Ilahi əmrlə ikinci dəfə diriləcək ilk şəxs İsrafildir. O, suru üfürməli və Qiyamət qopmalıdır. İsrafil nida edər: "Ey bədənlərdən ayrılmış ruhlar, ey səpələnmiş bədənlər, ey çürümüş ət və sümüklər, ey dağılmış tüklər qayıdın və hesab üçün toplanın, tələsin hesaba”!
Yerə ilahi vəhy yetişər ki, qoynunda olanları bayıra töksün. Torpaqda olan bədənlər şiddətli zəlzələlər vasitəsi ilə bayıra çıxarlar, bədən zərrələri birləşər, ona ruh üfürülər, bir dəfəyə hamı ayağa qalxar. (Allah üçün bir nəfəri xəlq etməklə milyard nəfəri xəlq etməyin fərqi yoxdur, O qadirdir.)
Və”dəsinə vəfa edən Allaha şükürlər olsun!
Amma adamların görünüş və danışıqları müxtəlif olar. Əməlisalehlər qəbirdən baş qaldırdıqda, Allaha şükr edərlər ki, Öz və”dəsinə vəfalı olub, Qiyaməti bərpa etdi, onlar da öz saleh əməllərinin əvəzini alarlar. (39-cu surə, 74-cü ayə) Elələri də olar çarəsizlikdən fəryad çəkər, nalə qopararlar ki, kim bizi qəbirlərimizdən qaldırdı? (36-cı surə, 52-ci ayə) Rəvayətə görə, onlar bir ayağı qəbirdə, digər ayağı bayırda olan halda 300 il heyrətdə dayanacaqlar. Bu, əzabın müqəddiməsidir.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb