Qulaq asan da qeybətə şərikdir!
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
«Qeybətə qulaq asan da, qeybət edənlə şərikdir.»
Beləliklə, qeybəti eşidən də günahdan uzaqda qalmır. Yalnız, bu halda günah qazanmır ki, dili ilə onu pisləsin və ya başqa sözlə onun sözünü kəssin, yaxud, məclisdən çıxsın. Əgər bütün bunları bacarmasa da, qəlbində qeybəti, çirkin və bəyənilməz işlərdən hesab etsin. Əgər dili ilə desə ki, «sakit ol», amma qəlbində qeybət edənin əməlindən razı qalsa, münafiq sayılır.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurub:
«Hər kimin yanında bir mömini xar və rüsvay etsələr və o şəxs imkanı olan halda möminə kömək etməsə, Allah-taala
Qiyamət günündə bütün məxluqatın gözü önündə onu xar və rüsvay edəcək.»(İslami əxlaq elmi, 2-ci cild, səh-393 )
Yenə də buyurur:
«Hər kim gizlində mömin qardaşının abır-həyasını qorusa, Allah Özünə vacib bilir ki, Qiyamətdə onun abır-həyasını qorusun.»(İslami əxlaq elmi, 2-ci cild, səh-393 )
Yenə buyurur:
«Hər kim gizlində mömin qardaşının abır-həyasının qorusa, Allah Qiyamətdə onu Cəhənnəm odundan saxlayar.»(İslami əxlaq elmi, 2-ci cild, səh-393 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi