Təşəkkür, əxlaq alimlərinin nəzərində
Əxlaq alimləri deyirlər: «Şükrü üç şey təşkil edir: Birinci: Nemət və onu verəni tanımaq. İkinci, nəfsin xeyirxah şəxs müqabilində sevinclə birgə olan təvazökar haləti. Üçüncü, nemət verənin məqsədinə uyğun neməti istifadə etmək. Nemət tanımaq barəsində İmam Sadiq (əleyhissalam) buyurur:
«Allah hər kəsə nemət əta etsə və o da bu neməti qəlbdən tanısa, beləliklə, onun şükrünü yerinə yetirmişdir.»(Nəhcül-bəlağə 53-cü məktub )
Başqa yerdə buyurur:
«Şükrün ən aşağı mərtəbəsi budur ki, insan, nemətin Allahdan olmasını bilsin!»(Səfinətül-bihar, 1-ci cild, səh-7. )
İmam Əmirəl-möminin Əli (əleyhissalam) mərifətlə təcavüzün fərqi barəsində buyurur:
"Şəxsi, həddən artıq tərifləmək, təcavüz və Şeytani işdir. Tanınmış mömin şəxsin tərifində səhlənkarlıq etməksə, şəxsin qüdrətsizliyi və paxıllığı üzündəndir! "(Nəhcül-bəlağə. Qısa kəlmələr. 13 )
Qeyd etdiyimiz kimi Allah, Onun nemətlərinə şükr etməyi ibadət sayır. Aşağıdakı ayələr bunu bəyan edir:
«Əgər Allaha ibadət etmək istəyirsinizsə, Onun nemətlərinin şükrünü edin.»(Bəqərə surəsi-172. )
«Yalnız Allaha ibadət et və şükr edənlərdən ol.» (Zümər surəsi-66. )
Bu iki ayədə Allah bildirir ki, şükr etmək ibadətdəndir. Böyük və şəxsiyyətli dindarlar, öz əməl və rəftarlarında belə olublar. Allah buyurur:
«Mərkəbə mindiyiniz zaman Rəbbinizin nemətini yada salaraq deyin: Bunları bizə ram edən Allah pak və müqəddəsdir. Bizim onlara gücümüz çatmazdı!» (Zuxruf surəsi-13. )
Həzrət Süleyman (əleyhissalam) Allahdan belə şükr etməyi ona qismət etməyi belə istəyir: «Pərvərdigara! Mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək üçün tofiq ver!» (Nəhl surəsi-19
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi