» » İlk vəhyin gəlişi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İlk vəhyin gəlişi
    0
    Müəllif: Fatimə Nuri Xuda | 22-03-2016, 09:00 | Baxılıb: 1 097
      

    İlk vəhyin gəlişi


    Otuz beş yaşını keçmişdi Həzrət,

    Qəlbində Allaha artır məhəbbət.

    Gündüzlər Kə’bəni ziyarət edər,

    Gecələr çox zaman ibadət edər.

    Allahdan olardı sözü–söhbəti,

    Cahil adətləri sevməzdi qəti.

    Kə’bəyə bütləri yığır ərəblər,

    Ondan ilham alıb coşardı təblər.

    Kə’bəni lüt–üryan hərlənərdilər,

    Allahın evində əylənərdilər.

    Qumar oynayan kim, şərab içən kim,

    Qarşısın almağa olmazdı hakim.

    Ölkədə nə qanun, nə qayda vardı,

    Qəbilə davası tez–tez olardı.

    Qolları güclülər gücsüzü soyur,

    Onları qanun yox, tayfa qoruyur.

    Ölümə ölümlə, təhqirə təhqir,

    İntiqam alınır, qan axıb gedir.

    Həzrət ətrafında, öz şəhərində,

    Görür dilənçilər cındır içində.

    Mal ölçən, mal satan tacir adamlar

    Qiymətdə, çəkidə alanı xamlar.

    Onlarda insafdan olmazdı əsər,

    Hər dəqiqə günah işlədərdilər.

    Yaşı otuz səkkiz olanda Həzrət,

    Bu iyrənc işlərə dedi qabahət.

    Xalqdan üz döndərib uzaqlaşaraq,

    Tənha yaşamağı üstün tutaraq,

    Məkkədən yuxarı Hira dağında,

    Gəlib oturardı mağarasında.

    Daim ibadətlə məşğul olardı,

    Tək–tənha sübhədək oyaq qalardı.

    Ramazan ayını orda keçirdər,

    İbadət eyləyər səhərə qədər.

    Sakit mə’bədində fikrə dalardı,

    Gördüyü rö’yalar gerçək olardı.

    Həzrət qırx yaşına çatdığı zaman,

    Qulağına səslər gəldi durmadan.

    Qeybdən gəlirdi bu səs, bu səda;

    – Allahın elçisi sənsən dünyada.

    Bacılar qardaşa məhrəm olanda,

    Qızlar diri–diri basdırılanda,

    Pozğunluq baş alıb getdiyi zaman,

    Ona peyğəmbərlik verdi, Yaradan.

    Ramazan ayının on səkkizində,

    Gördü mağarasın o, nur içində.

    Təkrarən adını çəkirdi kimsə,

    Diqqət ilə qulaq asdı bu səsə.

    Adını eşitcək əsdi, qorxudan

    Yıxılıb huşunu itirdi bir an.

    Haçandan–haçana özünə gəlcək,

    Başının üstündə gördü bir mələk.

    Cənabi Cəbrail gəldi yaxına,

    İpəkdən bir namə uzatdı ona.

    Dedi: – Mən oxumaq bilmirəm axı,

    Allahın əmridir! dedi: – Al, oxu!

    Üç dəfə Həzrəti sıxdı bağrına,

    Cəbrail təkrarən buyurdu ona:

    – "Bütün məxluqatı yoxdan yaradan

    Rəbbinin ismilə oxu ucadan”.

    "ələq” surəsindən oxutdu ona,

    Allahın sevimli son Rəsuluna.

    Bu gəliş Həzrətdə təşviş oyatdı,

    Səhər mə’bədindən evinə çatdı.

    Üzündən ətrafa yayılırdı nur,

    Xədicə maraqla sordu: – Nə nurdur?

    Peyğəmbər buyurdu: – Üstümü örtün.

    Dərin bir yuxuya getdi həmin gün.

    Yuxudan oyanıb, danışdı bir–bir

    Olan hadisəni eylədi təsvir.

    Xədicə bunları eşidən kimi

    Ərinə söylədi sevinən kimi:

    – Sən mənə xoş xəbər gətirmisən ki.

    Qanadım çatmayır uçmağa sanki.

    Təsəlli verərək dedi: – "Döz bir az,

    Allah öz qulunu yalqız buraxmaz.

    Həqiqət yolunu tutdun hər zaman,

    Qonşulara qarşı çox xeyirxahsan.

    Fəqirə, kasıba hörmət edənsən,

    Yolunu azana yol göstərənsən.

    Ya Mühəmməd, səndə gördüyüm bu nur,

    Peyğəmbərliyinə açıq subutdur.

    Böyük Yaradana əmin ol ki, sən

    Artıq bu ümmətin peyğəmbərisən.

    Xədicənin doğma əmisi vardı,

    Onların evində tez–tez olardı.

    İncili, Tövratı bilirdi əzbər,

    Bütün elmlərdən verərdi xəbər.

    Belə bir rəvayət edirlər o gün,

    Xədicə həyəcan içində bütün,

    Tələsik tez gedir onun yanına,

    Eşitdiklərini danışır ona.

    Sonra sual edir: – Deyilsə bu sirr,

    Mənə izah eylə, Cəbrail kimdir?

    Vərqə Xədicəyə: – Müjdələr olsun.

    Nəhayət, Peyğəmbər zövcəsi oldun.

    Mühəmmədin sözün təsdiq edərək,

    Musaya gələndir dedi: – O mələk

    Namusi–əkbərdir, adı Cəbrail.

    Peyğəmbərlərə o, vəhy edir nazil.

    Ey Xədicə, rö’yan axır oldu çin,

    Zövci–Kəriminə baxaraq sevin.

    Xədicə bunları eşidən zaman,

    Tələsik evinə dönür durmadan.

    Onun dediklərin Həzrətə deyir,

    İman gətirərək şəhadət edir.

    Dedi: – Yox Allahdan qeyri bir Allah!

    Mühəmməd həm quldur, həm Rəsulüllah!

    Birinci vəhydən keçdi tam üç il.

    Daha başqa bir vəhy olmadı nazil.

    Həzrət mə’bədinə bir gün gedərkən,

    Göydən gələn səsi eşitdi birdən.

    Yenə də bədəni lərzəyə düşdü,

    Geriyə qayıdıb evə yetişdi.

    Yuxusun almaqa yerinə girdi.

    Xədicə libasın üstünə verdi.

    Cəbrail gəldigcə yaxınlıqına,

    Həzrəti səsləyib deyirdi ona:

    – "Ey yataq libasın üstünə çəkən

    Qalx! Oyan! Xalqına nəsihət et sən!

    Rəbbini uca tut! Bütləri tərk et!

    Sənə üz verəcək əzaba səbr et!”

    Bu surənin adı "əl–Müddəssir”,

    İslamı yaymağa eylədi tə’sir.

     

     
     
    Bölmə: Qəzəllər
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.