Hicab – mənim kimliyimdir.
Hicab – mənim mənliyimdir.
Hicab – mənim məxsusiliyimdir.
Hicab – mənim örpəyimdir.
Hicab – mənim məxsusiliyimdir.
Hicab – mənim itaətimdir məni yaradanın əmrlərinə.
Hicab – mənim imanımın işarəsidir.
Hicab – mənim əqidəmin zərurətidir.
Hicab – mənim dinimdir.
Hicab – mənim "mən” olmağımdır.
Hicab – mənim şeytanla döyüşdə qalxanımdır, qılıncımdır.
Hicab – mənim var olmağımdır, eyni zamanda yox olmağımdır – Onun sözü qarşısında nəfsimin yoxluğudur.
Hicab – mənim "kəlməyi-şəhadət”imdir.
Hicab – mənim ixtiyarımdır.
Hicab – mənim şəxsiyyətimdir.
Hicab – mənim üçün iffət simvoludur.
Hicab – mənim qadınlıq qürurumdur.
Hicab – mənim zəfərim, qalibiyyətimdir, zamanın yalnış tələblərinə.
Hicab – mənim zamanın axarında qərq olanlara "Dayan!” nidamdır.
Hicab – mənim asanlığım deyil, çətinliyimdir- axı çətinliklə qazanılan daha dəyərlidir.
Hicab – mənim cihadımdır.
Hicab – mənim ağır yüklü dəyərimdir.
Hicab – mənim əxlaqi-zərurətdən doğan məhdudiyyətimdir.
Hicab – mənim xatırlamam və həm də xatırlatmamdır yaradılana Yaradanı.
Hicab – mənim azadlığımdır – "azadlıq” şüarı altında neçə minlərlə oyunların aləti olmağın müqabilində.
Hicab – mənim təmizliyimdir yad baxışların çirkinliyindən.
Hicab – mənim naməhrəmlər qarşısında cismani pərdəmdir. Amma Allahla mənim aramdakı pərdələri götürən məhrəmliyimdir.
Hicab – mənim təmizliyimdir yad baxışların çirkinliyindən... -