihi rizvanək, və minəl yəqini ma yəhunu ələyna bihi musibətud dunya, Əllahummə əmti`na biəsmaina və əbsarina və quv-vətina ma əhyəytəna, vəc`əlhul varisə minna, vəc`əl sarəna əla mən zələməna, vənsurna əla mən adana, və la təc`əl musibə-təna fi dinina, və la təc`əlid dunya əkbərə həmmina, və la məbləğə ilmina, və la tusəllit ələyna mən la yərhəmna, birəh-mətikə ya ərhəmər rahimin.
Ya mən iləyhi məlcəul (yəl-cəul) ibadi fil muhimmat, və iləyhi yəfzəul xəlqu fil mulim-mat, ya aliməl cəhri vəl xəfiyyat, (və) ya mən la təxfa ələyhi xəvatirul əvham, və təsərruful xətərat, ya rəbbəl xəlaiqi vəl bəriyyat, ya mən biyədihi mələkutul ərəzinə vəs səmavat, əntəllahu la ilahə illa ənt, əmuttu iləykə bila ilahi illa ənt, fəya la ilahə illa ənt, ic`əlni fi hazihil ləyləti mimmən nə-zərtə iləyhi fərəhimtəh, və səmi`tə duaəhu fəəcəbtəh, və əlimtəstiqalətəhu fəəqəltəhu və təcavəztə ən salifi xətiətih, və əzimi cərirətih, fəqədistəcərtu bikə min zunubi, və ləcə`tu iləykə fi sətri uyubi, Əlla-hummə fəcud ələyyə bikərə-mik, vəhtut xətayaə bihilmikəl-ləzinəctəbəytəhum litaətik, vəxtərtəhum liibadətik, və cəəltəhum xalisətəkə və sif-vətək, Əllahumməc`əlni mim-mən səədə cədduh, və təvəfərə minəl xəyrati həzzuh, vəc`əlni mimmən səlimə fənəimə və farə fəğənim, vəkfini şərrə ma əsləftu və`simni minəl izdiyadi fi mə`siyətik, və həbbib iləyyə taətək, və ma yuqərribuni minkə və yuzlifuni indək, səyyidi iləykə yəlcəul harib, və minkə yəltəmisut talib, və əla kərəmikə yuəvvilul mustəqilut taib, əddəbtə əbadəkə bit təkərrumi və əntə əkrəmul əkrəmin, və əmərtə bil əfvi ibadək, və əntəl ğəfurur rəhim, Əllahummə fəla təhrimni ma rəcəvtu min kərəmik, və la tu`yisni min sabiği niəmik, və la tuxəyyibni min cəzili qisə-mik, fi hazihil ləyləti li əhli taətik, vəc`əlni fi cunnətin min şirari bəriyyətik, rəbbi in ləm əkun min əhli zalik, fəəntə əh-lul kərəmi vəl əfvi vəl məğfirəh, və cud ələyyə bima əntə əhluh, la bima əstəhiqquh, fəqəd həsunə zənni bikə və təhəqqəqə rəcai lək, və əliqət nəfsi bikərəmik, fəəntə ərhəmur rahimin, və əkrəmur əkrəmin, Əllahummə vəxsusni min kərəmikə bicəzili qisəmik, və əuzu biəfvikə min uqubətik, vəğfir liyəz zənbəlləzi yəhbisu ələyyəl (ənnil) xuluq, və yu-zəyyiqu ələyyər rizq, hətta əqumə bisalihi rizak, və ən`əmə bicəzili ətaik, və əs`ədə bisabiği nə`maik, fəqəd luztu bihərəmik, və təərrəztu likə-rəmikə vəstəəztu biəfvikə min uqubətik, və bihilmikə min ğəzəbik, fəcud bima səəltuk, və ənil məltəməstu mink, əs`əlukə bikə la bişəy`in huvə ə`zəmu mink.
İlahi təərrəzə ləkə fi hazəl ləylil mutəərrizun, və qəsədə-kəl qasidun, və əmmələ fəzləkə və mə`rufəkət talibun, və ləkə fi hazəl ləyli nəfəhatun və cəvaizu və ətaya, və məvahibu təmunnu biha əla mən təşau min ibadik, və təmnəuha mən ləm təsbiq ləhul inayətu mink, və ha ənə za ubəydukəl fəqir, iləykəl muəmmilu fəzləkə və mə`rufək, fəin kuntə ya məv-lay, təfəzzəltə fi hazihil ləyləti əla əhədin min xəlqik, və udtə ələyhi biaidətin min ətfik, fəsəl-li əla Muhəmmədin və ali Muhəmməd, ət təyyibinət tahi-rinəl xəyyirinəl fazilin, və cud ələyyə bitəvlikə və mə`rufikə ya rəbbəl aləmin, və səlləllahu əla Muhəmmədin xətəmin nəbiyyin, və alihit tahirin, və səlləmə təslima, innəllahə hə-midun məcid, Əllahummə inni əd`ukə kəma əmərt, fəstəcib li kəma vəədt, innəkə la tuxliful miad.
Səcədə ləkə səvadi və xəyali, və amənə bikə fuadi, hazihi yədayə və ma cənəytuhu əla nəfsi, ya əzimu (əzimən) turca (yurca) likulli əzim, iğfir liyəl əzim, fəinnəhu la yəğfiruz zənbəl əzimə illər rəbbul əzim.
Əuzu binuri vəchikəlləzi əzaət ləhus səmavatu vəl ərə-zun, vənkəşəfət ləhuz zulumat, və sələhə ələyhi əmrul əvvəlinə vəl axirin, min fuc`əti nəqi-mətik, və min təhvili afiyətik, və min zəvali ni`mətik, Əlla-hummərzuqni qəlbən təqiyyən nəqiyya, və minəş şirki bəriən la kafirən və la şəqiyya.
Əffərtu vəchi fit turabi və huqqə li ən əscudə lək.
Əllahummə inni iləykə fəqir, və min əzabikə xaifun mus-təcir, Əllahummə la tubəddil ismi, və la tuğəyyir cismi, və la təchəd bəlai, və la tuşmit bi ə`dai, əuzu biəfvikə min iqabik, və əuzu birəhmətikə min əzabik, və əuzu birizakə min səxətik, və əuzu bikə minkə cəllə sənauk, əntə kəma əsnəytə əla nəfsikə və fəvqə ma yəqulul qailun.
Tərcüməsi
Çox mübarək gecədir. İmam Sadiqdən (ə) nəql olunur ki, İmam Baqirdən (ə) şəban ayının yarısının fəziləti barədə sual olunduqda həzrət belə buyurdu: "Bu gecə, Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah taala öz bəxşiş qapısını bəndələrinin üzünə açar və onları öz kərəm və lütfü ilə bağışlayar. Çalışın, bu gecədə Allaha daha da yaxınlaşasınız. Bu, elə bir gecədir ki, Allah öz müqəddəs zatına, günahdan başqa hər bir şeyi Ondan diləyənin əlini boş qaytarmamasına and içmişdir. Bu, elə bir gecədir ki, Allah Qədr gecəsini peyğəmbər üçün qərar verdiyi halda bu gecəni də bizlər üçün qərar vermişdir. Onda Allaha həmd və dua etməkdə daha da çalışın!
Bu gecənin başqa üstünlüklərindən biri də həzrət İmam Zamanın (ə.c) bu gecənin səhərisi hicri qəməri tarixi ilə 255-ci ildə (878) Samirra şəhərində dünyaya göz açmasıdır və bu gecənin daha da fəzilətli olmasına səbəb olmuşdur.
Bu gecənin bir neçə əməli vardır:
1. Qüsl almaq. Günahların yüngülləşməsinə səbəb olur.
2. Əhya saxlamaq (gecəni səhərə kimi oyaq qalmaq). İmam Zeynulabidin (ə) etdiyi kimi bu gecəni dua, namaz və istiğfarla keçirmək. Bir hədisdə nəql olunur ki, hər kəs bu gecəni əhya eləsə (yəni, oyaq qalmaqla onu diri, canlı saxlasa), bütün ürəklərin ölən günü onun qəlbi ölməz.
3. İmam Hüseynin (ə) ziyarəti. Bu gecənin ən fəzilətli və günahların bağışlanmasına səbəb olan əməllərindən biridir. Hər kəs 124 min peyğəmbərin ruhunun onunla görüşməsini istəsə, gərək İmam Hüseyni (ə) bu gecədə ziyarət etsin. Ziyarətin ən azı budur ki, həmin gecə evinin damına çıxıb sağa-sola baxıb başına asimana tərəf qaldırıb bu sözləri desin: "Əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh”. Hər kəsin harada olmasından asılı olmayaraq həzrəti bu qayda ilə ziyarət etsə, ona həcc və ümrənin savabı yazılar. Biz bu gecəyə məxsus olan ziyarəti "Ziyarətlər” bölümündə nəzərinizə çatdıracağıq.
4. Şeyx və Seyidin nəql etdiyi bu dua, Sahibəzzamanın (ə.c) ziyarəti əvəzinədir:
İlahi, Sənə and verirəm bu gecənin haqqını, bu gecə dünyaya göz açan, Sənin höccətin, həmin gecə vədəsi verilən və fəzilətinə yeni bir fəzilət əlavə etdiyin şəxsin haqqını! Bununla da, Sənin sözlərin sədaqət və ədalət baxımından tamamlandı. Sənin sözlərini heç kəs dəyişə və nişanələrini geri çevirə bilməz. (Həmin sözlər) Sənin parlayan və işıqlı nurun, qaranlıq gecədə aydın əlamət, gözlərdən qaib və gizli olan imamdır. Onun mövludu böyük və nəsil-nəcabəti kəramətlidir. Mələklər ona şahiddir. Allah vədəsi çatan zaman onun köməkçisi və dəstəkləyəni, mələklər yardımçısıdır. O, Allahın kütləşməyən qılıncı, sönməyən nuru, yersiz iş görməyən helm sahibidir və ruzigar ona xatir dövr edir. O və məsum ata-babaları əsrin namusu, əmr sahibləridir, "qədr” gecəsi (yer üzünə) nazil olanlar onlara da nazil olur. Onlar "həşr” (məhşər günü) və "nəşr” (insanların qəbirdən baş qaldıracağı gün) səhabələri, ilahi vəhyin təfsirçiləri, əmr və qadağalarının sahibidirlər. İlahi, onların axırıncısı, qaimi və gizli olan hidayət imamına salam yetir! İlahi, onun dövranını, zühur və qiyamını bizə göstər, bizi onun köməkçilərindən təyin et, intiqamımızı onun intiqamına yaxın et, adımızı onun köməkçiləri və xalis dostlarının zümrəsində yaz, bizi onun hakimiyyəti dövründə dirilt ki, nemətə qərq olaq, sevinib şad olaq, onunla birgə olmaqla faydalanaq, onun haqqını bərpa etmək üçün qiyam edək və pisliklərdən amanda qalaq! Ey mehribanların ən mehribanı! Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salamı olsun sərvərimiz, peyğəmbər və elçilərin sonuncusu Məhəmmədə, onun sadiq Əhli-beyti və haqqı deyən xanədanına! İlahi, bütün zalımlara lənət et, bizimlə onların arasında hökm kəs, ey hökm kəsənlərin ən yaxşısı!
5. Şeyx rəvayət edir ki, İsmail ibn Fəzl dedi:- "Mənə İmam Sadiq(ə) şəban ayının yarısında oxunan bu duanı öyrətdi:
İlahi, Sən diri, əbədi, uca, böyük, yaradan, ruzi verən, dirildən, öldürən, (xilqətə) başlayan və vücuda gətirənsən! Əzəmət və fəzilət Sənə məxsusdur. Həmd və nemət Sənə məxsusdur. Bəxşiş və kəramət Sənə məxsusdur. Əmr, şövkət və şükür Sənə məxsusdur. Sən təksən və Sənin şərikin yoxdur. Ey bir və yeganə, ey ehtiyacsız, ey doğmayan, doğulmayan və tayı-bərabəri olmayan (Allah)! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, məni bağışla, mənə rəhm et, mühüm işlərimdə mənə kifayət et, borcumu ödə və ruzimi bol et ki, həqiqətən, Sən bu gecə hər bir möhkəm işi bir-birindən ayırdın və Öz yaratdıqlarından istədiyinə ruzi verdin, belə isə, mənə də ruzi ver! Sən ruzi verənlərin ən yaxşısısan. Çünki bunu Sən Özün buyurubsan və Sən danışan və natiqlərin ən yaxşısısan: "Allahın fəzl və mərhəmətindən istəyin!” Belə isə, mən Sənin fəzl və mərhəmətindən istəyirəm. (Hacətlərimdə) Səni qəsd etdim, Sənin Peyğəmbərinin övladına arxalandım və yalnız Sənə ümid bəslədim. Mənə rəhm et, ey rəhmlilərin ən rəhmlisi!
6. Peyğəmbərin bu gecədə oxuduğu duanı oxuyun:
İlahi, bizə bizimlə Sənə itaətsizlik arasında fasilə yaradacaq qədər qorxunu (xof məqamını), bizi Sənin razılığına çatdıracaq qədər itaətini və dünyanın müsibətlərini bizə asanlaşdıracaq qədər yəqin nəsib et! İlahi, bizi yaşadığımız vaxta qədər qulaqlarımız, gözlərimiz və qüvvətimizlə faydalandır, onu bizim varisimizə ver, qanımızı bizə zülm edənlərin boynuna at, bizə bizimlə düşmənçilik edənlərə qarşı yardım et, müsibətimizi dinimizdə, dünyanı ən böyük kədərimiz və elmimizin son həddi qərar vermə, bizə rəhmət etməyənləri bizə hakim etmə! Sənə and veririk Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!
Bu çox kamil duadır. Bunu başqa vaxtlarda da oxumaq qənimətdir. "Əvalil-ləyali” kitabında peyğəmbərin həmişə bu duanı oxuması nəql olunur.
7. Günorta vaxtı hər günün salavatını oxusun.
8. "Kumeyl” duasını oxumaq. Bu duanın oxunması hədislərdə bu gecədə və hər cümə axşamı oxunması gəlmişdir.
9. "Təsbihati-ərbəə”nin hər bir zikrini (Subhanəllah, Əlhəmdulillah, Əllahu əkbər, La ilahə illəllah) yüz dəfə oxusun. Allah taala da onun keçmiş günahlarını bağışlayar və dünya və axirət hacətlərini rəva edər.
10. Şeyx "Misbah” kitabında Əbu Yəhyadan olan bir hədisdə şəban ayının on beşinin fəziləti barədə belə deyir: "Öz mövlam İmam Sadiqdən(ə) bu gecə ən yaxşı və savabı çox olan dua haqqında soruşduqda, həzrət belə buyurdu: "Elə ki, İşa namazını qıldın, iki rükət bu qayda ilə namaz qıl; bininci rükətdə "Həmd”dən sonra "Kafirun” surəsini, ikinci rükətdə "Həmd”dən sonra "İxlas” surəsini oxu. Salamları verdikdən sonra 33 dəfə Subhanəllah, 33 dəfə Əlhəmdulillah, 34 dəfə Əllahu əkbər deyərək bu duanı oxu:
Ey bəndələrin qəm-qüssələr zaman pənahgahı! Hamı ağır hadisələrdə Onun dərgahında ah-nalə edir. Ey aşkar və gizli alim! Ey qəlblərdən keçənlər və düşüncələrdə xatirələrin yaşanmasından xəbərdar olan! Ey məxluqat və yaranmışların Rəbbi! Ey yerlər və göylərin hökmranlığı əlində olan! Sənsən Allah! Səndən başqa heç bir tanrı yoxdur. "La ilahə illa əntə” (Səndən başqa heç bir tanrı yoxdur) ibarəsi ilə Sənə iman gətirdim. Belə isə, ey Səndən başqa heç bir tanrı olmayan, bu gecə məni Sənə nəzər salıb mərhəmətini şamil etdiyin, duasını eşidib rəva qıldığın, peşmançılığını bilib qəbul etdiyin, keçmiş xətalarını və böyük günahlarını bağışladığın kəslərdən qərar ver! İlahi, günahlarımdan Sənə pənah gətirmiş və eyiblərimin örtülməsində Sənə sığınmışam! İlahi, Öz kərəm və fəzlinlə mənə ehsan et, helmin və əfvinlə günahlarımı bağışla, bu gecə məni geniş kəramətinə bürü, məni Öz itaət və pərəstişinə seçdiyin, xalis və xüsusi bəndələrindən təyin etdiyin dostlarının sırasına qat! İlahi, məni çalışqanlıqları nəticəsində səadətə yetən, yaxşı işlərindən faydalanan, həmçinin sağlam olduqları və nicat tapdıqları halda nemətə qərq olan kəslərin sırasında yaz, keçmişdə yerinə yetirdiyim şər işlərdə mənə yetərli ol, məni Sənə itaətsizliyimi çoxaltmaqdan saxla, itaətini və məni Sənə yaxınlaşdıran ibadət və əməlləri mənə sevimli et! Ey mənim mövlam, qaçanlar Sənin dərgahına sığınır, istəyənlər Sənə yalvarır və günahlarından üz çevirib tövbə edənlər Sənin kəramətinə arxalanırlar. Bəndələrini kəramətinlə ədəbləndirdin və Sən kəramətlilərin ən kəramətlisisən! Bəndələrini əfv və güzəştə əmr etdin və Sən bağışlayan və mehribansan! İlahi, məni kəramətinə ümid etdiklərimdən mərhum və geniş nemətlərindən naümid etmə, bu gecə Sənə itaət edənlər üçün yazdığın böyük qismətlərdən bəhrəsiz qoyma və məni yaratdıqlarının şərlərindən Öz pənahında qoru! Ey mənim Rəbbim, əgər mənim buna ləyaqətim olmasa da, Sən kərəm, əfv və məğfirət sahibisən! Mənə layiq olan tərzdə yox, Sənin məqamına layiq olduğu kimi, məni bağışla. Çünki mən Sənə qarşı yaxşı gümandayam, Sənə ümidim həqiqətdir və canım kərəminə bağlıdır. Sən mehribanların ən mehribanı və kəramətlilərin ən kəramətlisisən! İlahi, kərəminlə böyük qismətlərini mənə şamil et! Mən Sənin əzabından əfvinə sığınıram. Mənim əxlaqımı həbs edən və ruzimi azaldan günahımı bağışla ki, Sənin razılığına uyğun işlərlə məşğul olum, firavan hədiyyələrinə qərq olum və geniş nemətlərinlə səadətə çatım. Həqiqətən, mən Sənin müqəddəs zatına sığınmış, kərəminə üz tutmuş, əzabından əfvinə və qəzəbindən səbrinə pənah gətirmişəm. Belə isə, Səndən istədiklərimi mənə əta et və Səndən dilədiklərimi mənə çatdır. Sənə Özünü and verirəm, çünki heç bir şey Səndən böyük deyil!
Sonra səcdəyə gedib: 20 dəfə "Ya Rəbbi”, 7 dəfə "Ya Allah”, 7 dəfə "La həvlə və quvvətə illa billah”, 10 dəfə "Maşaəllah” və 10 dəfə "La quvvətə illa billah” - deyirsən. Sonra peyğəmbərə və onun əhli-beytinə salavat göndərib hacətini Allahdan istəyirsən. Allah and olsun ki, Ondan hər nə istəsən bu əmələ görə Allah taala öz geniş kərəmi və böyük fəzli ilə rəva edər.
11. Şeyx Tusi və Kəfəmi buyurmuşlar ki, bu gecədə bunu oxuyun:
İlahi, hacəti olanlar bu gecə Sənin dərgahına üz tutub, niyyət edənlər Sənin niyyətinlə gəlib və diləyənlər Sənin fəzl və ehsanına ümid bəsləyiblər! Sən bu gecə bəndələrindən istədiyinə bəxşişlər, hədiyyələr, faydalar və nemətlər verəcək və inayət etmədiyin şəxslərdən isə əsirgəyəcəksən. Mən isə Sənin kiçik və fəqir bəndənəm, Sənin fəzl və ehsanının arzusundayam. Ey mənim mövlam, əgər bu gecə yaratdıqlarından birinə lütf və mərhəmət etmək, məhəbbətindən hədiyyə vermək istəyirsənsə, Məhəmməd və Məhəmmədin pak-pakizə, seçilmiş və üstün Əhli-beytinə salam yetir, mənə də Öz nemət və ehsanını əta et, ey aləmlərin Rəbbi! Allahın çoxlu salam və salavatı olsun peyğəmbərlərin sonuncusu Məhəmmədə və onun pak-pakizə Əhli-beytinə! Həqiqətən, Allah tərifəlayiq və böyükdür. İlahi, əmr etdiyin kimi, Səni çağırıram. Belə isə, Sən də vəd etdiyin kimi, dualarımı qəbul et ki, əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!
Bu dua səhərlər Şəf namazının ardında oxunur.
12. Gecə namazının hər iki rükətlərindən və şəf namazından sonra və vətr namazının dualarından sonra, Şeyx və Seyid nəql edən duaları oxusun.
13. Peyğəmbərdən nəql olunmuş dua və səcdələri yerinə yetirsin. O cümlədən Şeyxin, Həmmad ibn İsanın Əban ibn Təğlibdən nəql etdiyi rəvayət; O, deyir: İmam Sadiq (ə) buyurmuşdur: "Şəban ayının 15-ci gecəsi daxil olmuşdu. Bu gecə peyğəmbər Ayişənin yanında idi. Gecə yarısı peyğəmbər ibadət etmək üçün öz yatağından qalxdı. Ayişə yuxudan oyandı və peyğəmbərin onun yatağından qalxmasını gördü. Qadınlarda olan qeyrət ona gəldi və peyğəmbərin başqa xanımlarının yanına getməsini güman edərək, çadrasını özünə büküb yerindən qalxdı. Allaha and olsun onun çadrası ipək, kətan və pambıqdan deyil, dəvə tükündən idi. O, peyğəmbəri, başqa xanımlarının otaqlarını bir-bir gəzib axtarırdı. O həzrəti axtaran zaman, onun gözü, yerə düşmüş paltar kimi səcdəyə getmiş peyğəmbərə sataşdı. O həzrətə yaxınlaşarkən eşitdi ki, Peyğəmbər səcdədə deyir:
Bütün varlığım və düşüncəm Sənə səcdə etdi və qəlbim Sənə iman gətirdi. Budur mənim əllərim və özümə etdiyim cinayətlər! Ey böyük Allah, bütün böyük işlərdə ümid Sənədir! Mənim böyük günahımı bağışla ki, həqiqətən, böyük günahı böyük Rəbdən başqası bağışlamaz!
Sonra başını qaldırıb yenidən səcdəyə getdi və Ayişə yenə belə dediyini eşitdi:
Qəfil əzabın, verdiyin sağlamlığın alınması və nemətinin aradan qalxmasından səmaları və yerləri işıqlandıran, qaranlıqları aradan qaldıran, birinci və sonuncuların işini sahmana salan zatının nuruna sığınıram. İlahi, mənə pak-pakizə, şirkdən, kafirlikdən və bədbəxtlikdən uzaq olan bir qəlb əta et!
Sonra üzünün hər iki tərəfini torpağa qoyub dedi:
Üzümü torpağa sürtdüm və Sənin dərgahında səcdə etmək mənə vacibdir.
Peyğəmbər qayıtmaq istəyərkən, Ayişə öz yatağına tərəf yüyürdü. Peyğəmbər onun yatağına gəldi və nəfəsinin uca səsini eşidib buyurdu: "Nədir bu dərin nəfəs? Bu gecənin hansı gecə olmasını bilmirsənmi? Bu gecə, Şəban ayının 15-ci gecəsidir. Bu gecədə ruzilər bölüşdürülür, əcəllər yazılır və həccə gedəcək insanlar təyin olunur. Həqiqətən bu gecə Allah taala Kəlb qəbiləsinin keçilərinin tüklərinin sayından çox bəndələrini bağışlayır və Allah taala öz mələklərini səmadan yer üzərinə - Məkkə şəhərinə tərəf yollayır”.
14. Şeyxin İmam Rzadan (ə) rəvayət etdiyi kimi, cənab Cəfər Təyyarın namazını qılsın.
15. Bu gecənin namazlarını yerinə yetirsin. Bu namazlar çoxdur. O cümlədən Əbu Yəhyə Sənani və otuz etibarlı şəxs, İmam Baqir (ə) və İmam Sadiqdən (ə) rəvayət etdiyi hədisdə belə buyurmuşlar: "Şəban ayının 15-ci gecəsində dörd rükət namaz qıl. Onun hər rükətində "Həmd”dən sonra yüz dəfə "İxlas” surəsi oxunur. Qurtardıqdan sonra desin:
İlahi, mən Sənə möhtacam, əzabından qorxur və pənah axtarıram! İlahi, (möminlər zümrəsindən) adımı və cismimi dəyişmə, müsibətimi ağır etmə və düşmənimi sevindirmə! Cəzandan əfvinə pənah gətirmişəm. Əzabından rəhmətinə pənah gətirmişəm. Qəzəbindən razılığına pənah gətirmişəm. Sənin Özündən Özünə pənah gətirmişəm. Özün-Özünü təriflədiyin kimi, Sənin tərifin ucadır və Sən insanların dediklərindən (Səni tərifləyənlərin tərifindən) üstünsən!
Bu gecədə yüz rükət namaz qılmağın böyük savabı var. Hər rükətdə bir dəfə "Həmd” və on dəfə "İxlas” surəsi oxunur. Rəcəb ayının əməllərində bu ayda altı rükətli "Həmd”, "Yasin”, "Mulk” və "İxlas” surələri ilə qılınan namazın qılınma qaydası keçdi.
Kitabın adı: Məfatihul Cinan