Əstəğfirullahə və əs`əluhut təvbəh.
Əsləğfirullahəlləzi la ilahə illa huvər rəhmanur rəhim, əl həyyul qəyyum, və ətubu iləyh.
Əllahummə səlli əla Muhəm-mədin və ali Muhəmməd, şəcərətin nubuvəti və məvziir risaləti və muxtələfil məlaikəh, və mə`dinil ilmi və əhli bəytil vəhy, Əllahummə səlli əla Mu-həmmədin və ali Muhəmməd, əl fulkil cariyəti fil lucəcil ğamirəh, yə`mənu mən rəki-bəha və yəğrəqu mən tərəkəha, Əl mutəqəddimu ləhum mariq, vəl mutəəxxiru ənhum zahiq, vəl lazimu ləhum lahiq. Əlla-hummə səlli əla Muhəmmədin və ali Muhəmməd, əl kəhfil həsin, və ğiyasil muztərril mustəkin, və məlcəil haribin, və ismətil mu`təsimin, Əlla-hummə səlli əla Muhəmmədin və ali Muhəmməd, səlatən kəsirətən təkunu ləhum riza, və lihəqqi Muhəmmədin və ali Muhəmməd, ədaən və qəzaən bihəvlin minkə və quvvətin ya rəbbəl aləmin, Əllahummə səlli əla Muhəmmədin və ali Mu-həmməd, ət təyyibinəl əbraril əxyar, əlləzinə əvcəbtə huquqə-hum və fərəztə taətəhum və vilayətəhum, Əllahummə səlli əla Muhəmmədin və ali Mu-həmməd, və`mur qəlbi bitaətik, və la tuxzini bimə`siyətik, vərzuqni muvasatə mən qət-tərtə ələyhi min rizqikə bima vəssə`tə ələyyə min fəzlik, və nəşərtə ələyyə min ədlik, və əhyəytəni təhtə zillik, və haza şəhru nəbiyyikə səyyidi rusulik, şə`banulləzi həfəftəhu minkə bir rəhməti vər rizvan, əlləzi kanə rəsulullahi səlləl-lahu ələyhi və alihi və səlləm, yəd`əbu fi siyamihi və qiyamihi fi ləyalihi və əyyamih, buxuən ləkə fi ikramihi və i`zamih, ila məhəlli himamih, Əllahummə fəəinna ələl istinani bisunnətihi fih, və nəyliş şəfaəti lədəyh, Əllahummə vəc`əlhu li şəfiən muşəffəa, və təriqən iləykə məhyəa, vəc`əlni ləhu muttəbia, hətta əlqakə yəvməl qiyaməti ənni raziya, və ən zunubi ğaziya, qəd əvcəbtə li minkər rəhmətə vər rizvan, və ənzəl-təni darəl qərari və məhəlləl əxyar.
Tərcüməsi
O, bir neçə əməldən ibarətdir;
1. Hər gün 70 dəfə desin:
Allahdan bağışlanmaq diləyir və Ondan tövbə (tövbəyə müvəffəq etməyini) istəyirəm!
2. Hər gün 70 dəfə desin:
Rəhman, rəhim, diri və möhkəç Allahdan məğfirət diləyirəm və tövbə edirəm.
Bəzi rəvayətlərdə "Əl həyyul qəyyum” adları "Ər rəhmanur rəhim” adlarindan qabaq gəlmişdir. Hər iki cür demək müstəhəbdir.
Hədislərdən və rəvayətlərdən belə nəticəyə gəlmək olar ki, bu ayda ən üstün zikir və dua istiğfar (günahların bağışlanmasını diləmək) etməkdir. Hər kəs bu ayda yetmiş dəfə istiğfar etsə, başqa aylarda etdiyi yetmiş min istiğfar etmiş kimidir.
3. Sədəqə vermək. Əgər sədəqə, bir xurmanın yarısı qədər olsa belə, insanın bədənini cəhənnəm oduna haram edir.
İmam Sadiqdən (ə) rəcəb ayının orucu barədə soruşdular, hz. belə buyurdu: "Niyə şəban ayının orucundan qafilsiniz?!” Ravi dedi: "Ey peyğəmbər övladı, bir gün şəbandan oruc tutan şəxs üçün nə kimi savab yazılır?” Buyurdu: "Allaha and olsun, onun savabı cənnətdir.” Dedi: "Ey peyğəmbər övladı, bu ayda ən yaxşı əməl nədir?” Buyurdu: "Sədəqə vermək və istiğfar etmək. Hər kəs şəbanda sədəqə versə, Allah taala onu, dəvə öz balasını tərbiyə edən kimi tərbiyə edər. Qiyamət günü Ühüd dağı boyda olmuş halda öz sahibinə yetişər.
4. Bütün ay boyu min dəfə desin: "La ilahə illəllahu və la nə`budu illa iyyahu muxlisinə ləhud dinə və ləv kərihəl muşrikun” ki, çoxlu savaba malikdir. O cümlədən əməl kitabında min illik ibadət yazılar.
5. Bu ayın hər cümə axşamında iki rükət namaz qılsın. Hər rükətdə "Həmd”dən sonra yüz dəfə "İxlas” surəsini oxusun və salamdan sonra yüz dəfə salavat çevirsin. Öz din və dünyasından hər nə istəyi olsa rəva olar və orucunun çoxlu savabı var. Rəvayətə əsasən şəban ayının hər cümə axşamı Allah taala səmaları bəzəyir və mələklər deyirlər ki, ilahi, bu günün oruc tutanlarını bağışla və onların dualarını müstəcab elə.
Peyğəmbərdən (s) bir hədisdə deyilir ki, hər kəs şəban ayının birinci günü (bazar ertəsi) və dördüncü günü (cümə axşamı) oruc tutsa, Allah taala onun iyirmi dünya istəyini və iyirmi axirət istəyini rəva edər.
6. Bu ayda çoxlu salavat çevirsin.
7. Şəban ayının hər günündə gün batana yaxın və on beşinci günün gecəsində imam Zeynulabidindən(ə) nəql olunmuş bu salavatları çevirsin:
İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə – nübüvvət ağacı, risalət ocağı, mələklər düşərgəsi (enib-qalxdığı yer), elm mədəni və vəhy diyarının əhalisinə salam yetir! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Onlar dərin dənizlərdə üzən bir gəmidir ki, ona minən amanda qalar, onu tərk edən boğular, onlardan irəli keçən dindən çıxar, onlardan geri qalan həlak olar və onlara bağlanan son məqsədə çatar. İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə – ümmətin möhkəm hasarı, çarəsizlərin fəryadına yetən, qaçanların pənahgahı və ismət əhlinin gözətçilərinə salam yetir! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə çoxlu alam göndər; elə bir salam ki, onların razılığına səbəb olsun, Sənin güc və qüdrətinlə Məhəmməd və Məhəmmədin Əhli-beytinin haqqı yerinə yetirilsin, ey aləmlərin Rəbbi! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə – haqlarını, itaət və vilayətini (məhəbbətini) vacib etdiyin pak-pakizə, xeyirxah və seçilmiş şəxslərə salam yetir! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Qəlbimi Sənə itaətlə abadlaşdır, Sənə asi olmaqla məni rüsvay etmə, mərhəmət və ədalətinlə mənə əta etdiyin geniş imkan sayəsində ruzisini azaltdığın şəxsə əl tutmağı mənə nəsib et, lütf və mərhəmətin sayəsində məni yaşat! Rəhmət və razılığınla əhatə etdiyin Şəban ayı elçilərin sərvəri olan Peyğəmbərinin ayıdır ki, Rəsulullah (Allahın salamı olsun ona və onun Əhli-beytinə) həmin ayın gecə və günlərində daim namaz qılır və oruc tuturdu. Sənin dərgahında təvazökarlıq edərək həyatının sonuna qədər bu ayın ehtiramını saxladı. İlahi, bu ayda o həzrətin sünnəsinə əməl etmək və onun yanındakı şəfaəti qazanmaqda bizə kömək et! İlahi, o həzrəti mənim üçün məqbul şəfaətçi və Sənə tərəf düzgün yol təyin et, qiyamət günü Səninlə görüşənə qədər məni onun ardıcılı qərar verərək həmi gün rəhmət və razılığını mənə vacib edəcəyin və məni əbədi behişt evində, xeyirxahların mənzilində məskunlaşdıracağın halda, məndən razı ol və günahlarıma göz yum!
Kitabın adı: Məfatihul Cinan