» » Sahib əz-zəman İmam Məhdinin (ə.f) möcüzələri (hissə 1)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Sahib əz-zəman İmam Məhdinin (ə.f) möcüzələri (hissə 1)
    0
    Müəllif: Fatimə Nuri Xuda | 22-05-2016, 12:00 | Baxılıb: 2 528
     

     Sahib əz-zəman İmam Məhdinin (ə.f) möcüzələri

    Nar əhvalatı və vəzirin planı

    Bəhreyn avropalıların əli altında olanda, onlar müsəlman bir kişini oraya hökmdar təyin etdilər. Bu hökmdar Əhli-Beytin düşmənlərindən idi. Onun bir zülmkar vəziri var idi. O, vəzir həmişə Bəhreynli şiələrə əziyyət edirdi. O, şiələri məhv etmək üçün həmişə plan tökürdü. Bir gün vəzir əlində bir nar ilə hökmdarın yanına gəlib narı ona verdi. O narın üzərində bu cümlə yazılmışdı:
    Hökmdar bu cümlənin təbii olduğunu gördü və onun heç kim tərəfindən yazılmadığına inandı. O cümlənin insan əli ilə yazıldığı ağla belə sığmırdı. Hökmdar təəccüblənib vəzirə dedi: Bu şiə məzhəbinin batil olduğuna möhkəm bir dəlildir. Bəs şiələr haqqında sənin nəzərin nədir?
    Vəzir dedi: Allah səni salamat etsin, bunlar dəlil qəbul etməyən mütəəssib bir dəstədirlər. Şiələri bura də’vət edib, bunu onlara göstər. Əgər qəbul etsələr, onda sən böyük savab iş görmüsən, amma əgər qəbul etməyib öz yollarına davam etsələr, onları bu üc şeydən birini secməyə məcbur et. Ya zəlil və xar ola-ola vergi versinlər. Ya, bunun cavabını gətirsinlər, yaxud da, kişilərini öldürüb, qadın və uşaqlarını əsir edib, var dövlətlərini qarət et.
    Hakim vəzirin sözlərini bəyənib, şiələrin alimlərini və salehlərini oraya də’vət etdi. Narı onlara göstərib dedi: Əgər qane edici cavab verməsəniz, özünüzü öldürüb, qadın və uşaqlarınızı  əsir tutub, var dövlətinizi də qarət edəcəyəm. Ya da ki, kafirlər kimi zəlilcəsinə vergi verməlisiniz.
    Narı gördükdə təəccüb edib cavab verə bilmədilər. Onların rəngləri qaçıb, titrətməyə başladılar. Onların böyükləri dedilər: Ey əmir, bizə üç gün möhlət ver, cavabını tapıb gətirək, əgər cavab verə bilməsək, nə istəsən edərsən. Hökmdar onlara üç gün möhlət verdi. Onlar məclisi qorxu ilə tərk etdilər.
    Bir məclisə yığışıb, məşvərət etdilər. Sonunda 10 nəfər alim və zahid seçdilər. O on nəfər öz içlərindən üç nəfər seçib, birinə dedilər: Sən bu axşam səhraya gedib, Allaha ibadət edib, onun höccəti olan İmam Zamandan kömək istə, bəlkə o bizə bir yol göstərsin.
    O səhraya gedib ağlayıb və fəryad edib, ibadət etdi. İmamdan kömək istədi, səhər açıldı, ancaq bir fayda olmadı. İkinci gecə, ikinci nəfəri göndərdilər. O da birinci kimi nəticəsiz geri qayıtdı. İki gecə keçmiş və bir nəticə yox idi. Şiədər çox narahat idilər.
    Üçüncü nəfər Mühəmməd ibni İsa adlı pəhrizkar kişini  səhraya göndərdilər. O gecə hava çox qaranlıq idi. O ağlayıb, nalə etdi. Allahdan kömək istədi. Səhərə yaxın bir kişinin ona belə dediyini eşitdi: Ey Mühəmməd ibni İsa! Səni niyə bu halda görürəm? Nə üçün bu səhraya gəlmisən?
    Mühəmməd ibni İsa dedi: Ey Kişi! Əl çək mən böyük bir iş üçün gəlmişəm və onu öz İmamımdan başqa heç kimə deməyəcəyəm.
    O, dedi: Ey Mühəmməd ibni İsa! Mən sənin İmamınam. Öz dərdini de. Mühəmməd ibni İsa! Mən sənin İmamınam. Öz dərdini de. Mühəmməd ibni İsa dedi: Əgər imamsansa, mənim dərdimi deməyə ehtiyac yoxdur. Özün bilirsən.
    Mühəmməd ibni İsa dedi: Əgər imamsansa, mənim dərdimi deməyə ehtiyac yoxdur. Özün bilirsən.
    İmam buyurdu: Bəli doğru deyirsən, sənin bütün çətinliklərin o narın əhvalatıdır. Və bu da vəzirin sizi təhdid etməsidir.
    Mühəmməd ibni İsa dedi: Bu sözü ondan eşidəndə dedim: Bəli, ey mənim mövlam!  Siz bilirsiniz ki, bizim nə çətinliyimiz var, özün bu çətinliyimizə çarə qıl.
    İmam buyurdu: Ey Mühəmməd ibni İsa! Vəzirin evində (Allah ona lənət etsin) bir nar ağacı var. O ağac bar verən vaxtı, vəzir palçıqdan nar şəklində bir qəlib düzəldib, onu ikiyə bölüb hər bir üzündə bu kəlmələri yazıbdır. Nar kiçik vaxtı olanda onu qəlibə qoyur, böyüdükcə o yazılar narın üzərinə həkk olur. Sabah hökmdarın yanına gedəndə ona cavabı tapmışam, ancaq vəzirin evində aşkar edəcəyəm de. Vəzirin evinə girəndə sağ tərəfdə bir otaq var. Hökmdara de: Cavabı yalnız bu otaqda deyəcəyəm.
    Əlbəttə, vəzir sizi otağa girməyə icazə verməyəcəkdir. Ancaq sən çalış otağa gir və vəzirin səndən qabaq tənha ora girməsinə icazə vermə. Bəlkə sən ondan qabaq otağa gir. O otaqda bir taxça və onun üzərində ağ bir kisə var. O kisəni götür, nar qəlibi o kisənin içindədir. Hökmdarın hüzurunda narı o qəlibə qoyub, hər şeyi aşkar et. Ey Mühəmməd ibni İsa! Onun nihanələrindən biri də budur ki, narı parçalayanda onun içində tozdan başqa bir şey yoxdur. Bizim bu möcüzəni sabit etmək istəsən, hökmdara vəzirin o narı parçalamasına əmr verməsini de. Onu parçalayanda narın tozu vəzirin üzünə töküləcəkdir.
    Mühəmməd ibni İsa bunu eşidəndə sevinib İmamın ayağının altındakı torpağı öpüb, şiələrə gözaydınlığı vermək üçün şəhərə qayıtdı. Səhər açıldıqda hakimin yanına gedib, İmamın buyurduqlarını ona dedilər.
    Hər şey aşkar oldu.
    Hakim Mühəmməd ibni İsaya üz tutub dedi: Sən bu xəbərləri kimdən eşitmisən?
    Mühəmməd ibni İsa dedi: Bu xəbəri bizə, bizim imamımız və Allahın höccəti xəbər veribdir.
    Hakim: Sizin İmamınız kimdir?
    O bütün İmamları sayıb İmam Zamana yetişdi.
    Hakim dedi: əlini uzat səninlə beyət edim. Mən şəhadət verirəm Allahın təkliyinə və Mühəmmədin onun rəsulu olduğuna və Əli(ə) onun fasiləsiz xəlifəsidir. Sonra bütün imamların adlarını sayıb, onlara iman gətirdi. Əmr verdi ki, vəziri edam etsinlər. Sonra Bəhreyn camaatından üzr istəyib, onlara yaxşılıq etməyə başladı.
     

    Əbu Racinin cavanlaşması

    Həqiqi olan və alimlərin nəql etdiyi təəccüblü halisələrdən biri də Əbu Racih şiə və camaatın qəbul etdiyi və Hilə şəhərində ümumi hamamlarından birinin sahibi idi. Hamı onu tanıyırdı.
    O, zaman Hilə şəhərinin hakimi «Mərcan Səğir» adlı bir nəfər idi. Ona xəbər verdilər ki, Əbu Racih bəzi səhabələr haqqında pis sözlər danışır. Hakim onu çağırıb, cəlladlara onu o qədər vurdular ki, az qalmışdı can versin. Onun dişlərini sındırıblar. Dişini eşiyə çıxardıb iynə ilə deşik-deşik etdilər. Burnunu kəsib, pis halda şəhərin küçələrində dolandırıb, ölümü müşahidə edincə döydülər. Sonunda etdikləri hərəkəti hakimə xəbər verdilər, hakimdə onu öldürməyə əmr etdi. Onun yanındakılar dedilər: O yaşı keçmiş bir qocadır, onu öz halına burax, onsuz da öləcəkdir, sən də onun qanına  bulaşma! Camaatın sözündən sonra hakim fikrini dəyişib, onu öldürməkdən əl çəkdi. Ancaq heç kim onun öləcəyinə şübhə etmirdi.
    Onun səhəri camaat onu sağlam dişləri yerində camaat namazı qılarkən gördülər. Təəccüblə ondan necə sağaldığını soruşdular.
    Əbu Racih dedi: Ölümü gözlərimin önündə gördükdə, Allaha dua etmək üçün dilim olmadığı üçün qəlbimdə Allaha dua etdim, İmam Zamandan kömək istədim. Axşam olduqda evimin nurla dolduğunu və İmam Zamanın orada olduğunu gördüm. O, mənə yaxınlaşıb, mübarək əlini üzümə çəkib buyurdu: Get, öz ailəni dolandırmaq üçün zəhmət çək! Allah sənə şəfa verdi. Mən gecəni səhərə çatdırdım. İndi də gördüyünüz kimi sağlamam.
    Əbu Racihin zamanında yaşayan yaxşı insanlardan biri də şeyx Şəmsüddin Mühəmməd ibni Qarundur. O deyir: And olsun Allaha, Əbu Racih zəif, sarı üzlü və az saqqallı bir insan idi. Mən həmişə onun hamamına gedirdim, O həmişə bu halda idi. Ancaq, o hadisədən sonra o, güclü qırmızı sifətli, qəddi-qamətli bir kişi olmuşdu. O ölənə kimi belə qaldı.
    Bu xəbərdən sonra hakim onu hüzuruna çağırdı. Dünən o halda olan Əbu racihi indi belə gördükdə qorxuya düşdü. Bundan sonra camaatla yaxşı rəftar etməyə başladı. Camaatın yaxınlarına yaxşılıq edirdi. Ancaq bu da ona fayda etmədi. Bir müddətdən sonra həlak oldu.
     
    Kitabın adı: On dörd məsumdan möcüzələr
    Müəllif: Muhəmməd Rza Əkbəri
     

     
     
    Bölmə: Möcüzələr
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 22 Mayıs 2016 12:33 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.