İbadətlərdən biri də duadır
Dua,çağırmaq mənasında olub, ibadətdən hesab olunur. Çünki, dua, bəndə ilə Allah arasında rabitə vasitəsidir. İnsanın həyat yolunda çoxlu hadisələr və yeniliklər qarşıya çıxır. Başqa tərəfdən, insanın özü təkbaşına bütün müşkülatların həll etməyə qadir deyildir. Ona görə də, insana, arxa və pənah yeri lazımdır. O da Allahdır. Dua, Allaha yaxın olmaq üçün vasitədir. Allah özü bu barədə buyurur:
«Rəbbiniz buyurdu: Məni çağırın, Mən də sizin dualarınızı qəbul edim. Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar tezliklə zillət və xarlıqla Cəhənnəmə girəcəklər.» (Mömin surəsi-60. )
Bu ayədən aydın olur ki, Allahı çağırmaq, Onun xoşuna gəlir və Onun özünün razılığına səbəb olur. Allah Onu çağırana duasını qəbul etməsini vəd edir. Onu da bilirik ki, bu vədə, mütləq yox, şərtlədir. O dua qəbul olunur ki, lazımı şəraiti olsun!
Dua etməyin özü bir növ ibadətdir. Çünki, ayədə ibadət dua mənasında aid olur. "Bəqərə" surəsində buyurur:
«Bəndələrim Məni səndən soruşduqda söylə ki: Mən yaxınam. Dua edib Məni çağıranın duasının qəbul edərəm. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.»
Bu ayədə, Allah-taala yeddi dəfə, Öz pak zatına və yeddi dəfə də, Öz bəndələrinə işarə edir. Bununla da, Allahın bəndələri ilə nə qədər sıx rabitədə və yaxın olduğu təcüssüm olunur.
Dua bir növ təvazökarlıq və ibadətdir. Hər bir ibadətin tərbiyəvi təsiri olduğu kimi duanın da belə təsiri vardır. Bu ayənin nazil olması barəsində nəql olunur: «Ərəblərdən bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gələrək belə sual edir: Allahımız bizə yaxındır ki, Onunla münacat və razi-niyaz, edək yoxsa uzaqdır, Onu nida edib çağıraq?
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sükut edir. Cəbrail nazil olur və Allahdan həmin ayəni gətirir.»
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi