Şad ol ey ürək, gör necə aləmdi bu gün...
Şad ol ey ürək, gör necə aləmdi bu gün,
Bəzənib ərşilə-fərş şadlıq dəmadəmdir bu gün.
Bürüyüb aləmi nura günəşin cilvələri,
Açılıb haqq qapısı dəryayi-rəhmətdi bu gün.
Uca haqq rəhmətini ehsan edib bəndələrə,
Zinəti cənnəti-rizvan, lətafətdir bu gün.
Hamı aşiq eşq ilə zikr eylədi Ya Məhdi!
Xoş gəlibsən, gəlişin ruzi səadətdir bu gün.
Ey gözəllər gözəli, gəl, ey Əlinin xələf oğlu,
Acizdir vəsfinə aləm hamı heyrətdir bu gün.
Gəl, qoy gəlişin şövqilə aləm bəzəsin,
Aşiqlərə ver müjdəyi-haqq məhəbbətdir bu gün.
Təşnə qəlb kuyinə həsrət, intizarınla susuz,
Abi-Kövsər tək zühurun bizə şərbətdir bu gün.
Fatimə əmrini səndən alacaqdır ümmət,
Qədəm götür ağacan altında cənnətdir bu gün.
Cəm olub aşiq olanlar yolun üstə dayanıb,
Rəbbimin seçdiyi kəs əhli-kəramətdir bu gün.
Yaru-yavərlərinin yoxdur tabu-tavani,
Çün Hüseyn qani yerdə, məhşər-qiyamətdir bu gün.
Zülmün dəxi zirehi dirənibdir tavana,
Nə həya qaldı, nə ismət dəxi qeyrətdir bu gün.
Ağa, canlar sənə qurban yolunu gözləyirik,
Ağlar göz ilə Azəribaycan sənə həsrətdir bu gün.
Cək qınından Zülfiqarı, ağa, Allahu Əkbər!
Quran oxu, ey Qareyi-Quranım kifayətdir bu gün.
Gər qədəm atsan ağa sinəmiz üstə qədəm at,
Nuri gözlər yolunu, gəl Rəhimə torpağına,
Meydani-Hüseyndə ucalan bayraq vilayətdir bu gün.