![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sual oluna bilər: Necə olur ki, dua edirik, amma dualarımız qəbul olunmur?
Birinci cavab: Ömrüm boyu Allah-taalanın buyuruqlarına baxmadığım kimi çətinlikdən qurtardıqdan sonra yenə də hər şey əvvəlki vəziyyətinə qayıdacaq. Desələr: Xanım, bu nə geyimdir? Xanım, nə üçün namaz qılmırsan? Cənab, sən hara, içki məclisi hara? Cənab, özün haraya gəldi gedirsən, heç olmasa gəlməyənlərə lağ eləmə. Bu kimi suallar qarşısında deyəcəyəm ki, mən demokratiya müsəlmanıyam. Belə olan halda Allah-taalanın mənim kimi müsəlman qarşısında nə öhdəliyi ola bilər? Darda olanda Onu çağıran və gözləmədən dərhal mənim fərmanınmda olacağını gözləyən mənim kimi demokratiya müsəlmanıdır. Görəsən O, mənim Allahımdır, yoxsa mən onun bəndəsi!
İkinci cavab: Çox zamanlar insanlar öz məsləhətlərini anlamaya bilmirlər. Geriyə baxsaq görərik ki, dua edib yalvardığımız, lakin nəticəsiz qalan bir sıra işlər olub. Amma müəyyən bir zamandan sonra o işin köklü olaraq bizim məsləhətimizə olmadığını anlamışıq. Allah-taala buyurur: "Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o, sizin üçün xeyirlidir. Və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki, o, sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz." (Bəqərə surəsi, ayə 216)
Üçüncü cavab: Bir iş insanın məsləhətinədir, lakin əldə edilməsi insanın öz istəyinə və dua etməsinə bağlıdır. Belə hallarda dua etdikdən sonra rəhmət qapıları insanın üzünə açılır. Allah-taala onun istədiyini lütf edir.
Əgər bəşər tarixinin sol hissəsi nadanlıq, qətliam, zinakarlıq, şərəfsizlik, cinayət, xəbislik, xəyanət və namərdliklə qaranlıqdırsa qarşılığında sağ hissə ağappaqdır. Peyğəmbərlər, Allah övliyaları və Allahın saleh bəndələrinin varlığı ilə mənəviyat dənizi daimi olaraq insanların üzünə açıqdır. Bəlkə də tövbə edənlər o dənizə baş vurmaqla təmizliyə çıxdılar. Həqiqətən orada xalis niyyətlə olunan dualar bəndəçilik məqamında Allah dərgahına edilən səcdələr, təqva adına tutulan oruclar necə gözəlliklər yaradır, insanlığın dərəcəsini yüksəldir və onu xəlifətullah məqamına layiq edir. Aşağıdakı duaların məzmununa diqqət yetirin:
Ey mənim Allahım, mənim ismət pərdələrini yırtan günahlarımı bağışla.
Ey mənim Allahım, mənim əzabın nazil olmasına səbəb olan günahlarımı bağışla.
Ey mənim Allahım, nemət qapılarını üzümə bağlayan günahlarımı bağışla.
Ey mənim Allahım, dualarımın qəbul olunmasına mane olan günahlarımı bağışla.
Ey mənim Allahım, bəlanın nazil olmasına səbəb olan günahlarımı bağışla...
Ey mənim Allahım, nə çox günahlarımın üzərinə pərdə çəkdin, nə çox bəlaları məndən geri qaytardın, nə çox mənə lütf və ehsanını bağışladın və pislikləri məndən uzaqlaşdırdın...
İndi isə ey mənim Allahım, izzətinə və əzəmətinə and verirəm ki, yaramaz əməllərimə görə dualarımı həbs etmə... İzzətinə and verirəm ki, hər bir halda mənə rəhmət və məhəbbətini şamil edəsən... Kumeyl duasından bir neçə cümlə. Bu dua həzrət Xizr əleyhissalamın duasıdır. Onu həzrət Əli əleyhissalam Kumeyl ibn Ziyad Nəxəiyə öyrətmişdir.
Ey Rəbbim, Səninlə Səni tanıdım, Sən özün mənə Öz müqəddəs zatına doğru yol göstərdin və məni Özünə tərəf dəvət etdin. Əgər Sən olmasaydın mən nə bilərdim ki, Sən kimsən... Ey mənim ağam, seyyidim və sərvərim, mənə yol göstərən Sənin müqəddəs zatına mərifətim oldu. Həmin yolda yardımçım Sənə bağlanan məhəbbətim oldu, lakin Səni tanımaqda Sənin özünə arxalanıram ki, hidayət yolunu göstərən Sən Özünsən. Mənə sakitlik verən də Sən Özünsən... Ey mənim Allahım, Səndən istəyim həmişə ürəyimdə qalacaq sabit imandır. Təqdirimin yalnız Sənin qüdrət əlində olduğuna kamil yəqinim olsun və həyat dövranımda Sənin qismətimdə qoyduğuna razı olum. Ey mehribanların ən mehribanı. Orucluqda oxunan Əbu Həmzə Sumali duasından bir neçə cümlə. Bu duanı İmam Zeynulabidin əleyhissalam Əbu Həmzəyə öyrətmişdir.
Həzrət Əli(ə) buyurur: "Allahummə kəfa bi izzən ən əkunə ləkə əbdən və kəfa bi fəxrən ən təkunə li rəbbən. Əntə kəma uhibbu fəcəlni kəma tuhibbu." Ey mənim Allahım, mənim üçün ən böyük izzət Sənin bəndən olmağımdır və mənim üçün ən böyük fəxr bu sayılır ki, Sən mənim Rəbbimsən. Ey Allah, Sən mənim sevdiyimsən, məni də elə et ki, Sən məni sevəsən.
Kitabın adı: Oruc
Müəllif: Seyyid Kazım Pərpənçi
Redaktor: Mir Cəfər Əyyubzadə
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |