Dua və Ya Allahı çağırmaq ruhi xəstəliklərin əlacı
Dərd-qəmə batmış insanın zehninə həmişə, müxtəlif fikirlər gəlir və çalışır ki, qəlbində bu fikirlərin vasitəsilə özünü sakitləşdirsin. Dua, insanın belə halətlərdə rahatlıq tapıb şəfa əldə etməsinə səbəb olur.
Əziyyətlər səbəb olur ki, Allahı xatırlayasan
Bəzi insanların təbiətinə əsasən, neməti bol olduqca, öz Allahından qafil olur. Ancaq, özünü giriftarçılıq bataqlığında gördükdə, qəflət pərdələri gözünün önündən kənara çəkilir və insan, öz məbuduna diqqət edir. Allah-taala, bu barədə buyurur:
«İnsana nemətlər bəxş etdiyimiz zaman üz döndərər [məbuduna] diqqət etməz, ancaq ona pisliklər yetişdikdə isə giriftarçılıqlarını aradan aparması üçün duaları çoxalar.»(Fussilət surəsi-51. )
Rəvayətlərdə dua necə bəyan olunur?
İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql olunan rəvayətdən birində oxuyuruq: «Dua etmək ibadətdir.»(Məcməul-bəyan, 8-ci cild, səh-528. )
İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədisdə isə ravi nəql edir: «Dostlarımdan biri, o həzrətin yanına gəlib soruşur: İki nəfərin məscidə girib, biri çoxlu namaz qılıb, digəri isə çoxlu dua etməsi barəsində nəzəriniz nədir? (hansının daha çox savabı var?)
Həzrət buyurdu: Hər ikisi yaxşıdır!
Sual edən soruşdu: Hansı daha çox savab işi görür?
İmam buyurdu: O kəs ki, çox dua etməklə məşğuldur, o daha böyük ibadətdir!»(Məcməul-bəyan, 8-ci cild,səh-529 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi