Ümmü Xalid
Ümmü Xalid Mə`bədiyyə yaxşı və mə`rifətli şiə qadınlarından idi. Bir zaman o, mə`də xəstəliyi tapdı. Müalicə üçün təbibin yanına getdikdə, təbib ona bildirdi: "Bir az şərabla qarut (buğda ya noxud) ununu bir neçə gün ye, yaxşılaşacaqsan”.
Bu qadın öz-özünə dedi: "Sağalmaq üçün şərab içmək olar, yoxsa yox?”
Qərara gəldi ki, bu məsələni İmam Sadiqdən (ə) soruşsun. O, Həzrətin (ə) hüzuruna gəldi və əhvalatı Həzrətə (ə) ərz etdi. İmam Sadiq (ə) buyurdu: "Səni onu içməməyə nə məcbur edir?”
O dedi: "Mən sizə itaət etmək ipini öz boynuma salmışam” (Yə`ni qiyamət günü deyəcəm ki, Məhəmməd ibn Cəfər (ə) məni əmr və nəhy edəndə, mən də onun əmrlərinə itaət etdim).
İmam Sadiq (ə) üzünü ona çevirdi və buyurdu: "Ondan hətta bir damcısını da dadma. Yox, and olsun Allaha! Sənə ondan bir damcı da olsun belə içməyə icazə verməyəcəm”.
Sonra üç dəfə buyurdu: "Ölüm boğaza çatanda (əliylə boğazına işarə etdi) peşiman olacaqsan, anladınmı?”
Şəhidi-Əvvəlin həyat yoldaşı Ümmü Əli
Şəhidi-Əvvəl (fiqh kitabı "Lüm`ə”nin müəllifi) kimi tanınmış Şəmsuddinin (876-cı hicri qəməri ilində vəfat edib) həyat yoldaşı Ümmü Əli müctəhidə və pərhizkar qadınlardan idi. Şəhidi-Əvvəl onu tə`rifləyər və qadınlara, dini məsələləri öyrənmək üçün ona müraciət etmələrini tapşırardı. Onun Rəziyuddin (Məhəmməd), Ziyauddin (Əli) və Cəmaluddin (Həsən) kimi müctəhid oğlanları bu qadının tə`lim-tərbiyəsi ilə boya-başa çatmışdılar. Onun Fatimə (Ümmül-Həsən) adlı bir qızı da var idi. O da ata-anasının yolunu getmiş, elm və təqvada, ictihad və pərhizkarlığın sərhəddinə kimi çatmışdı. Şəhidi-Əvvəlin göstərişiylə qadınlar din elmlərini ondan öyrənərdilər. O, Şəhidi-Əvvəlin tapşırığı ilə öhdəsinə qoyulmuş şagirdləri yetişdirməkdə elə bir həddə çatdı ki, onu "Sittul-Məşayix” (hədis ustadlarının Xanımı) çağırardılar.
Kitabın adı: İslamda qəhrəman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştihardi