Ey həqq sevən aşiq
+5
Müəllif:
Yusifi Zehra | 14-11-2015, 13:00 | Baxılıb: 1 128
Hüccətul islam vəl muslimin Şeyx Fədaidən gözəl şeir
Haqqın yolunu sən kimi heç kəs tapa bilməz,
Haqq tapmadan ölməz,
Heç kimsə sənin tək olamaz eşqidə sadiq,
Ey həqq sevən aşiq.
************************************
Allah səni xəlq etdi vücuda gələ aləm,
Ta xəlq ola Adəm,
Səndən alaraq feyz yaranmışdı xəlaiq,
Ey həqq sevən aşiq.
****************************************
Ol günki əba altına beş kimsə cəm oldu,
Xatiricəm oldu,
Cəbrail olub ərşidə bu zümrəyə taşiq
Ey həqq sevən aşiq.
******************************************
Minlərcə fədailər o gülçöhrənə heyran,
Aləm sənə qurban.
Bicarə Fədai də sənin hüsnünə şaiq,
Ey həqq sevən aşiq.
***************************************
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.