» » İmam Cavadın (ə) möcüzələri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Cavadın (ə) möcüzələri
    0
    Müəllif: Fatimə Nuri Xuda | 18-04-2016, 12:30 | Baxılıb: 2 349

    İmam Cavadın (ə) möcüzələri


    İmam Cavadın (ə) çəliyi


    «Mühəmməd ibni Əbi Əla» deyir: Öz zamanında böyük alimlərdən olan. Samirranın qazisi Yəhya ibni Əksəmdən xəbər tutdum. Onun yanına gedib onunla münazirə etməyə başladım. Onunla münazirə etdikdən sonra dedi: Bir gün Məscüdün-nəbiyə gedib ziyarət edirdim, elə bu zaman Peyğəmbərin(s) məzarını ziyarət edən Mühəmməd ibni Əlini(ə) (İmam Cavad) gördüm. Ona bir neçə sual verdim, o da cavabları verdi. Sonra ona dedim: And olsun Allaha bir sual etmək istəyirəm ancaq çox utanıram.

    İmam: Sual etməmişdən qabaq sənin cavabını verirəm. Sənin sualın budur ki, zəmanənin İmamı kimdir?

    Dedim: And olsun Allaha! Elə mənim sualımda bu idi.

    İmam buyurdu: Zəmanənin İmamı mənəm.

    Mən dedim: İmamlıq əlamətin nədir?

    İmamın əlində bir çəlik var idi. Allahın izni ilə dilə gəlib dedi: ***

    Həqiqətən, o mənim mövlam, bu zamanın İmamı və Allahın höccətidir.


    Qurumuş ağacı bara gətirmək 


    İmam Cavad(ə) Kufə şəhərinin küçələrindən birində olan musibin evinə (məscidə) daxil oldu. O evin həyətində qurumuş və bar verməyən bir (sidr) ağacı var idi. İmam bir kuzə su istədi. O su ilə ağacın dibində dəstəmaz alıb, məğrib və işa namazını qıldı. Sonra isə iki dənə şükr səcdəsi etdi. Bundan sonra o ağac yarpaqlanıb meyvə gətirdi.

    Camaat təəccüblənib, onun meyvəsindən meyl etdikdə onun şirin olduğunu anladılar.


    Teyyül-ərz


    Əli ibni Xalid deyir: Zeydi məzhəbindən olan Mühəmməd deyir: Mən Samirrada idim. Bu zaman əli bağlı bir kişinin ora gətirildiyindən xəbər tutdum. Onu gətirənlər deyirdilər: Bu kişi Peyğəmbərlik iddiası etdiyi üçün tutmuşuq(Ancaq belə bir iddia etməmişdi.).

    Əli ibni Xalid deyir: Mən zindana gedib, oranın qoruyucuları ilə mehriban rəftar edib özümü o kişinin yanına yetirdim. Ona yaxınlaşdıqda, onun ağıllı bir insan olduğunu anladım. Ona dedim: Ey kişi! Səni nə üçün tutublar?

    Dedi: Mən Şamda Rəsul-Hüseyn(ə) adlanan yerdə ibadət edirdim. İbadət halında ikən bir kişi (İmam Cavad(ə)) mənə yaxınlaşıb dedi:

    Qalx gedək. Onunla yola düşdükdə bir anda özümü Kufə məscidində

    Gördüm. Mənə dedi: Bu məscidi tanıyırsan? Bəli, deyə ona cavab verdim. Bu Kufə məscididir. O namaz qılmağa başladı. Mən də ona qoşuldum, birdən özümü Mədinədə Peyğəmbərin (s) məscidində gördüm. O, peyğəmbərə salam verdi, mən də təkrar etdim, namaz qıldı, mən də qıldım. Salavat göndərdi. Elə bu zaman özümü Məkkədə gördüm. O dayanmadan Həcc mərasimlərini yerinə yetirirdi. Mən də onunla bərabər əməl edirdim. Elə bu zaman özümü əvvəlki yerimdə (Şamda) gördüm.

    Gələn il gəlib yenə həmin işləri gördüm. Şama qayıtdıqda məndən ayrılmaq istədikdə ona dedim:

    Sənə and verirəm, o kəsə ki, bütün bu qüdrəti sənə veribdir. Kim olduğunu mənə de! O buyurdu: Mən Mühəmməd ibni Əli ibni Musayam.

    Bu xəbər şəhərdə yayıldı. Muhəmməd ibni Əbdül-Məlik Ziyad bu xəbəri eşitdikdə məni tutub İraqa göndərdi.

    Əli ibni Xalid deyir: Mən ona dedim: Başına gələnləri Əbdül Məlikə çatdır. O da Əbdül Məlikə çatdırdı.

    Əbdul Məlik onun cavabında belə yazdı: Sənin Şamdan Kufəyə, Kufədən Mədinəyə oradanda Məkkəyə aparan şəxsə denən səni azad etsin.

    Əli ibni xalid: Mən onu bu halda gördükdə narahat oldum, ona təskinlik verib, səbrli olmağa dəvət etdim. Səhər onu görməyə getdikdə zindan işçilərinin və camaatın ora yığışdıqlarını gördüm.

    Dedim: Nə olubdur?

    Cavab verdilər: Peyğəmbərlik illiası edən kişi dünən axşam zindandan yox olubdur. Məlum deyil yer aralanıb yerə girib, yoxsa bir quş olub uçubdur. (Onu İmam azad etmişdi.)

     

    Kor insanın şəfası


    Mühəmməd ibni Meymun deyir:

    İmam Rza(ə) Xorasana getməmişdən qabaq onunla birlikdə idik, ona dedim: Mən Mədinəyə gedirəm, bir məktub yaz oğlun Mühəmməd Təqiyə(ə) çatdırım.

    İmam gülümsəyib, sonra bir məktub yazdı. Məktubu alıb Mədinəyə tərəf yola düşdüm. O zaman mənim gözlərim görmürdü. Mədinəyə çatdıqda İmam Cavadın xadimi onu mənim yanıma gətirdi. O hələ beşikdə idi. Məktubu ona verdim. Öz xadiminə (müfiq) onu açmasına əmr etdi. Xadim məktubu açdı. O Həzrət ona bir nəzər saldıqdan sonra mənə tərəf üz tutub buyurdu: Ey Mühəmməd gözün necədir?

    Mən dedim: Ey Rəsulullahın nəvəsi! Gözlərim xəstələnibdir. Artıq görmür. Elə belə gördüyünüz kimidir.

    Həzrət əlini gözlərimə çəkdi. Gözlərim öz əvvəlki halına qayıtdı. Əl-ayağından öpüb, geri qayıtdım. Gözlərim hələ də görür.


    İtmiş bir şeyi hüzura çağırmaq 


    Qasim ibni Möhsün deyir: Məkkə Mədinə yolunda idim. Çöldə yaşayan zəif və arıq bir ərəb mənim yanımdan keçirdi. Məndən bir şey istədi. Mən də bir parça çörək verdim. Elə o yanımdan keçən zaman güclü bir külək əsməyə başlayıb, başımdan əmmaməmi götürüb apardı. Nə qədər axtardımsa tapa bilmədim. Mədinəyə yetişdim. İmam Cavadın(ə) mənzilinə girdikdə İmam buyurdu: Ey Qasim əmmamən yolda itdi?

    Cavab verdim: Bəli.

    İmam öz qulamına buyurdu: Onun əmmaməsini gətir. Qulam mənim əmmaməmi gətirdi.

    Mən dedim: Ey Peyğəmbərin övladı! Mənim əmmaməm sizin yanınızda hardandır?

    İmam(ə) buyurdu: Sən o ərəbə kömək etdin Allah da səndən təşəkkür edib, əmmaməni özünə qaytardı və Allah yaxşı iş görənlərin haqqlarını hədərə verməz.


    Yerin xəzinələrinin onun ixtiyarında olması 


    İsmail ibni Abbas deyir: bir gün İmam Cavadın (ə) yanına gedib, gəlirimdən ona şikayət etdim. İmam ayağa qalxıb yerdən qızıl qılınc götürüb, mənə verdi. Onu bazara apardım. 16 misqal qiyməti idi.


    Atın hamilə olmasından xəbər vermək 


    İbrahim ibni Səid deyir: Mühəmməd ibni Əli Cavadın(ə) yanında idim. Bir dişi at bizim yanımızdan keçdi. İmam ona baxıb buyurdu: Bu axşam bu dişi at bir dişi bala doğacaqdır, alnında və sifətində bir ağlıq vardır.

    İmamdan icazə alıb getdim. O atın sahibi ilə söhbət edirdik. Axşam oldu. O at İmam buyurduğu kimi bir dişi bala dünyaya gətirdi. İmam Dediyi sifətlərin hamısı onda var idi.

    İmamın yanına gəldim. İmam buyurdu: Ey İbrahim ibni Səid! Dünən dediklərimdən şübhələnirdin? Sənin evində olan qadın hamilədir. Bir oğlan övladı dünyaya gətirəcəkdir. Bir gözüdə görməyəcəkdir.

    İbrahim deyir: And olsun Allaha həyat yoldaşım bir uşaq dünyaya gətirdi, bir gözü də kor idi.


    İmam Muhəmməd Təqinin qızı Həkimə 


    Bəli! Deyə, cavab verdim.

    O, dedi: Mən həmişə İmamdan gözdə-qulaqda idim və çox ağır sözlər deyirdi. Qızım, dözməlisən ərin peyğəmbər övladıdır. Bir gün bir qız qapını döyüb, içəri girib, mənə salam verdi. Ondan kim olduğunu soruşdum.

    Dedi: Əmmar Yasirin övladlarındanam və İmamın həyat yoldaşıyam.

    Çox narahat oldum, çıxım səhraya qaçmaq istədim. O gedəndən sonra atamın yanına gedib olanları ona anlatdım. Atam isə məst və kefli idi. Öz qulamına dedi: Qılıncımı gətir. Qılıncı alıb öz atına minib, dedi: And olsun Allaha! Gedib onu öldürəcəyəm. Atamı bu halda görəndə şikayət etdiyimə də peşman oldum və öz ərimi ölümə verdiyimi başa düşdüm. Atam İmamın evinə gedib onu qılınc ilə tikə-tikə etdi və mən də qaçıb gizləndim. Hətta səhərə qədər oyaq qaldım. Sübh tezdən atamın yanına gedib dedim:

    Axşam nə etdiyini bilirsənmi?

    Cavab verdi: Xeyr.

    Mən dedim: İmam Rzanın(ə) oğlunu öldürmüsən!Məmun bunu eşidəndə narahat oldu. Huşdan gedib, yerə yıxıldı. Ayılandan sonra dedi: Vay olsun sənə! Nə deyirsən7

    Dedim: Onun evinə gedib, qılınc ilə öldürdün.

    Məmun çox narahat olub öz qulamı «Yasirə» dedi: Get bu haqda axtarış edib, bizə bir cavab gətir.

    Yasir İmamın evinə getdi. Mən isə özümü döyürdüm. Yasir tezliklə qayıdıb dedi: Müjdə! Ey əmir! Onun yanına getdim, o oturmuşdu əynində də ağ bir köynək var idi. Mən onun bədənində qılınc yarası görmədim!

     

    Eyvanın şiddətli şəkildə silkələnməsi


    Mötəsim öz vəzirlərindən bir dəstəsini hüzura çağırıb, dedi: Siz Mühəmməd ibni Əlinin(ə) əleyhinə yalandan şəhadət verib, onun bizim əleyhimizə qiyam etmək istədiyini deyin. Onlar qəbul etdilər. Mötəsim İmamı(ə) çağırıb dedi: Sən mənim əleyhimə qiyam etmək istəyirsən.

    İmam(ə) dedi: Mən bu haqda heç bir iş görməmişəm.

    Mötəsim: Filan kəslər sənin bu işin haqqında şəhadət verirlər. Onları məclisə çağırdı. Onlar şəhadət veribdedilər: Bu sənin qiyamın haqqında yazdığın məktublardır. Biz bunları sənin qulamlarından almışıq.

    Ravi deyir: İmam eyvanda oturmuşdu. Üzünü yuxarı tutub dedi: Ey Allah! Əgər bunlar yalan deyirlərsə, onlara əzab et. Gözlənilməz bir halda eyvan silkələnməyə başladı, ayağa qalxmaq istəyən hər bir kəs yerə düşürdü. Mötəsim dedi: Ey peyğəmbərin övladı! Mən dediklərimdən peşman oldum, tövbə edirəm. Dua et Allah bu eyvanın silkələnməsinin qabağını alsın.

    İmam(ə) dedi: Pərvərdigara, bu eyvanı sakitləşdir. Sən özün yaxşı bilirsən ki, bunlar sənin və mənim düşmənlərimdirlər. Elə bu zaman dayandı.

     


    Kitabın adı: On dörd məsumdan möcüzələr
    Müəllif: Muhəmməd Rza Əkbəri
     

     
     
    Bölmə: Möcüzələr
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Betuli-Murteza | Status: İstifadəçi Offline | 18 Nisan 2016 19:33 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.BIZI OZ YOLUNDAN AZDIRMASIN INSEALLAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.