» » İmam Hadinin (ə) möcüzələri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Hadinin (ə) möcüzələri
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 11-04-2016, 14:30 | Baxılıb: 2 134
     
     
    İmam Hadinin (ə) möcüzələri
     
    İmam Hadinin (ə) heyrətedici ordusu

    Bir gün Mütəvəkkəl İmam Hadini(ə) qorxutmaq üçün böyük bir qoşun yığıb manovra keçirtməyə başladı. Samirrada olan türk qoşunlarından 1000 nəfərinə əmr verdi ki, atlarının ağzılarında olan torbalara (kisələrə) torpaq doldurub, geniş bir yerə töksünlər. Onlar əmrə itaət etdilər. Nəticədə dab kimi böyük bir təpə yarandı. O təpənin adını təlle-fəhali (torbalar təpəsi) qoydular. Sonra Mütəvəkkəl oraya çıxıb, İmamı da oraya dəvət etdi.
    İmam ora çıxandan sonra Mütəvəkkil ona dedi: Səni bura çağırmışam ki, mənim ordumu müşahidə edəsən. Mütəvəkkil öz ordusuna əmr vermişdi ki, döyüş geyimləri geyib, təpənin aşağısında hərəkət etsinlər. Onun bu işdən hədəfi, onun əleyhinə qiyam etmək istəyənləri qorxutmaq idi. Əlbəttə O İmamdan daha çox qorxurdu.
    İmam bunu görüb, onun hədəfindən agah olub dedi: İstəyirsən mən də öz ordumu sənə göstərim?
    Mütəvəkkil: Bəli.
    İmam Allahı çağırıb, dua etdi. Birdən yer və göy silahlanmış mələklərlə doldu. Bunu görəndə Mütəvəkkilin ürəyi getdi. Ayılan kimi İmam ona dedi: Biz dünya işlərində səninlə işimiz yoxdur. Bəlkə axirət işləri ilə işimiz var. Elə buna görə də başqa şey fikirləşmə.

     Yaşıl bağlar

    Saleh ibni Səid deyir: İmam Hadinin(ə) hüzuruna gedib dedim: Qurbanın olum! Bu hökumət bütün işlrində sizi yox edib, alçaltmaq istəyirlər. Sizə ev verdiyi bu saray da dilənçi və fəqirlərin sarayıdır.
    İmam buyurdu: Ey Səidin oğlu! Sən də belə fikirləşirsən? Sonra əli ilə işarə edib, buyrdu: Bax!
    Mən ora baxdım. Yam-yaşıl bostanlar, cürbə-cür meyvələri olan bağlar gördüm. O bağlarda gözəl və ətirli qızlar və mirvari öz sədəfində olduğu kimi nur saçan oğlanlar vır idi. Orada quşlar və ceyranlar da var idi. Bunlar mənim gözlərimi qamaşdırdı. Elə bu zaman İmam buyurdu: Biz harada olsaq, bunlar bizim üçün hazırdılar. Biz fəqirlərin saraylarında deyilik.

    Teyyül-ərz

    İshaq Cəllab deyir: İmam(ə) üçün çoxlu qoyun aldım. Elə bu zaman İmam məni öz yanına çağırıb, məni geniş bir yerə apardı. Mən oranı tanımırdım. İmam əmr verdi ki, qoyunları bir neçə nəfərə paylayım. Mən də bunu etdim. Oğlu Əbu Cəfər, onun anası və başqaları üçün də saxladım. Sonra «Tərviyə» günü (zilhiccə ayının səkkizinci günü) İmamdan Bagdada qayıtmaq üçün icazə istədim.
    İmam belə cavab verdi: Sabah da qal birisi gün gedərsən. Mən orada qaldım. Ərəfə gününü orada keçirtdim. Qurban bayramı axşamında onun evinin eyvanında yatdım. Səhər tezdən İmam mənim yanıma gəlib buyurdu: Ey İshaq! Qalx! Mən ayağa qalxıb gözümü açdıqda özümü Bağdadda öz evimdə gördüm. Atamın və dostlarımın yanına gəlib dedim: Ərəfə günü Samirrada idim, qurban bayramı günü isə Bağdadda.

    Qeybdən bir neçə xəbər

    Kufəli Əli ibni Mühəmməd deyir: Mühəmməd ibni Fərəc mənə dedi: İmam Hadi(ə) mənə belə yazdı: Ey Mühəmməd! İşlərini düzəlt və özündən muğayat ol. Mən özümü və işlərimi düzəldirdim. Ancaq İmamın bu məktubu yazmaqda məqsədini bilmirdim. Elə bu zaman Misirdən bir nəfər gəlib, məni qolu bağlı apardı. Bütün var-dövlətim talan oldu. Özüm də 8-il zindanda qaldım. Sonra zindanda ikən İmamdan yeni bir məktub aldım. O məktubda belə yazılmışdı: Ey Mühəmməd! Bağdad tərəfdə ev tikmə. Məktubu oxuyub dedim: Mən zindandayam və İmam isə mənə belə yazır. Çox təəccüblüdür. Bir müddətdən sonra azad oldum və öz mülküm haqqında sual etdim.
    İmam mənə belə cavab yazdı: Tezliklə sənin mülkünü qaytaracaqlar və əgər qaytarmasalar da sənə bir ziyan yetirməyəcəklər.
    Mühəmməd ibni Fərəc Samirraya tərəf hərəkət etdikdə onun üçün bir məktub gəlib, mülkünün ona qaytarıldığını yazırdı. Ancaq məktub ona çatmamışdan qabaq dünyasını dəyişdi.
     
    Müvəkkilin məclisində olan yırtıcı şirlər

    Hindistandan gələn bir sehrbaz, Mütəvəkkilin yanına  gəlib Heyrətedici şeylər göstərirdi. Özü sehrbazlardan olan Mütəvəkkil İmam Hadini(ə) alçatmaq istəmədi. Elə buna görə də o sehrbaza dedi: Əgər onu alçatsan, sənə min dinar verəcəyəm.
    Sehrbaz dedi: Birsüfrə aç. O süfrəyə nazik və kiçik çörəklər qoy.  İmam Hadini(ə) oraya dəvət et. Məni də onun yanında oturt.
    Mütəvəkkil bir süfrə açıb, İmamı ora dəvət etdi. Orada üzərində şir şəkli olan bir balış var idi. Sehrbaz elə bir şey etdi ki, çörək İmamın qabağından o tərəfə çəkildi. İmam başqa bir çörəyi götürmək istədikdə yenə o iş təkrar oldu və məclis əhli İmama gülməyə başladılar.
    İmam (ə) əlini balışda olan şir şəklinə vurub dedi: Tut onu! Şir balışın üzərində sıçrayıb o sehrbazı udub, yenə balışın üzərinə döndü.
    Bütün məclisdə olanlar heyrətə gəldi. İmam qalxıb getmək istədi. Mütəvəkkil ona dedi: Səndən oturub, o sehrbaz kişini geri qaytarmağını istəyirəm. İmam(ə) buyurdu: And olsun Allaha, bir daha onu görməyəcəksiniz. Allahın düşmənlərini onun dostlarından üstün tutmaq istəyirsən? İmam o məclisdən çıxdı. O kişi bir daha görünmədi.
     
     Bir cavanın ömrünün başa çatmasından xəbər

    Cəfər ibni Qasim deyir: Xəlifənin övladlarından biri üçün bir məclis tutub bizi də dəvət etmişdilər. İmam Hadi(ə) da orada idi. Məclis əhli İmamı görəndə onun ehtiramına xatir sakit oldular. Ancaq bir cavan ona hörmət etməyib gülməyə başladı.
    İmam(ə) ona üz tutub, buyurdu: Allahı yadından çıxartmısan. Üç gündən sonra isə qəbrdə sakit olacaqsan!
    İmamın imamlığına etiqadı olmayan Cəfər ibni Qasim dedi: Bu xəbər İmamın haqq olduğuna dəlil olacaqdır.
    O cavan İmamın sözlərini eşitdikdən sonra, sakit oldu. Biz yemək yeyib, məclisi tərk etdik. Sabahısı gün o cavan xəstələndi, üçüncü gün isə vəfat etdi. Həmin gün axşamçağı isə dəfn olundu.
     
     Təəccüblü bir xəbər

    Əbu Haşim Cəfəri deyir: Zülmkar «Vasiq»in (Abbasilərin doqquzuncu xəlifəsi) hökumət vaxtı idi. Vasiqin Türk qoşunlarından birinin başçısı olan «Buğa», Mədinəyə gəlib çöldə yaşayan ərəbləri axtarırdı. İmam Hadi (ə) buyurdu: Bizimlə gəlib Buğanın qoşununa baxın. Onun qoşununa baxmaq üçün hamılıqla eşiyə çıxdıq. Qoşun bizim qabağımızdan keçdi və onun türk başçısı da bizim qabağımızdan keçmək istəyəndə İmam türk dilində onunla söhbət etdi. O, türk dlində olan bu sözləri İmamdan eşidən kimi atdan düşüb İmamın atının ayağından öpdü. Mən onun yanına gedib, ona and verdim ki, İmamın dediklərini mənə də desin.
    O mənə belə cavab verdi: O peyğəmbərdir?
    Dedim: Yox! O peyğəmbər deyil.
    O dedi: O (imam) məni uşaqlıqda öz yerimdə olduğum ad ilə çağırdı. Mənim bu adımı indiyə kimi heç kimsə bilmirdi.

     Ölü heyvanı diriltmək

    İmam Hadi(ə) Həcc mərasimini yerinə yetirib geri qayıdırdı. Yolda ölü ulağın yanında durub ağlayan Xorasanlı (məşhəd) bir kişiyə rast gəldi. O ağlayıb deyirdi: Mən mallarımı nəyə yükləyim?
    İmam onun yanıdan keçəndə, ona dedilər: Ey İmam, bu xorasanlı kişi sizin aşiqlərinizdəndir. Yarı yolda qalıbdır. İmam onun ölmüş ulağına yaxınlaşıb dedi: Bəni İsrailin inəyi Allah yanında məndən əziz deyil (onun ətinin bir tikəsini ölüyə sürtdülər, o dirildi). Sonra sağ ayağını o ulağa vurub buyurdu: Allahın izni ilə qalx! Ulaq ayağa qalxdı. Xorasanlı kişi mallarını ona yükləyib yola düşdü. İmam hərəkət etdikdə camaat barmağı ilə onu östərib deyirdilər: Bu Xorasanlı kişinin ulağını dirildən şəxsdir.
     
     
    Kitabın adı: On dörd məsumdan möcüzələr
    Müəllif: Muhəmməd Rza Əkbəri

     
     
    Bölmə: Möcüzələr
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 11 Nisan 2016 19:02 | İstifadəçi | Şərh yazdı
    Allah sizdən razı olsun bacı. Məsumların (ə) hər biri belədir, hər kim bunların yolu ilə gedsə yəni Əhli beytin davamçısı olsa Allah o şəxisləridə belə edər. Allah İmam Hadi (ə)-a xatir bütün günahlarımızı bağışlasın. Allah bizlərə rəhm etsin, kömək etsin bizidə ali məqamlara çatdırsın.


    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.