Bosr invi Ərta və Bəni Həmdan qəbiləsi
Müaviyə Bosr ibni Ərtanı, Bəni-həmədana hakim ünvanı ilə göndərən vaxt o, heç bir cinayətdən dala qalmayıb, elə bir zülm edir ki, nəfəslər sinələrdə boğulub, heç kəs söz danışmağa belə cürət etmirdi.
Belə bir həssas və böhranlı vəziyyətdə, şücaətli, şir ürəkli Sudə adlı bir qadın, müqəddəs dinin hörmətini və əhalini qorumaqdan ötrü Şama yola düşür. Müaviyəyə xəbər verirlər ki, Sudə adlı bir qadın səninlə görüşmək istəyir. Müaviyə təəccüblə dedi: Göydə gəzdiyim bir şəxs, öz ayaqları ilə sarayıma gəlib. Sudənin gəlməsinə icazə verdi. Sudə, saraya daxil olub, Müaviyəyə acı bir salam verir. Müaviyə soruşur: Gördün ki, axırda əlacsız qalıb bizim xilafətimizə salam verdin!
Sudə onun cavabında dedi: Özünə güvənmə! Hər bir şeyin sonu və zamanı var. Bu müvəqqəti məqama ürək bağlama. Tezliklə, vaxtın sona yetəcək.
Müaviyə dedi: Ey Sudə! Əlinin qoşunu döyüşərkən onların arasında qəhrəmanlıq şeri oxumağını xatırlayırsanmı? De görüm, bu işdən məqsədin nə idi? Sözsüz ki, mənim həlakət və məhv olmağımı istəyirdin? O şerlərdən bir də oxu!
Sudə cavabında dedi: Sənin zülmkarlığın və amansızlığın hər şeyi yadımdan çıxarıb. Mən indi sənin yanına Bosr ibni Ətadan şikayətə gəlmişəm. O, bizlərə zülm edir, əhalinin mallarını qarət edir və kişiləri qətlə yetirir. Müaviyə dedi: İndi səni onun yanına göndərərəm və səninlə nə cür istəsə, rəftar etsin. Sudə bu məzmunda şeri zəmzəmə edir:
Allahın salam və rəhməti o pak bədənə olsun ki, qəbir onu özünə çəkdi və onun getməsi ilə ədalət onunla dəfn olundu!
Müaviyə dedi: O şəxsdən hədəfin kimdir? Cavab verdi: Ağam Əli (əleyhissəlam), ey Müaviyə! Necə ki, bu gün sənin yanına şikayətə gəlib kömək istəyirəm və sən mənə belə cavab verirsən, günlərin birində məsulların birindən şikayət etməkdən ötrü Əlinin (əleyhissəlam) yanına getdim. O həzrət tək idi. Namaz qılmaq istəyirdi. Gözləri mənə sataşanda soruşdu: Nə işdən ötrü gəlmisən? Cavab verdim: Sənin təyin etdiyin qoşun başçısından şikayətə. Ey Əli!
Əli (əleyhissəlam) əllərini üzünə tutub, uca səslə ağlamağa başladı və ərz etdi:
«İlahi! Sən özün şahidsən ki, mən onu bəndələrinə zülm etməkdən ötrü göndərməmişəm.»
O vaxt həmin şəxsin işdən götürülməsi barəsində əmrini yazıb mənə verdi. Amma, sən şikayətə yetişmək əvəzinə məni qorxudursan! Budur Əli ilə sənin fərqin! Müaviyə qəmgin oldu. Əlacsız qalıb Bosr ibni Ətana yazır ki, cinayət və qətllərdən əl çəksin.
Bəli, dil elə bir iti bıçaqdır ki, hərəkətə gələn zaman Müaviyə kimi daş ürəkli bir şəxsi belə dəyişdirir. O vaxt Müaviyə dedi: Əli ibni Əbi Talib sizi məğrur edib. O sizin tayfanın barəsində belə söyləyir:
«Əgər Behiştin qapısı olsam, Həmdan qəbiləsinə deyərəm: Salamatçılıqla Behiştə daxil olun!»(Əlamun nisa, 4-cü cild, səh-270.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi