» » » Mübarək Ramazan ayının fəziləti və əməlləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Mübarək Ramazan ayının fəziləti və əməlləri
    0
    Müəllif: Fatimə Nuri Xuda | 31-03-2022, 23:51 | Baxılıb: 2 293
     
     
    Mübarək Ramazan ayının fəziləti və əməlləri
     
    Ərəbcə
     
     فَعَنِ الصَّادِقِ عليه السلام: أَنَّهُ مَنْ لَمْ يُغْفَرْ لَهُ فِي شَهْرِ رَمَضَانَ لَمْ يُغْفَرْ لَهُ إِلَى قَابِلٍ إِلا أَنْ يَشْهَدَ عَرَفَةَ
     
     
    Tərcüməsi
     
    Şeyx Səduq (r.h) möhtəbər sənədlə İmam Rzadan (ə), o da öz atalarında və onlar da İmam Əlidən (ə) nəql etmişlər ki, imam belə buyurur: "Bir gün peyğəmbər bizə bir xütbə oxudu, sonra buyurdu: "Ey camaat, həqiqətən Allahın ayı rəhmət və bərəkətlə sizə tərəf üz tutmuşdur. Bu ay, Allah yanında ən yaxşı ay, onun günləri ən yaxşı gün, gecələri ən yaxşı gecə və saatları ən yaxşı saatdır. Bu ayda Allah sizi öz qonaqlığına dəvət edib və siz ilahi kəramətə şamil olmusunuz. Sizin bu ayda nəfəsləriniz təsbih savabı, yuxunuz ibadət savabı daşıyır. Sizin bu ayda əməlləriniz və dualarınız qəbul olunmuşdur. Günahlardan və pis sifətlərdən təmizlənmiş qəlblərlə, (xalis) düz niyyətlərlə Allah taaladan istəyin ki, sizi bu ayda oruc tutmağa və Quran oxumağa müvəffəq etsin. Bu böyük ayda Allahın bağışlanmağından məhrum olan şəxs həqiqətən bədbəxtdir. Siz bu ayda ac və susuz qalmaqla Qiyamət gününün aclığını və susuzluğunu xatırlayın. Öz yoxsul və kimsəsizlərinizə əl tutun. Qocalarınıza hörmət edin, uşaqlarınıza rəhm edin, qohum-əqrəbalarınıza mehribanlıq göstərin. Dilinizi, deyilməsi yasaq olan şeylərdən saxlayın. Gözlərinizi baxılması halal olmayan yerlərə örtün. Qulaqlarınızı eşitməyi halal olmayan şeylərə bağlayın. Başqalarının yetim qalan uşaqlarla mehribanlıq olun ki, sizdən sonra sizin də uşaqlarınızla mehriban olsunlar. Günahlardan əl çəkib Allaha tərəf qayıdın. 
    Namaz vaxtlarında əllərinizi dua etməyə ucaldın. Çünki namaz vaxtları ən yaxşı vaxtlardır. Allah taala bu vaxtlarda öz bəndələrinə rəhmət gözü ilə baxır. Onunla münacat edənlərə cavab verir, onu çağıranlara ləbbeyk deyir. Onu istəyənlərin istəyini yerinə yetirir. Ey insanlar həqiqətən sizin canınız əməllərinizə bağlıdır. Belədirsə, onda Allah tərəfindən bağışlanmaqla özünüzü azad edin. Sizin çiyninizin yükü günahlarınızla ağırlaşmışdır. Onu, uzun səcdələrlə yüngülləşdirin. 
    Bilin ki, Allah taala bu ayda namaz qılan və səcdə edənlərə əzab etməyəcəyinə and içmişdir və onları Qiyamət günü cəhənnəm odu ilə qorxutmayacağını bildirmişdir. Ey camaat, əgər bu ayda bir mömin şəxsə iftar versəniz, onun üçün qul azadetmə savabı yazılar və onun keçmiş günahları bağışlanar”. 
    Səhabədən biri soruşdu: "Ey peyğəmbər, bizim hamımızın buna imkanı çatmır”. Həzrət buyurdu: "Xurmanın yarısı və ya bir içimlik su qədər də olsa, ona iftar verin və cəhənnəm odundan qurtulun. Allah taala bundan da imkansızlara, bu savabı verər. Ey insanlar, bu aydı öz əxlaqını gözəlləşdirən başqalarının ayaqlarının büdrədiyi bir vaxtda, o Sirat körpüsündən asan keçəcək. Hər kəs bu ayda öz xidmətçisinin işini yüngülləşdirsə, Allah onun hesabını Qiyamət günü asanlaşdırar. Hər kəs bu ayda insanlara pisliyi tərk etsə, Allah taala öz qəzəbinin Qiyamət günü ondan saxlayar. Hər kəs bu gündə atasız bir yetimi əzizləyərsə, Allah onu Qiyamət günü əzizləyər. Hər kəs bu ayda öz qohum-əqrəbası ilə əlaqə saxlasa (onlarla mehriban olsa) Allah onu Qiyamətdə öz rəhmətinə daxil edər. Hər kəs bu ayda öz qohum-əqrəbası ilə əlaqəsini pozsa və yaxşılığını onlardan əsirgəsə, Allah Qiyamət günü öz əlaqəsini ondan kəsər. Bu ayda müstəhəb namazlar qılan şəxsi, Allah cəhənnəm odundan azad edər. Bu ayda bir vacib namaz qılan şəxs, başqa aylarda qıldığının yetmiş bərabərini alar. Hər kəs bu ayda mənə çox salavat göndərsə, onun əməl tərəzisi bütün tərəzilərin ağırlaşdığı bir gündə, yüngülləşər. Bu ayda bir ayə Quran oxuyan şəxs, başqa aylarda bütöv Quranı oxuyan şəxs kimidir. Ey insanlar, həqiqətən bu ayda cənnətin qapıları açıqdır, Allahdan onu sizin üzünüzə bağlamamasını istəyin. Cəhənnəmin isə qapıları bağlıdır. Allahdan istəyin ki, onu sizin üzünüzə açmasın. 
    Bu ayda şeytanları zəncirlənmişlər. Allahdan istəyin ki, onları sizə müsəllət və hakim etməsin və s.” 
    Şeyx Səduq rəvayət etmişdir ki, Ramazan ayı gələndə, peyğəmbər bütün əsirləri azad edir və bütün saillərə (yoxsullara) əl tutardu. 
    Müəllif deyir: "Ramazan ayı, aləmlərin Rəbbinin ayı və ən yaxşı aydır. Səmanın, cənnətin və ilahi rəhmətin qapılarının açıldığı bir aydır. Cəhənnəm isə qapıları bağlanır. Bu ayda elə bir gecə var ki, o gecədə ibadət etmək min gecənin ibadətindən üstündür. Öz gecə-gündüzünüzü necə keçirməyiniz barədə düşünün və öz bədən üzvlərinizi Allahın günahlarından necə qorumağınız haqda fikirləşin. Məbada, gecələri yuxuda və gündüzləri Allahdan qəflətdə olasan. Rəvayət edilmişdir ki, Ramazan ayının hər gününün axırında iftar vaxtı Allah taala bir milyon insanı cəhənnəm odundan azad edir. Cümə axşamı və cümə günü hər saatda bir milyon adamı –əzab çəkməyə məhkum olmuşları– cəhənnəm odundan azad edir. Bu ayın axırıncı gecəsi və gündüzü, bütün ayda azad etdiyi qədər Allah taala cəhənnəm odundan insanı azad edər. Beləsə, ey əziz bəndə, məbada bu ay qurtarsın sənin günahların hələdə bağışlanmasın və oruc tutanlar öz müzdlərini alanda sən əliboş qalasan. Bu ayın gecə və gündüzlərində Quran oxumaqla, həmçinin namaz qılıb daha çox ibadət etməklə və xüsusilə, namazları fəzilət vaxtlarında qılaraq çoxlu dua edib istiğfar etməklə Allah taalaya yaxınlaşın!
    İmam Sadiq (ə) bu barədə buyurur: "Hər kəs Ramazan ayı bağışlanmasa, demək ilin axırına qədər bağışlanmayacaq, "Ərəfə” günü istisna olmaqla”.
    Allahın haram etdiyi şeylərdən özünü saxla və haram şeylərlə iftar etməkdən qorun. İmam Sadiqin (ə) dediyi kimi davran ki, o həzrət belə buyurmuşdur: "Oruc tutduğun zaman sənin qulağın, gözün, tüklərin, dərin və bütün bədən üzvlərin oruc tutmalıdır. Yəni, haram işlərdən, hətta məkruh işlərdən belə çəkinməlidir”. Sonra buyurur: "Sənin oruc tutduğun gün, başqa günlərin kimi olmamalıdır”. Başqa yerdə buyurmuşdur ki, sənin orucun təkcə yemək-içməkdən çəkinmək olmamalıdır. Gərək oruc tutduğumuz gün dilinizi yalandan saxlaya və gözlərinizi haramdan örtəsiz və bir-birinizlə dalaşmayasınız, həsəd etməyəsiz, qeybət və yersiz yerə mübahisəyə qoşulmayası, yalandan and içməyəsiz, hətta doğru and içməkdən də çəkinəsiz, söyüş söyməyəsiz, zülm və ağılsızlıq etməyəsiz, darıxmayasız. Namazdan və Allahı xatırlamaqdan qafil olmayasız, deyilməsi qadağan olan məsələləri deməkdən çəkinəsiz, səbirli olub düz danışasız, şərr əhlindən uzaqlaşasız, böhtan, yalan və pis danışıqlardan uzaq olasız, camaatla düşmənçilik etməkdən, onlara qarşı bədgüman olmaqdan, qeybət edib söz gəzdirməkdən çəkinəsiz. Özünüzü axirətə yaxın hesab edin. On ikinci imamın zühur etməsinin intizarında olun. Axirət savablarının arzusunda olun və axirət səfəri üçün saleh əməlləri səfər azuqəsi kimi yığın. Sakit qəlbli, aram bədənli, təvazökar olun! Öz ağasından həya edən qul kimi olun! Allahın əzabından qorxun, onun rəhmətinə isə ümidvar olun. 
    Ey oruc tutan! Sənin qəlbin eyiblərdən və daxilin məkr və hiylələrdən təmiz olmalı, bədənin çirkinlikdən pakizə olmalıdır. Allahdan qeyrisindən əl çək və Allaha sarın. Oruc tutan zaman yalnız Onu (Allahı) özünə ağa və sahib bil və Allah taalanın nəhy etdiyi şeylər qarşısında sakit dayan, istər aşkarda, istərsə də gizlində. Çəkinməli şeylərdən, istər gizlində, istərsə də aşkarda olsun, çəkin. Oruc tutduğun günlərdə ruhunu və bədənini Allah taalaya təslim elə və qəlbini ilahi məhəbbətlə doldurmaqla, ondan qeyrisindən yayın. Öz bədənini Allahın əmr etdiyi və dəvət etdiyi yerdə işə sal! Bunların hamısını yerinə yetirərsənsə, oruca layiq olan işləri yerinə yetirmisən və Allahın buyurduğunu həyata keçirmisən. Bu dediklərimdən nə qədər yerinə yetirmisən, o qədər də orucunun savab və fəzilətindən azalar. Atam dedi ki, peyğəmbər (s) bir qadın oruc tutduğu bir gündə öz kənizinə söydü. Bu vaxt həzrət yemək gətirdi və o qadına: "Ye” -dedi. Qadın: "Mən orucam” -deyə cavab verdi. Həzrət buyurdu: "Necə orucsan ki, söyüş söyürsən? Oruc tutmaq təkcə yemək-içməkdən çəkinməkdən ibarət deyil. Həqiqətən Allah taala orucu pis işlər, danışıqlar və digər pis əməllər üçün hicab qərar vermişdir. Oruc tutanlar nə qədər az, və aclıq çəkənlər nə qədər çoxdurlar. Nə qədər oruc tutanlar vardır ki, onların orucu ancaq ac və susuz qalmaqdır və nə qədər ibadət edənlər vardır ki, onların ibadətinin mahiyyəti və mənası ancaq zəhmətə düşməkdir. Zirək, ağıllı insanların yuxusu, axmaq (ağılsız) insanların yuxusuz qalıb ibadət etməsindən yaxşıdır. Ağıllı və zirək insanların iftar etmələri, ağılsızların oruc tutmağından xoşdur. 
    Cabir ibn Yəzid İmam Məhəmməd Baqirdən (ə) rəvayət etmişdir ki, peyğəmbər Cabir ibn Abdullaha buyurdu: "Ey Cabir, bu Ramazan ayıdır. Hər kəs bu ayın gündüzlərini oruc tuta və gecələrinin bir hissəsini ibadətlə məşğul ola, qarnını və şəhvətini haramdan saxlaya, dilini qoruya, özü bu aydan çıxdığı kimi, günahlarından da qurtular”. Cabir dedi: "Ey Allahın Rəsulu! Nə gözəl hədis buyurdun”. Həzrət buyurdu: "Ey Cabir, dediyim bu şərtlər bilirsən nə qədər çətindir!?” 
    Bu hissə də dörd fəsildən ibarətdir.
     
    Kitabın adı: Məfatihul Cinan
     
     
    Bölmə: Hicri-Qəməri təqvimi / Ramazan
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 10 Haziran 2016 16:23 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun. Çox deyerli mövzudur, Allah Abbas Qumini rehmet etsin bu kitabı çox gözəl yazib yaxşı izah edib. Kaş bütün oruc tutanlar oxuya ve emel  ede inşallah.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.