» » Dilin bəlaları


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dilin bəlaları
    0
    Müəllif: Yusifi Zehra | 5-05-2016, 13:00 | Baxılıb: 1 362
      
     
    Dilin bəlaları

    Əxlaq elminin alimləri deyirlər: Aləmdə hər bir şeyin bəlası vardır və dil də bu qanundan müstəsna deyil. Onun da çoxlu bəla və zərərləri var. Bəzi alimlər, dilə 20 ədəd bəla sayıblar. Onlara xülasə şəkildə işarə edirik:
    1. Faydasız danışıq:
    İnsanın xeyrinə olmayıb, ancaq vaxtını tələf etməsi dilin zərərlərindən biri sayılır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurur:
    «İslamın gözəlliyindən biri də odur ki, müsəlman faydasız danışıqdan çəkinsin.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-200. )
    2. Həddən artıq danışmaq:
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    «Xoş o kəslərin halına ki, həddən artıq danışmaqdan çəkinsin və malı çoxaldıqca aclara xərc etsin.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-204. )
    3. Batillə danışmaq:
    Qadınların və şərabxorların məclisinə düşüb, fasiqlər, dövlətlilər və padşahlarla danışmaqda, belə işlər qabağa gəlir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Qiyamət günündə, xəta cəhətdən ən çox o şəxslərdir ki, batildə olublar! "
    Quran, Cəhənnəmə düşənlərdən, ora düşməyin səbəblərini soruşulmasının cavabında, onların sözünə işarə edərək, cavab verirlər: Biz batilə düşmüş və onlarla oynamaqla məşğul idik.»(Əl-Mühəccətül-beyza, 5-ci cild. ) Salmandan nəql olunur, buyurur:
    «Qiyamət günü ən çox günahkarlar onlardır ki, dilləri ilə ən çox günah etmişlər.»(Əl-Mühəccətül-beyza, 5-ci cild. )
    4. Boş danışmaq və mübahisə:
    Məzəmmət etmək və mübahisə, dilin başqa zərərlərindəndir. Şəriət sahibi, bu işləri qadağan etmişdir. Boş-boşuna mübahisə edənlər, məzəmmət olunmuşlar. Bu barədə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) sözlərinə işarə edirik:
    «Din qardaşınla yersiz zarafatı və vədə xilafı tərk et.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-5. )Başqa yerdə buyurur:
    «Bəndə o zaman kamala yetər ki, yersiz danışıq və mübahisəni tərk etsin. Hətta, haqq onunla olsa da.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-5. )
    Başqa bəyanda buyurur:
    «Hər kəs haqq onunla olan halda, yersiz mübahisəni tərk etsə, Behiştin ən yüksək dərəcələrində ondan ötrü ev tikilər. Hər kəs yersiz mübahisəni batil olduğu halda tərk etsə, behiştin aşağı dərəcələrində ondan ötrü ev bina olar.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-208. )
    Yersiz mübahisədən məqsəd, başqasının sözünə yersiz etiraz yaxud, başqasının cümləsini söz və ya məna cəhətdən istehza etməklə izhar edəsən. Yaxud, tərəf, özünün fəzilətini izhar etməklə, başqasını alçaltmaq niyyətində olsun. Ümumiyyətlə, başqasına minnət qoymaq, əməldə xalis olmamaq deməkdir.
    5. Düşmənçilik:
    Dilin zərərlərindən biri də, şəriətdə qadağan olunmuş düşmənçilikdir. Qeyd etdik ki, yersiz mübahisə, başqasının sözünə lağ etmək və ya müxatəbə təhqir niyyəti ilə baxmaqdan yaranır. Həmçinin, bəziləri bununla öz məzhəblərini sübuta yetirmək istəyirlər. Düşmənçilik, hər hansı bir haqqı və ya malı əldə etməkdən ötrü edilən inadkarlığa deyilir. Əbu Hüreyrə, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir:
    «Hər kəs elm və biliksiz mübahisəyə girişib düşmənçilik etsə, dünyadan gedənə qədər Allahın qəzəbində olar.»(Əl-Mühəccətül-beyza, 5-ci cild. )
    Başqa yerdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), hər bir müsəlmanı öz sözlərində ədəb-ərkanlı olmağa sifariş edib, töhmətli və təhqirli sözlərlə başqalarını təhqir etməkdən çəkindirir. Bəlkə də, müsəlman,ədəbli sözlərlə başqalarının qəlbində məhəbbət icad etməlidir!»
    6. Danışıq həddindən kənara çıxmaq:
    Danışıq həddindən kənara çıxmaq yəni, danışıqda qurama və mətanətli olmamaq.
    Fatimeyi-Zəhra (səlləllahu əleyha), atası İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir ki, buyurur:
    «Mənim ümmətimin ən kərahətliləri onlardır ki, İlahi nemətləri yeyir, müxtəlif təamlardan istifadə edir, rəngli libaslar geyir, amma sözdanışanda özlərini zəhmətə salır və qurama sözlər danışırlar.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-215 )
    İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) bu sözlərindən aydın olur ki, insan söz danışarkən özünü zəhmətə salmasın, əhalinin anlaya bilmədiyi sözlərlə çalışıb özünü fəsahətli və bəlağətli cilvələndirməsin.
    Amma yüksək dərəcəli maarifi, gözəl və ürəyə yatan səpkidə əhaliyə bəyan etmək nəinki pislənmir, bəlkə də, dini nəzərdən ən bəyənilmiş işdir.
    7. Söyüş və nalayiq danışmaq:
    Söyüş və nalayiq sözlər danışmaq şəriətdə pislənilib və dilin zərərlərindən biri kimi tanıtdırılıb.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    «Özünüzü söyüş söyməkdən uzaqlaşdırın. Çünki, Allah söyüşü və söyüş söyməyə adət edən şəxsi sevməz.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-215 )
    Başqa rəvayətdə Həzrətdən nəql olunur:
    «Hər kəs söyüş söymək xəstəliyinə tutulsa, Behişt ona haram olar və ora daxil olmaz.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-215 )
    Başqa bir rəvayətdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Ayişəyə buyurur:
    «Ey Ayişə! Əgər söyüş kişi olsaydı və ya kişi şəklində mücəssəm olsaydı, hökmən, bütün cəhətdən ən çirkin bir şəxslərdən sayılardı.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-216. )
    Söyüş söymək, ən çirkin və bəyənilməz sifətlərdəndir. Hər kəs bu bəlaya düçar olsa, müalicəsi barəsində fikirləşməlidir. Alimlər söyüşü belə tərif edirlər:
    «Çirkin və xoşagəlməz işləri açıq və aydın cümlələrlə izhar etməyə söyüş deyilir.»
    Hər kim söyüş söyürsə, ya qarşı tərəfi incitmək istəyir, (başqalarına əziyyət vermək haramdır) ya da fasiqlər və pis fitrətli şəxslərlə oturub-durmaqdan belə bir adətə vərdiş etmişdir. Bütün bunlar şəriətdə pislənmişdir.
    Ərəblərdən biri İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzurana gələrək əzr edir: Mənə nəsihət və sifariş buyurun!
    Həzrət buyurur: Allahdan qorx! Əgər bir nəfər səni səndə olan bir səbəblə məzəmmət etsə, sən onu onda olan bir eyblə məzəmmət etmə! Nəticədə, əməlin pis ağırlığı onun, savab və mükafatı səninlə olacaq. Allahın yaratdığı heç bir şeyə söyüş vermə!»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-217. )
    Bu sifarişdə nəzərə çarpan ən mühüm mətləbdən biri budur ki, insan başqasının eybini bilə-bilə, onun abrını qorumaqdan ötrü hər yerdə onun üzünə çəkməsin.
    Əyan ibni Səmar söyləyir: İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) ərz etdim: Ya Rəsulullah! Mənim qohumlarımdan biri, özü şəxsiyyətcə məndən aşağı səviyyədə olduğu halda, mənə söyüş verir. Onun müqabilində özümü müdafiə edib, onu söyə bilərəmmi?
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Hər iki nəfər ki, bir-birini söyüb təhqir edirlər və söyüş söyürlər bir-birinə kömək edən Şeytan kimidirlər.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-217. )
    8. Lənət:
    Dilin bəlalarından biri də, lənət deməkdir. Hər kəs birisini lənətləsə, onu Allahın rəhmətindən uzaqlaşdırır.
    Lənət bəhsi, Qurani-kərimdə bir çox ayələrdə bəyan olunmuşdur. Allah-taala bir çoxlarını Quranda lənətləmiş və onları Öz rəhmətindən məyus etmişdir. Onlardan biri də Şeytandır.
    Allah-taala buyurur:
    «Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskis olmasın!» (Sad surəsi-78 )
    Həqiqətləri gizlədənlər də lənətlənmişlər.
    «Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələr və doğru yol göstərən ayələrimizi gizlədən şəxslər Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər onlara lənət oxuyar!»(Bəqərə surəsi-159 )
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) ilə xaçpərəstlərin mübahilə (and içmə mərasimində) yalançılar lənətləndirilmişdir.
    «İsanın Allah bəndəsi və peyğəmbəri olması barədə sənə göndərilən bilikdən [məlumatdan] sonra buna [İsanın əhvalatına] dair səninlə mübahisə edənlər olsa, onlara de ki: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qızlarımzı, siz də qızlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü [bura] çağıraq! Sonra Allaha yalvarıb yalançılara Allahın lənət etməsini diləyək!»(Ali-İmran surəsi-61 )
    "Mübahilə" lüğətdə, azad etmək bir şeyin üstündən qeyd və şərti götürməkdir. Ona görə də, elə ki, heyvanı öz halına buraxıb, döşlərini kisədən azad etdikdə və öz balasına istədiyi vaxt süd verilməsinə imkanı olan heyvana, «bahil» deyirlər.
    İbtihal, duada yalvarış və işi Allaha tapşırmaq mənasındadır. Əgər bəzən onu, həlakət, lənət və Allahdan uzaqlaşmaq mənasında işlədilirsə, ona görədir ki, bəndəni öz halına buraxmağın nəticəsi budur.
    Məna cəhətdən ayə, iki nəfərin bir-birinə nifrin etməsinə dəlalət edir. Belə ki, bir sıra şəxslər, mühüm məzhəbi məsələlər barəsində bir-biri ilə danışığa başlayırlar. İxtilaf zamanı Allahdan istəyirlər ki, yalançını rüsvay etsin. Bu ayeyi-şərif də həmin bəhsdə, Əhli-beytin (əleyhissəlam) ismət və təharətinə ən böyük dəlildir.
    Kafirlər və yəhudilər Peyğəmbərin zühur etməsinin intizarında idilər. Elə ki, o həzrət zühur etdi, onu tanıyandan sonra inkar etdilər.
    Qurani-kərim buyurur:
    «Onlara Allah tərəfindən əllərindəkini [Tövratı] təsdiq edən bir kitab [Quran] göndərildiyi zaman onu qəbul etmədilər. Tanıdıqları gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lənət eləsin!»(Bəqərə surəsi-89 )
    Bəzi vaxtlar İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) və Əli ibni Əbi Talib (əleyhissəlam) da bəzi şəxslərə lənət oxumuşlar. Onlardan iki nümunəyə işarə edirik:
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Əbu Süfyanı yeddi yerdə lənətləmişdir.(Səfinətul-bihar, 2-ci cild, səh-513.)
    Həzrət Əlidən (əleyhissəlam) nəql olunur ki, buyurur:
    «İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Yeddi dəstə var ki, Allah və Peyğəmbəri onları lənətləmişdir:
    1. Allahın kitabını dəyişdirəni;
    2. Allahın göstərişini inkar edəni;
    3. Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qoyduğu qanunu dəyişəni;
    4. Allahın, mənim Əhli-beytimə haram bildiyinə, onlara halal bilənlər;
    5. Qüdrətli olan zaman Allahın əziz tutduğu şəxsi zəlil edənlər;
    6. Allahın zəlil etdiyini əziz tutanlar;
    7. Allahın haram buyurduqlarını halal bilib, Allaha ibadət etməkdə təkəbbür edənlər.(Səfinətul-bihar, 2-ci cild, səh-512. )
     
     
    Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
    Müəllif: Qudrətullah Məşayixi
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.