» » Həzrəti Peyğəmbərin (s) meracı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Həzrəti Peyğəmbərin (s) meracı
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 22-04-2016, 09:00 | Baxılıb: 4 677
     

     

    Həzrəti Peyğəmbərin (s) meracı


    Me’racın mə’nasın bilmək üçün sən,

    İsranın mə’nasın gərək biləsən.

    Me’rac göyə çıxmaq, yüksəlmək demək,

    İsra gecə vaxtı seyr eyləmək.

    Me’raca getməzdən əvvəl Peyğəmbər,

    İsra eyləmişdir Qüdsiyə qədər.

    Bu böyük hadisə gecə edilmiş,

    Odur ki, Qur’anda "İsra” deyilmiş.

    Hicrətdən təxminən altı ay qabaq,

    Hərəmi–şərifdə Həzrət yataraq,

    Bu zaman Cəbrail, o böyük mələk,

    Rəsuli–əkrəmə yaxın gələrək,

    Onunla bir kəlmə söz danışmadan,

    Qolundan astaca tutur mehriban,

    Səfa təpəsinə tərəf apardı,

    Burada əcaib bir heyvan vardı.

    İsra eləməyə Buraqa minir,

    Beytülmüqəddəsə tərəf yol gedir.

    Yol üstü Sinada Beytülləhmdə,

    Düşüb namaz qıldı həmin yerlərdə.

    Yenə də yolların davam etdilər,

    Bir göz qırpımında Qüdsə getdilər.

    Buraqın gedişi şimşək sür’əti,

    Bəlkə də şimşəkdən gedirdi iti.

    Məscidüləqsaya girdiyi zaman,

    Başladı müəzzin verməyə ə’zan.

    Adamlar cərgədə durmuşdu səf–səf,

    Cəbrail dedi: – Keç qabağa tərəf.

    Namaz qılanlara olaraq imam,

    Onlarla namazın eylədi tamam.

    Cəbrail soruşdu: – Ya Mühəmməd, sən

    Bu namaz qılanlar kimdir, bilirsən?

    Dedi: – Tanımıram, görməmişəm yox.

    – Allahın yanında məhəbbətin çox.

    Səndən əvvəl gələn nəbilər yeksər,

    Yığılıb arxanda səcdə etdilər.

    Sonra da Cəbrail gətirdi üç qab,

    Biri süd, biri su, birində şərab.

    Cəbrail buyurdu: – Ya Mühəmməd, sən

    Hansını istəsən içə bilərsən.

    Südə əl uzadıb götürdü Həzrət.

    Cəbrail bəyənib söylədi: – əlbət,

    Suyu götürsəydin ümmətin sənin,

    Suda qərq olardı, bunu bil yəqin.

    Şərabı alsaydın yolun azardı,

    Əzaba, zillətə düçar olardı.

    Sonra da növbəsi çatdı o yerə,

    Me’racı başladı onun göylərə.

    Həzrəti Peyğəmbər Cəbrail ilə,

    Yuxarı qalxırdı pilləbəpillə.

    Birinci səmaya çatdığı zaman,

    Cəbrail: – Aç dedi, qapıda duran:

    – Sən kimsən? O dedi: – Cəbrailəm mən!

    – Sənin yanındakı o, kimdir gələn?

    Gələn Mühəmməddir–Cəbrail dedi.

    – Ona peyğəmbərlik verilibdimi?

    – Bəli verilibdir! açıldı qapı.

    Yayıldı: – Xoş gəlib, buyur sədası,

    Daxil olunmağa izin verdilər,

    Birinci səmaya onlar girdilər.

    Sağında, solunda xeyli adamlar,

    Bir kişi gördülər üzündə nur var.

    Sağına baxanda gülümsər olur,

    Soluna baxanda gözləri dolur. Peyğəmbəri görcək salam söylədi: 

    – Xoş gəldin, ey Saleh övladım! –dedi.

    Həzrət Cəbraildən sordu: – Bu kimdir?

    Ağlamağı nədir? Gülməyi nədir?

    Cəbrail dedi: – Ey Rəsuli–əkrəm,

    Bu ilk peyğəmbərdir–Həzrəti Adəm!

    Sağında Cənnətə gedəndi bunlar,

    Solunda Cəhənnəm əhli günahkar.

    Odur ki, sağına baxanda gülür,

    Soluna gözünün yaşı tökülür.

    Sonra da yolların davam etdilər,

    İkinci səmaya tərəf getdilər.

    Yeddi təbəqəni keçdikcə onlar,

    Qapılar ağzında eyni sual var...

    Adını soruşub edirlər də’vət,

    Hansı peyğəmbəri görəndə Həzrət,

    "Səlam Saleh oğlum, Saleh Peyğəmbər,”

    Deyərək, Həzrətlə görüşürdülər.

    İkinci səmada Yəhya və İsa,

    Üçüncüdə Yusif, o – gözəl sima.

    Dördüncüdə İdris əleyhissəlam,

    Beşincidə Harun söylədi səlam.

    Altıncı səmaya qalxdığı zaman,

    Həzrəti Musanı o gördü bu an.

    Yeddinci səmada dayanıb durdu,

    Burada İbrahim Xəlil dururdu.

    Kürəyin söykəmiş Beytülmə’mura,

    Mələklər namaza gəlirlər bura.

    İbadət evidir bu Beytülmə’mur,

    Kə’bə də düz onun altında durur,

    O, göydə yerləşən ibadətgahdır,

    Kə’bəyə bənzəyən ziyarətgahdır.

    Həzrət namazını qıldı burada,

    Cənnət bağlarını gəzdi arada

    Bağlar kənarında çayları gördü,

    Bir çay üzərində qəsr üzürdü.

    Həzrət əlin suya vurduğu zaman,

    Müşk qoxusunu hiss etdi ondan.

    Cəbraildən sordu: – Bəs bu çay nədir?

    – Bu çay ən qiymətli Kovsərdir deyir:

    – Çayı da, qəsri də, böyük Yaradan,

    Səninçün qoruyub, saxlayır hər an.

    Sonra Cəhənnəmə baxdı uzaqdan,

    Cəza çəkənləri gördü bu zaman.

    Bir az da yuxarı qalxdı göylərə,

    Sidrətülmüntəha adlı bir yerə.

    Orada ilahi nurlar yanırdı,

    Hər tərəf rəngbərəng parıldayırdı.

    Oradan yuxarı olanlar daha,

    Hamısı mə’lumdur yalnız Allaha.

    Ondan o tərəfə nə mələk, nə də

    Elə bir peyğəmbər olmayıb gedə.

    Cəbrail dedi: – Ya Rəsuli–əkrəm,

    Mən daha yuxarı gedə bilmərəm.

    Sidr ağacından o yana əgər,

    Getsəm qanadlarım yanıb tökülər.

    Cəbrail bu yerdə onu buraxdı,

    O, ərşi əlayə rəfrəflə qalxdı.

    Tanrı dərgahına əlin uzatdı,

    Tək–tənha sonuncu məqamə çatdı.

    Çatanda Allahın yaxınlığına,

    İstədiyi vəhyi vermişdi ona.

    O qədər yaxınlıq vardı orada,

    İki ox məsafə qaldı arada.

    Nə bir vasitəçi, nə də bir mələk,

    Pərdə arxasında onlar təkbətək,

    Sonra nə danışıb, nələr dedilər,

    Bir Allahı bilir, bir də Peyğəmbər.

    Ona üç ərmağan verdilər bunu,

    Birinci "Bəqərə” surənin sonu.

    İkinci Allaha şərik qoşmayan,

    Cənnət müjdəsini alacaq ondan.

    Üçüncü me’racdan hədiyyə olan,

    Beş vaxt namaz qılmaq olundu əyan.

    "İsra” surəsi də sübutdur buna,

    "Allah ayətlərin göstərdi ona.”

    Həzrəti Peyğəmbər əleyhissəlam,

    Kə’bəyə yerinə qayıdır axşam,

    Olan hadisəni danışır səhər,

    Yox canım, belə şey olmaz, –dedilər:

    – Qüdsə bir ayadək gedir karvanlar,

    Bir aya da geri qayıdır onlar.

    Mühəmməd bu uzaq yolu nə təhər,

    Bir gecəyə gedib qayıda bilər.

    Mö’minlər tərəddüd etmədi buna,

    Müşriklərsə sual etdilər ona,

    Əbu Cəhl dedi: – Həqiqətsə bu,

    Qüdsə getmisənsə sübut et bunu.

    Danış bizə yolda gördüklərindən,

    Beytülmüqəddəsi təsvir eylə sən.

    Həzrət dedi: – Yolda bir neçə karvan,

    Onları mən gördüm Şamdan qayıdan,

    Çərşənbə axşamı sizin karvanlar

    Yəqin ki, Məkkəyə yetişər onlar

    Yüklərin də nədən olduğun dedi,

    Beytülmüqəddəsi təsvir eylədi.

    Əbu Bəkr: – Bunu Mühəmməd deyir,

    Demək həqiqətdir, doğru söyləyir.

    Şübhəli heç nə yox dediklərində,

    Qüds şəhərini görmüşəm mən də.

    Gördüklərin aydın eylədi təsvir,

    Təsdiq eləyirəm yalan deyildir.

    Həzrətin göylərə me’rac etməsi,

    Bəşər tarixinin bu hadisəsi,

    Ən mürəkkəb olan hadisəsidir.

    Allahın sirr qalan mö’cüzəsidir.

     

     
     
    Bölmə: Qəzəllər
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 23 Nisan 2016 04:58 | İstifadəçi | Şərh yazdı
    cox xowuma geldi bacim yazan ellerin aqramasin weir rahat bir weirdir adam oxuduqca ele bil adamin qelbine axir Allah razi olsun 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.