Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Yerin xəzinələrinə təsəllüt
Dörd nəfər İmam Sadiqin(ə) şiələrindən deyirlər: Biz İmamın(ə) yanında idik. O, buyurdu: Bütün yerin xəzinələri və onların açarı bizim ixtiyarımızdadır. Əgər ayağımın altında olan bir tikə yerə desəm qızıllarını bayıra tök, tökəcək. O zaman ayağı ilə yerdə bir xətt çəkdi və yer ayrıldı və oradan bir külçə qızıl çıxardıb buyurdu: Yaxşıca buna baxın ki, şəkkiniz olmasın. Sonra buyurdu: Yerin içinə baxın! Baxdıq və orada üst-üstə yığılıb parıldayan çoxlu qızıl külçələrini müşahidə etdik. Səhabələrindən biri ərz etdi: Sənə fəda olum! Sizin bu qədər çoxluvar-dövlətiniz var, halbuki şiələriniz möhtacdırlar.
İmam buyurdu: Allah dünya və axirəti bizim şiələrimiz üçün cəm edib, behiştə daxil edəcək. Bizim düşmənlərimizi cəhənnəmə vasil edəcək.
Bir qeybi xəbər
İbrahim ibni Muhəzzəm deyir: Bir gecə İmam Sadiqin(ə) evindən çölə çıxıb, anamla birlikdə Mədinədə öz evimizə üola düşdük. Yolun ortasında mübahisə və qalmaqal etdik. Mən anamla acı və tünd sözlərlə söhbət etdim. O günün sabahı sübh namazını qılıb, İmamın (ə) hüzuruna yetişdim. O zaman buyurdu: Nə oldu ki, dünən gecə ananla sərtliklə rəftar etdin.
Bilmirsənmi onun qarnı sənin sükunət etdiyin mənzil, onun ətəyi sənin beşik yerin və onun sinələri bir qab idi ki, onlardan içirdin?
Ərz etdim: Bəli.
Həzrət buyurdu: Bundan sonra onunla belə rəftar etmə.
Məhdinin (ə) dostlarının müşahidəsi
Əbu Bəsir deyir: İmam Sadiqin(ə) yanında idim, Xorasanlı bir kişi də orada hazır idi. O, mən başa düşmədiyim bir dildə danışırdı. Sonra bir şey dedi, mən onu başa düşdüm. Eşitdim ki, imam(ə) buyurur: Ayağını yerin üzündə tərpət. Birdən özümü bir yerdə gördüm ki, orada atlılalar başlarını atlarını yəhərinə söykəmişdilər.
İmam (ə) buyurdu: Bunlar Məhdinin(ə.c) səhabələrindəndir.
Heyvanların dilindən agah olması
Salim deyir: Biz İmam Sadiqin(ə) evinin həyətində idik. Sərçələr cikkildəşirdilər. Həzrət buyurdu: Başa düşürsünüz nə deyirlər?
Ərz etdik: Sənə fəda olaq! Biz ki, onların dilini bilmirik ta dediklərini başa düşək.
Buyurdu: Deyirlər İlahi! Biz sənin məxluqatından biriyik və sənin rizqinə möhtacıq, bizi yedirdib, sirab et.
Kitabın adı: On dörd məsumdan möcüzələr
Müəllif: Muhəmməd Rza Əkbəri
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |