Ey şiə, gəlin xürrəm mövludi - Əbəlfəzlə,
Çünki yığılıb aləm mövludi - Əbəlfəzlə.
Xoş gündü verin müjdə siz Heydəri Kərrarə,
Nurlandı Xudadən şəm mövludi - Əbəlfəzlə.
Dərd- qəm bilirəm çoxdur fəryadı azaldın ki,
Şadlıqla verin görkəm mövludi - Əbəlfəzlə.
Həqqin ipini tutmaq istərsiz əgər candan,
Vəhdət eliyin möhkəm mövludi - Əbəlfəzlə.
Mövludi ilə tapdı Şəban ayı da ziynət,
Mə'sumlar olublar cəm mövludi - Əbəlfəzlə.
Mövludi - Əbəlfəzllə, mövludi - Əli birdir,
Getdin ona, gəl həm mövludi - Əbəlfəzlə
Əbbasi ələmdardır, oğlu Əlinin, gəlsin
Hər kimdi ona həmdəm mövludi - Əbəlfəzlə.
Bu gündə əlamət var çün Xaliqi - bihəmta,
Çox sirri yazıb mübhəm mövludi - Əbəlfəzlə.
Dərdü ələmə daim zövq ilə ələm tutdu,
Ey şiə, açın pərçəm mövludi - Əbəlfəzlə.
Zahirdə Hüseyn eylər dünyayə sevinc cari,
Batində tökərdi qəm mövludi - Əbəlfəzlə.
Şadlıq günüdür dərdi gözdən aparın yaşla,
Gözlərdə tapa mərhəm mövludi - Əbəlfəzlə.
Soltan ki, deyir şad ol, əmma özü qəmgindir,
Göz yaşı olub şəbnəm mövludi - Əbəlfəzlə.