İmam Səccadın mövludu münasibəti ilə "Mübarəkdir"
Nə kim var cümlə dünyadə,
Gəlin mövludi - Səccadə,
Bəzənmiş bəzmimiz sadə,...
Mübarəkdir, Mübarəkdir.
Açın dərdi qəmün bəndin,
Sevincin işlədin fəndin,
Duyun virdin Xudavəndin,
Mübarəkdir, Mübarəkdir.
Gəlibdir dəhrə bir aşiq,
Hüseynin əhdinə sadiq,
İmamətçün olur layiq,
Mübarəkdir, Mübarəkdir.
Onu Allah imam bilmiş,
Adın Zeynül əba vermiş,
Pənahi - Kərbəla gəlmiş,
Mübarəkdir, Mübarəkdir.
Əlidir bəzminə sər pay,
Oxur Xeyrənnisa lay-lay,
Deyir Gün, söyləyir Ay,
Mübarəkdir, Mübarəkdir.
Bu gün dünya səfalandı,
Bəşər həqqi ətalandı,
Fələklərdən sədalandı,
Mübarəkdir, Mübarəkdir.
Bu gündən, Soltan, al təskin,
Əcəb ziynət tapıbdır din,
De gəlsin sən də, ey mömin,
Mübarəkdir, Mübarəkdir.