وَأَمَّا حَقُّ نَفْسِكَ عَلَيْكَ فَأَنْ تَسْتَوْفِيَهَا فِي طَاعَةِ اللهِ فَتُؤَدّي إلَى لِسَانِكَ حَقَّهُ وَإلَى سَمْعِك حَقَّهُوَإلَى بَصَرِكَ حَقّهُ وَإلَى يَدِكَ حَقَّهَا وَإلَى رِجْلِك حَقَّهَا وَإلَى بَطْنِكَ حَقَّهُوَإلَى فَرْجِكَ حَقَّهُ وَتَسْتَعِينَ باللهِ عَلَى ذَلِك.
«Amma sənin öz nəfsinə haqqın [hüququn] budur ki, onu tamamilə Allah yolunda itaətdə qərar verəsən. Belə olan halda dilinin, gözünün, qulağının, əlinin, ayağının, qarnının və cinsi üzvlərinin haqqını [hüququnu] əda et. Onların haqqını əda etməkdə, Allahdan kömək istə!"
Nəfs sözünün lüğətdə mənası və istifadə yerləri
İlk öncə, "nəfs" sözünün lüğətdə mənaları və onun işlədilmə yerləri ilə tanış olaq. Tanınmış lüğətşünas Rağib İsfahani, "nəfs" sözünü «ruh» mənasıda bilir. Bu iddiasına, Qurani-kərimdən bir neçə nümunə gətiririk.(Müfrədat Rağib. «nəfs» sözü. ) O ayələrdən:
1. «Çıxarın canlarımızı!»(Ənam surəsi-93 )
2. "Bilin ki, Allah sizin qəlblərinizdə olanı bilir. Allahdan qorxun!"(Bəqərə surəsi-235)
3. "Sən mənim ürəyimdə olan hər bir şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm."(Maidə surəsi-116 )
Bütün bu ayələrdə "nəfs" sözü, "ruh və ya can" mənasında işlədilmişdir.
Rağib, "nəfs" sözünə başqa bir məna da vermişdir. O da budur ki, əslində «nəfs», hava və oksigenə deyilir ki, insan onu ağzının vasitəsilə bədəninə daxil edir. Başqa tərəfdən karbon qazı insanın bədənindən xaric olur. Bu «nəfs», insanda qida maddəsi rolunu oynayır. Onun kəsilməsi ilə ölümün gəlməsi qətidir. Mərhum Şeyx Təbərsi:
«Ancaq, özlərini aldadırlar!"(Bəqərə surəsi-9 ) ayəsinin şərhində buyurur: Nəfsin üç mənası var: Əvvəl, «ruh» mənasındadır, ikincisi, "təkid" mənasında. Məsələn, Zeydin özü gəldi. Üçüncüsü, «zat» mənasında. Əsl məna, həmin üçüncü mənadır.
Quranda nəfs sözünün mənaları
1. Təbərsinin buyurduğu kimi Qurani-kərimdə, «nəfs"sözü ən çox «ruh» mənasında işlədilmişdir. Ayələrdən birində buyurur:
«Allah [əcəli çatan kimsələrin] canlarını onlar öldüyü zaman, bədəni ölməyən ruh isə yuxuda olar. O vaxt yuxuda aldığı ruhu saxlayar. Əgər sahibinə ölüm hökmü yazılmış olsa, digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar."(Zümər surəsi-42 )
2. «Nəfs», zat mənasında işlədilir. Nümunə üçün bu ayədə buyurur: «Qorxun o gündən ki, heç kəs və zat heç kəsin və zatın əvəzində cəzalandırılmasın!»(Bəqərə surəsi-48 )
3. «Nəfs», qəlb və batin mənasında da işlədilib. Ayədə buyurur:
«Səhər axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan qəlbində və batində Rəbbini yad et!"(Əraf surəsi-205 )
«Yusif onu qəlbində və batində saxladı!»(Yusif surəsi-77 )
«Rəbbiniz qəlblərinizdə və ürəklərinizdə olanları ən yaxşı biləndir!"(İsra surəsi-25 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi