İslamda ibadətin həddi
İslamda hansı şeylərin ibadət olunması sualının cavabında belə demək olar: İslam dinində ibadət, xüsusi bir əmələ deyilir. Bəlkə də ibadət, qədim bir ağaca bənzəyir ki, çoxlu qol-budaqları və kökləri vardır. Bir çox halətlər və məsəllər ibadət sayılır. Biz onlardan bəzilərinə işarə edirik:
1. Şükr etmək (təşəkkür) ibadətdir. Quranın bir çox ayələrində şükr etmək ibadət sayılmışdır. Biz əvvəlcə, şükr etməyi tərif edəcək daha sonra isə şükrü ibadət kimi qələmə verən ayələrə işarə edəcəyik. Alimlər şükrün tərifində yazırlar: Şükr elə bir əməl və ya işdir ki, nemət verənin nemətinə görə onun müqabilindəki ehtiram və əzəmətindən xəbər verir. Bu ehtiram, həm dildə, həm əqidədə, həm də qəlbdə məhəbbət bəsləməklə ola bilər.
Şükr, nemətin öz yerində istifadə edilməsidir. Əgər insan hər bir neməti yerli yerində istifadə etsə və ondan bəhrələnsə, deməli o nemətin şükrünü yerinə yetirmişdir. Məsələn, göz nemətinin şükrü, İlahi nişanələri və möcüzələri görmək və onlardan ibrət götürməkdir. Quran buyurur:
«Ya Peyğəmbər! De ki: Bir görün göylərdə və yerdə [Allahın birliyini və qüdrətini sübut edən] nələr var!» (Yunus surəsi-101. )
Həzrət Əli (əleyhissalam) "Nəhcül-bəlağə"də, "Müttəqin" xütbəsində buyurur:
«Müttəqi şəxslər, öz nəzərlərini Allahın haram buyurduğu şeylərdən çəkər və qulaqlarını faydalı bilik və elmlərə vəqf edrərlər.»
Başqa yerdə, Həzrət buyurur:
«Hər bir nemətin şükrü, Allahın haram buyurduğu şeylərdən çəkinməkdir.»(Səfinətül-Bihar. 1-ci cild, səh-71.)
Beləliklə, insan ona verilmiş nemətlərdən günah yolunda istifadə etməməlidir.
Tərbiyə və rəhərlikdə təşəkkürün təsiri
Bu gün alimlər, şükr və təşəkkür məsələsinə, tərbiyə və rəhbərlik cəhətdən nəzər salıb deyirlər: Müdir, yaxşı iş sahiblərində təşəkkür etməkdə ciddi və məsuliyyətli olmalıdır. Çünki, əgər məsul şəxsin zəhmət və çalışmalarından təşəkkür olunmasa, meyilsizliyə və şəxsin öz işində səhlənkarlığa yol verməsinə səbəb olacaqdır. Əli (əleyhissalam), bu barədə buyurur:
«Ey Malik! Yaxşı iş sahibi ilə pis iş sahibi, sənin yanında bərabər olmalı deyillər. Çünki, bu bərabərçilik səbəb olar ki, yaxşı şəxslər yaxşılığa can atmaqdan çəkinsin və həmçinin, günahkarların öz günah işlərində cəsarət tapmaqlarına səbəb olsun.» (Nəhcül-bəlağə, namə-53. )
Qurani-məcid bu barədə buyurur:
«Məgər biz müsəlmanları günahkarlar və cinayətkarlarla bir sırada qərar veririkmi? Siz bu barədə nə hökm edirsiniz?»(Nəhl surəsi- 35-36. )
Sual, inkari sualdır. Yəni, biz heç vaxt belə iş görmərik.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi