» » İnsanın formalaşma mərhələləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İnsanın formalaşma mərhələləri
+5
Müəllif: Fatimə Nuri Xuda | 2-05-2016, 18:00 | Baxılıb: 921
 

İnsanın formalaşma mərhələləri

Qur`ani-Məcid insanın bətndəki "cənin” (döl) həyatını müxtəlif mərhələlərə bölür: "Allah-Taala sizi müxtəlif mərhələlərdə yaratdı.”
1. İlk mərhələ: torpaq. 
"Mu`minun” surəsinin 12-ci ayəsində oxuyuruq: "Biz insanı torpaq ünsürlərindən yaratdıq.” İnsan nütfəsi müxtəlif qidalardan, bitki, ət və süddən yaranır. Demək, sonradan insan şəklinə düşən nütfə torpaqdan hasil olur. Müasir elmi nailiyyətlərdən mə`lum olur ki, torpaq və insan eyni ünsürlərdən təşkil olunmuşdur. Həm torpağın tərkibində həm də insan orqanizmində dəmir, mis, kalsium, yod və s. elementlər mövcuddur. 
2. İkinci mərhələ: su.
"Furqan” surəsinin 54-cü ayəsində buyurulur: "Bəşəri sudan yaradan Odur.” Bioloqlar insanı su tərkibli dəniz bitkisinə oxşadırlar, 70 kq. çəkiyə malik insan orqanizmində 50 l. su vardır. Bu nisbət, demək olar ki, sabitdir. Bədəndəki suyun 20 %-ni itirmiş insanın sağlamlığını bərpa etmək imkansızdır. Orqanizmdə hüceyrələrin suyu duzsuzdur. Amma hüceyrələrdən kənarda kalsium olmadığından suyun böyük hissəsini duzlar təşkil edir. Bu su dəniz suyuna oxşayır. Bir vaxt dəniz həyatını tərk edib quruya çıxan heyvanlar sanki dəniz suyunun bir hissəsini özləri ilə gətirmişlər. 
3. Üçüncü mərhələ: ələq. 
"Ələq” surəsinin 2-ci ayəsində oxuyuruq: "Allah-Taala insanı ələqdən yaratdı.” "Ələq” kəlməsinin lüğət mə`nası "soxulcan, zəli” deməkdir. Lakin ələq mikroskop altında müşahidə edilən nütfədəki "soxulcanlardır”. Ələq bətnə daxil olduqdan sonra onun divarlarına yapışır. Spermanın ölçüsü 4 sm²-dır. Onun hər santimetrində 100-200 milyon ələq hərəkətdədir. Bu ələqlər dişi hüceyrəyə doğru hərəkət edirlər. 
Gənc anada 300x10(6) yetişməmiş yumurta mövcuddur ki, onlardan yalnız dörd yüzə qədəri yetişir.
4. Dördüncü mərhələ: dəyərsiz sudan yaranış. 
"Səcdə” surəsinin 8-ci ayəsində buyurulur: "Sonra bəşər nəslini nütfədən – bir qətrə zəif, dəyərsiz sudan əmələ gətirdi.” Ələq, yə`ni sperma bətnə düşdükdən sonra toqquşma baş verir. Bu toqquşmada 200 milyon spermatozoid iştirak edir. Bu spermatozoidlər 15 km/saat sür`ətlə yumurtalara doğru hərəkət edirlər. Qəfildən minlərlə ələq toxumları əhatə edir. Ələq yumurtaya çatanadək bu proses davam edir. Toxumlardan ayrılan maye yumurtanı artıq ələqlərdən qoruyur. Beləcə 200 milyon spermatozoiddən yalnız biri insanın yaranışı üçün kifayət edir.Əgər iki ələq toxuma çata bilərsə bətndə iki insanın bünövrəsi qoyulur. 
5. Beşinci mərhələ: yumurta hüceyrəsi. 
"İnsan” surəsinin 2-ci ayəsində buyurulur: "Biz insanı qarışıq nütfədən yaratdıq.” İnsanın yaranması üçün ələqə qovuşmuş toxum bətnə düşməlidir. Ağ rəngdə olan toxumcuq spermatozoiddən 250 min dəfə böyükdür. Bu zaman yaranmış yeni hüceyrə "əmşac” adlandırılmışdır. Əgər müxalif hüceyrələr əmşac şəklində qarışmazsa, yaranış davam edə bilməz. Hamiləliyin ilkin dövründə əmşac parçalanmağa başlayır və heceyrə dəstələri yaranır. 
6. Altıncı mərhələ: cəninin (dölün) formalaşması. 
"Həşr” surəsinin 24-cü ayəsində buyurulur: "O, yaradan, yoxdan var edən və surət verən Allahdır. "Hüceyrələr təkmilləşdikdən sonra bətndə dölün, yə`ni insan mayasının inkişafı başlayır. Hüceyrələr əvvəlcə Allahın qüdrəti və rəhməti sayəsində ayrı-ayrılıqda inkişaf edirlər. Beyin, göz, qulaq və s. üzvlərin yaranışı müxtəlif hüceyrə qruplaşmalarında gedir. Dölün sol tərəfindəki kiçik şar onu qidalandırır. Qanda üzən bu şar qandan aldığı qida, su və havanı göbək vasitəsi ilə insana çatdırır. 
7. Yeddinci mərhələ: dölün üç pərdəyə bükülməsi. 
"Zumər” surəsinin 6-cı ayəsində oxuyuruq: "O sizi analarınızın bətnində üç zülmət içində yaranışdan yaranışa salaraq yaradır.” Bəli, bətndəki döl üç pərdə ilə əhatə olunmuşdur. Körpəni əhatə edən ilk pərdənin fəzası zülalla doludur və bu pərdə onu kənar zərbələrdən qoruyur. İkinci pərdənin də vəzifəsi körpəni digər tə`sirlərdən qorumaqdır. Üçüncü pərdə körpənin qarın hissəsini bürüyür və onun qidalanmasına kömək edir. 
8. Səkkizinci mərhələ: ruhun üfürülməsi. 
"Mu`minun” surəsinin 14- cü ayəsində oxuyuruq: "Sonra nütfəni laxtalanmış qana çevirdik, daha sonra laxtalanmış qanı bir parça ət etdik, bu əti sümüklərə döndərib yenə də ətlə bürüdük. Nəhayət, onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah necə də uca və uludur.” Əlbəttə ki, bu yaranışda bir çox həqiqətlər gizlidir. Xüsusilə bətndəki körpəyə ruhun üfürülməsi olduqca əsrarəngizdir. Allah-Taala öz rəhmət və iradəsi ilə cansız bir varlığa can verir. Vücuduna ruh üfürülmüş döl barmağını ağzına aparır, bu vərdiş anadan olandan sonra ananın döşünü əmməkdə ona yardımçı olur. 
9. Doqquzuncu mərhələ: doğuş. 
"Nəhl” surəsinin 78- ci ayəsində buyurulur: "Allah sizi analarınızın bətnindən çıxardı.” Körpənin doğulması prosesi yaranışda ən maraqlı hadisələrdəndir. Doqquz ay sakit və qaranlıq ana bətnində qalmış döl Allahın iradəsi ilə yeni bir dünyaya qədəm qoyur. O, bu yeni dünyaya alışmaq istedadına malikdir. 37° istiliyə malik ana bətnini tərk etmiş körpə gəldiyi dünyanın fərqli temperaturuna asanlıqla vərdiş edir. Uzun müddət qaranlıqda qalmış bu kiçik gözlərin işığa dözümü çox təəccüblüdür. Rütubətdən quru mühitə çıxmış körpə az əvvəl göbəyindən qidalandığı halda doğulduğu andan ağzı ilə qidalanmağa başlayır. Bütün bu incə gedişlər yalnız Allahın hər şeyi bürümüş geniş rəhməti sayəsində mümkün olur. Bu rəhməti anlayan insan astadan pıçıldayır: "Allahummə inni əs`əlukə birəhmətikəl-ləti vəsiət kullə şəy`”. 
 
 

Kitabın adı: Kumeyl duasının şərhi (1-ci cild)

Müəllif: Hüseyn Ənsarian

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.