» » Həzrəti Peyğəmbərin (s) hicrəti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Həzrəti Peyğəmbərin (s) hicrəti
    0
    Müəllif: Fatimə Nuri Xuda | 5-05-2016, 11:30 | Baxılıb: 645
     
     

    Həzrəti Peyğəmbərin (s) hicrəti


    "əqəbə” bey’əti müsəlmanların,

    Önündə bir üfüq açdı onların.

    Yəsribə köç etmə işində Həzrət,

    Çox ehtiyat ilə edir hərəkət.

    Yeni müsəlmanlar iki bir, üç bir,

    Gizlində yığışıb Yəsribə gedir.

    Yəsrib əhalisi açmışdı qucaq,

    Onları xoş üzlə qarşılayaraq,

    Yaşamaqdan ötrü yer verirdilər,

    Hər cürə köməklik göstərirdilər.

    Fürsət tapan kimi qüreyşililər,

    Hicrət edənlərə əziyyət verər.

    Ər ilə arvadın qarşısın tutar,

    Birlikdə getməyə qoymayırdılar.

    Müşriklər nə qədər çalışırdılar,

    Daxildən od tutub alışırdılar,

    Gördüyü işlərdən olmadı fayda.

    Hicrət edənləri qorxutsalar da,

    Onlar özləri də qorxu çəkirlər.

    Müsəlmanlar getsə Yəsribə əgər,

    Oranı mərkəzə çevirsə onlar,

    İslamın hər yerdə şöhrəti artar.

    Əbu Cəhl yığdı bütpərəstləri,

    İmkanlı, nüfuzlu şəxsiyyətləri.

    Gizlində düşündü bir neçə nəfər,

    Mühəmmədi necə yox eyləsinlər.

    Nə qədər qaçmamış əlimizdəkən,

    İslam cərəyanın kəsək kökündən.

    Bir qismi fikrini dedi bu sayaq:

    – Onu zəncirləyib zindana ataq.

    Ya da ömürlük göz dustağı edək,

    Uzaq bir ölkəyə sürgün eyləyək.

    Əbu Cəhl bunun heç biri ilə,

    Razılaşmayaraq, söylədi belə:

    – Biz onu sürgünə göndərsək əgər,

    Yəsriblilər tapıb kömək edərlər.

    Onu bir dəfəlik öldürmək gərək,

    Ancaq kim öldürsün bunu düşünmək.

    İçimizdən biri öldürsə onu,

    Manaf oğulları bilsələr bunu,

    Qana–qan davası olacaq onda,

    Yaxşısı budur ki, eyni zamanda,

    Hər bir qəbilədən igid bir nəfər,

    Üstünə birlikdə qılınc çəksinlər.

    Bilməsələr kimin vurduğun əgər,

    Qan davasına da girməyəcəklər.

    Bununla məsələ bitəcək tamam.

    Həzrətin evinə həmin gün axşam,

    Cənabı Cəbrail vəhy ilə gəldi,

    Hicrət etməsinə izin verildi.

    Həzrət hicrətindən iki gün qabaq,

    Əbu Bəkrgilə yolun salaraq,

    Onu da xəbərdar elədi dərhal,

    Yol üçün tədarük gördülər fəal.

    Bütpərəstlər çirkin öz əməllərin,

    İcra etmək üçün, Həzrətin evin

    Dövrəyə almışlar səhərə qədər,

    Bayırda qətl etmək istəyirdilər.

    Vaxtdan istifadə edərək Həzrət,

    Həzrəti əliyə söylədi xəlvət:

    – Düşmənlər pusquda durub gizlicə,

    Mənim yatağımda yatarsan gecə,

    Mən hicrət edirəm Yəsribəsarı,

    Səhərə qədər sən, saxla onları.

    Al, məndə saxlanan əmanətləri,

    Sahiblərin tapıb verərsən geri.

    Vacib sözlərini çatdırdı ona,

    Sonra da uzadıb öz yatağına,

    Yaşıl xilqəsini üstünə çəkdi,

    Tez gedib səslədi o, əbu–Bəkri.

    Gecənin qaranlıq zülmət çağında,

    Məkkədən aralı Sovr dağında,

    Gizli mağarada məskən saldılar,

    Burada üç gecə–gündüz qaldılar.

    Onlar mağaraya daxil olantək,

    Əmri–ilahiylə dərhal hörümçək,

    Mağara ağzında torunu hördü,

    Az müddət ərzində işini gördü.

    Həzrətin evini güdən qəsdçilər,

    Durub gözlədilər səhərə qədər,

    Onu gözləməkdən artıq bezdilər,

    Evinə girməyə etdilər hünər.

    Evin qapısını birdən açantək,

    Hamısı pərt olar, əlini görcək.

    Onu izləyərkən bu qədər millət,

    Necə getdiyinə etdilər heyrət.

    Evindən dişarı qoyanda qədəm,

    "Yasin” surəsindən Rəsuli–əkrəm,

    Sədd ayəsini tam oxuyarkən,

    Bir ovuc torpağı götürdü yerdən,

    Duran müşriklərin üzünə atmış,

    Odur ki, onlar da kor kimi yatmış.

    Səhər açılanda qureyşililər,

    Məkkəyə car çəkib verdilər xəbər:

    – Mühəmmədi tapıb gətirən adam,

    Haqqını yüz dəvə alacaq ən’am.

    Bundan həvəslənib adlı–sanlılar,

    Əlləri xəncərli dəli qanlılar,

    Onların izinə düşüb bir qədər,

    Həmin mağaraya tərəf gəldilər.

    Biri mağaraya girmək istədi,

    Bir başqası ona: – Ağlın yox, dedi:

    – Mağara ağzında görmürsən məgər,

    Hörümçəklər necə torun çəkiblər.

    Bir bax, göyərçinlər yuva da qurmuş,

    Yuvanı yumurta ilə doldurmuş.

    Bəlkə heç Mühəmməd doğulmamışdan,

    Əvvəl də burada olmamış insan.

    İçəridə heç kim olmaz, gəl gedək.

    Başqa yerdə onu axtarıb gəzək.

    Ayrılıb, o yerdən getdilər kənar,

    Allahın əmrilə kor olmuşdular.

    Bir az baxsaydılar aşağı əgər,

    Hər bir ikisini görəcəkdilər.

    Əbu Bəkr bunu hiss eləmişdi,

    Qorxaraq Həzrətə belə demişdi:

    – Deyəsən düşmənlər olubdur agah,

    Bizi görəcəklər, ya Rəsulüllah!

    Onların sayı çox, bu iki nəfər,

    Bu qədər adamla neyləyə bilər?

    – Biz iki yox, üçük! –demiş Peyğəmbər:

    "Allah bizimlədir etmə qəm kədər.1

    Axtaranlar gedib uzaqlaşdılar,

    Hər yerdə, hər kimdən soraqlaşdılar,

    Axtarmadıqları bir yer qalmadı,

    Onu gördüm deyən adam olmadı.

    Axtarış heç kimə vermədi səmər,

    Hamısı kor–peşman geri döndülər.

    Əbu Bəkr ilə Rəsuli–əkrəm,

    Üç gün mağarada qaldılar bahəm.

    Qorudu onların Allah hər birin,

    Bu üç gün ərzində həm əbu Bəkrin,

    Oğlu əbdüllahla köləsi Amir,

    Gecələr onlara yemək gətirir.

    Dördüncü günündə çatdırdı xəbər,

    Axtaranlar bir az seyrəkləşiblər.

    Odur ki, əbdüllah həmin gün gecə

    İki dəvə ilə gəldi gizlicə.

    Bu hicrət dostları iki yarı–ğar,2

    Dəvələrə minib uzaqlaşdılar.

    Allahın yolunda hicrət etdilər,

    Qırmızı dənizə doğru getdilər.

    Bütpərəstlər yenə bağırdı bar–bar,

    Çünki mükafatı artırmışdılar:

    – ölüsün, dirisin tapıb gətirən,

    İki yüz dəvəni alacaq birdən.

    Deyərək, təzədən car çəkirdilər,

    Məkkə əhli hamı eşidirdilər.

    Malik oğlu Sorəq adında biri,

    Dərhal eşidəntək belə xəbəri,

    Hicrət edənlərin izinə düşdü,

    Arxadan onlara gəlib yetişdi.

    Atı var gücüylə məhmizləyərkən,

    Atın ayaqları büdrədi birdən.

    Qumun üzərində at sürüşərək,

    Heyvan çapalayıb batdı dizədək,

    Təzədən özünü ələ alaraq,

    Hərəkətin yenə təkrarlayaraq,

    Atın ayaqları yerə çökürdü,

    Gizli qüvvə onu geri çəkirdi.

    Atlı əməlindən pərişan oldu,

    Həzrətə yalvarıb müsəlman oldu.

    Yolçular yolların davam etdilər,

    İsti səhraları aşıb getdilər.

    Göydən yerə qızmar alov yağırdı,

    Qumlardan qığılcım dalğalanırdı.

    Səhra gəmisində onlar üzdülər,

    Ancaq görmədilər sudan bir əsər.

    Axşam hava bir az sərinləyirdi,

    Ulduzlar yoluna nur ələyirdi.

    Nə qədər əzablı olsa bu səfər,

    Yeddi günə yolu qət eylədilər.

     

     

     
     
    Bölmə: Qəzəllər
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.