Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Kövsər hovuzunu göstərməsi
Abdullah ibni Sənan deyir: İmam Sadiqdən(ə) Kövsər hovuzu barəsində soruşdum.
İmam(ə) buyurdu: Böyük bir hovuzdur. Bəsrə və Səna arası qədər. Onu görmək istəyirsən? Ərz etdim: Bəli. Sənə fəda olum!
İmam(ə), mənim əlimi tutub Mədinədən xaric etdi. O zaman öz ayağını yerə vurdu. Birdən axar bir çayı gördüm ki, onun sahili mənim durduğum yerdən başqa görsənmirdi və o, bir adaya oxşayırdı. Mən və İmam (ə) durduğumuz halda gözüm bir çaya toxundu ki, onun bir tərəfində qardan daha ağ olan bir su axırdı. Onun başqa tərəfində qardan ağ olan bir süd axırdı, ortada yaqutdan yaxşı olan bir şərab idi ki, indiyə qədər bu şərabdan gözəl bir şey görməmişdim ki süd və su arasında qərar tapsın.
Ərz etdim: Sənə fəda olum! Bu çayın mənbəyi haradır və hansı tərəfə axıb gedir.
İmam(ə) buyurdu: Allah-təalanın öz Quran kitabında zikr etdiyi bu bulaqlar cənnətdə olan çaylardır və bu çaydan su, süd və şərab bulaqları axır.
Çayın kənarında bir ağaclar gördüm ki, behişt huriləri özlərini onlardan asmışdılar. Onların bir hbrükləri var idi ki, o cür hörük indiyə qədər görməmişdim. Əllərində qablar var idi ki, onların gözəlliyində olan qab dünyada müşahidə etməmişdim.
İmam(ə) onların birinin yanına yaxınlaşdı. İşarə etdi ki, ona su versinlər. Mən ona baxırdım. Çaydan su götürmək üçün əyildiyi halda ağacda onunla birlikdə suya tərəf əyildi. Qabı çaya salıb, su götürdü və ona verdi. O qədər dadlı idi ki, ömrümdə görməmişdim. Onun iyi müşk iyi idi. Qaba baxdığım zaman üç cür içməli rəng var idi.
Ərz etdim: Sənə qurban olum heç vaxt bu gün gördüyüm kimi şeylər görməmişdim!
İmam (ə)buyurdu: Bu ən az olan şeydir ki, allah öz şiələri üçün hazırlayıb. Mömin vəfat etdiyi zaman ruhu bu çaya gəlir, bu çayın ətrafında olan bağlarda dincəlir və onun şərabından içir. Düşmənimiz vəfat etdiyi zaman ruhu bərəhut vadisinə gedib həmişəlik əzabda qalır və oranın «Zəqqum»undan (cəhənnəmdə acı meyvəsi olan bir ağacın adıdır) ona yedizdirəcəklər və onun qaynar içkilərindən ona içirdiləcək. Bu yerdə Allaha pənah aparın.
Bir qeybi xəbər
Sədir Seyrəfi deyir: Allahın rəsulunu(s) yuxuda gördüm ki, onun qarşısında dəsmal ilə örtülmüş bir qab var. Ona yaxınlaşdım və salam verdim. Həzrət məni m cavabımı verdikdən sonra, dəsmalı qabın üzərindən götürdü. Gördüm onun içində təzə xurma var. Onu götürüb, yeməyə başladı. Ona yaxınlaşıb dedim: Ya Rəsuləllah, Mənə də xurma verin! Mənə bir dənə xurma verdi. Onu yeyib yenədə ərz etdim: Ya Rəsuləllah! Mənə yenə də xurma verin. O yenə də mənə xurma verdi. Onu da yedim. Yeyən kimi yenə də istəyirdim, ta ki, səkkiz dənə götürüb yedim. Təzədən yenədə istədim. Həzrət buyurdu: Kifayətdir.
Yuxudan durdum. O günün səhəri İmam Sadiqin(ə) hüzuruna yetişdim. Gördüm ki, onun qabağında üstü dəsmal ilə bağlı olan bir qab var. Yuxuda Rəsululahın yanında gördüyüm üstü bağlı xurma qabı kimi idi. İmamm(ə) salam verdim. O, mənim cavabımı verdi. O zaman qabın üstündən dəsmalı götürdü. Mən təəccübləndim və ərz etdim: Sənə qurban olum! Mənə də xurma verin. O da mənə xurma verdi və mən yeyib, təzədən xurma istədim. Götürüb mənə verdi. Onu yeyib, yenə də istədim, ta səkkizinci xurmaya yetişdi o zaman yenə də istədim.
İmam(ə) buyurdu: Əgər cəddim Rəsulullah sənə bundan çox versəydi, mən də verərdim. Həzrətin təbəssümü mənim yuxumdan xəbərdar olduğunu bildirirdi.
Bərzəx aləmindən bir cilvə
Davud ibni Kəsir deyir: İmam Sadiqin(ə) evində idik. Peyğəmbərlərin fəzilətləri haqqında müxakirə edirdik. İmam(ə) bizim cavabımızda buyurdu: And olsun Allaha! Allah Mühəmməddən(s) üstün və fəzilətli bir peyğəmbər yaratmayıb, sonra üzüyünü çıxarıb, yerə qoydu və bir zikr dedi. Birdən yer Allahın qüdrəti ilə onun ortasında yaşıl rəngli bir gəmi var. Onun üstündə yazılmışdı. (La ilahə illillah, Mühəmməd rəsulullah, Əli əmirəl-möminin və bəşşir əl-Qaim...!) Qaimə(ə) müjdə ver ki, o düşmənləri ilə döyüşəcək, möminlərin fəryadına yetişəcək və Allah ona çoxlu mələk ilə kbmək edəcək.
Korun şəfası
Əbu Bəsir ki, kor idi deyir: İmam Sadiqin(ə) dalınca gedirdim ta onun qolunu tutum.
İmam(ə) buyurdu: Məni görmək istəyirsən?
Ərz etdim: Bəli. Sənə fəda olum! O zaman həzrət əlini gözümə sürtdü. Birdən gözlərim onun vücudunu görməyə başladı. Sonra mənə buyurdu: Əgər camaatın söz-söhbəti olamsaydı, səni bu halda buraxardım. Amma bu cür eləməyim düz deyil. Sonra əlini gözümə sürtdü və əvvəlki kor halıma qayıtdım.
Kitabın adı: On dörd məsumdan möcüzələr
Müəllif: Muhəmməd Rza Əkbəri
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |