Olmaq imkanı güclü dəlildir
+5
Müəllif:
Elya | 10-08-2015, 19:00 | Baxılıb: 1 169
Olmaq imkanı güclü dəlildir
Sonra,bir şeyin ola bilməsi üçün ən böyük dəlil onun mislinin (ona oxşarın) olmasıdır. Əgər insan öz əvvəlini, ilkini fikirləşsə, görəcək ki, əvvəldə dağınıq hava, su, torpaq zərrələrindən ilahi qüdrətlə cəmlənib. Müxtəlif heyvan, bitki hissələrindən hazırlanmış xörək atanın mə”dəsinə daxil olur, onun orqanizmində yenidən zərrələrə parçalanır. Şəhvətin həyacanlandığı zaman yeməyin xülasəsi bütün üzvlərdən gələn rütubətin zərrələri ilə həzm olub, nütfə (sperma) yolu ilə ananın bətnində qərarlaşır. (Nütfənin zərrələri bütün bədəndən toplandığı üçün cənabətdən, yaxınlıqdan sonra bütün bədənə qüsl vermək vacibdir.)Beləliklə, hər bir bədən hələ ölənədək, əvvəldə iki dəfə dağınıq zərrələrdən ilahi qüdrətlə toplanır. Birinci dəfə torpaq, hava, sudan, ikinci dəfə isə atanın bütün bədənindən. (Bütün bunları görə-görə üçüncü dəfə bədənin toplanacağına nə üçün şəkk edilməlidir?!)
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.