» » Dua etməyin təsirləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dua etməyin təsirləri
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 18-06-2016, 16:00 | Baxılıb: 1 239
     
     
    Dua etməyin təsirləri

          Belə bir söz deyirlər: Duanın təsiri narkotikin təsiri kimidir. Çünki, insanlar iş ardınca olub çalışmaq və zəhmət əvəzinə oturub özlərini dua etməklə aldadırlar.

          Yaxud belə deyilir: Dua etmək bir növ Allah-taalanın işlərinə qarışmadır. Allah-taala Özü nəyi məsləhət bilsə onu da edəcəkdir. İnsanlar dua etməklə o məsləhəti dəyişmək istəyirlər.

            Dua barəsində yuxarıda qeyd olunanlar   iki əsassız müxalif fikirdir ki, birincisini   dinə imanı olmayanlar, ikincisini isə ağılları dinlərindən çox olan bəzi müsəlmanlar söyləyirlər.

    Cavab: Dua dedikdə mənəviyyat qapılarının açarları nəzərdə tutulur. Nəticəsi isə dua edən insanın ürəyinin təmizliyinə və dilinin söylədiyinə bağlıdır. Həzrət İmam Cəfər Sadiq əleyhissalam buyurur: Əziz və Cəlalətli Allahın hüzurunda elə dərəcələr var ki, dua etmədən heç kəsə verilməz.

            O cümlədən deyilir: Əllər Allah-taalaya doğru uzanan zaman insan özünü tükənməz qüvvə və qüdrət və bütün kainatı bir-birinə bağlayan nüfuzlu hökmdarın hüzurunda hiss edir. Buna görə də bütün narahatçılıqları və bir çox narahatçılıqların qaynaqlandığı ürək duyğuları və qorxusu aradan götürülür.

     

    İkinci şübhənin cavabı:

              Əvvəlcə bir cümlə ilə ikinci şübhəni cavablandıraq, sonra isə birinci şübhəni açıqlayarıq inşallah. İkinci şübhə ilə bağlı-dua etmək bir növ Allah-taalanın işlərinə qarışmadir.-deyənlərə   bir sual vermək olar. Bu ifadə onların öz sözüdür, yoxsa Allah-taala tərəfindən vəkil kimi çıxış edirlər? Çünki, Allah-taala Özü insanlara göndərdiyi kitabda belə buyurur:

              "Rəbbiniz buyurur: Məni çağırın, Mən də duanızı qəbul edim.” (Ğafir surəsi, ayə 60) " (Allah-taalanı) qorxu və ümidlə çağırın ki, Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır.” (Əraf surəsi, ayə 56)

              İndi ki, Allah-taalanın Özü-Məni çağırın, Məndən istəyin-deyə buyurur elə isə deyin görək   Allah-taalanın işlərinə qarışanlar dua edənlərdir yoxsa belə şübhələri yaradanlar?!

     

    Birinci şübhəyə gəlincə:

          Duanı narkotik kimi fərz edənlər yəqin ki, duanın mənasını yaxşı anlaya bilmirlər. Çünki, duanın mənası təbii vasitə və imkanlardan əl çəkərək çalışıb   zəhmət çəkmək əvəzinə oturub dua etmək deyil. Bəlkə belə bir misal çəkməklə məsələni açıqlamaq olar:

          Deyirlər ki, bir kişi peyğəmbərin hüzuruna gəldi. Həzrət buyurdu: Dəvəni neylədin? Dedi: Ey Allahın elçisi, buraxdım və Allaha tapşırdım. O həzrət buyurdu: Dəvəni bağla, sonra Allaha tapşır. Yəni təbii imkanların nəticəsiz olduğu və insanın həqiqətən maddi imkanların hamısının üzünə bağlanaraq əlacsız hala düşdüyü zamana məxsusdur. Amma onların duanın mənasını başa düşmədiklərini deməyimiz inşallah təhqir sayılmaz. Çünki, maddi baxımdan hər şeyin özünə uyğun qabı və tutumu olduğu kimi mənəvi baxımdan da hər ifadənin özünə uyğun məktəbi və mədəniyyəti olmalıdır. Belə baxış nəzərindən dua ilahi və mələkuti məktəblərdə mənalı ola bilər. Yoxsa Allah-taalanın varlığı inkar olunan materialist məktəbində duanın nə mənası və ifadəsi, nə də anlayışı ola bilər. Onlar tövhid və tək Allaha iman gətirmək kimi əsas məsələni inkar etdikləri üçün onlarla dua məsələsinə aid söhbət etmək soyuq dəmir döymək kimidir. Çünki, dua təbii imkan və qüdrətlərdən yuxarı bir qüdrətdən istək diləməkdir. Halbuki, materialisltərin belə qüdrətə inamları yoxdur.

          İkinci bir baxış yönüylə deyə bilərik ki, onların duanın mənəvi, ruhi, ictimai və tərbiyəvi təsirlərindən xəbərləri yoxdur. Onlar insanın cisminin yorulduğu və xəstələndiyi halda dayanacağa ehtiyac duyduğunu və ruh və iradəsinin güclənməsi üçün də bir dayanacağa ehtiyaclı olduğunu anlamaq istəmirlər. Doktor (Aleksis Karl) deyir: Hansı millətin içində dua etmək imkanı yaranmazsa o millət istər-istəməz məhv olmalıdır. Həmçinin o, deyib: Hansı ölkədə insanlar özlərində dua etmək halını öldürsələr sonda o ölkə özü də aradan getməlidir.

          Əziz oxucu, Aleksis Karl bu ifadəni illər öncə, materialist məktəbi içindən çürüyüb   arxası yerə dəydiyi vaxtdan qabaq demişdi. Çünki, insanın fitrətindən və içindən gələn istəyi danırdılar. Cibində pul olmadan uşaqla birlikdə bazara gedənə bənzəyirdilər. Belə halda uşaq deyir: Atacan, mən acam. Ata isə-pis işdir, səs eləmə-deyir. Az keçmədən uşaq yenə deyir ki, acam, lakin həmin cavabı eşidir. İndi isə deyin görək haçana kimi ac uşağı pis işdir cavabı ilə ac saxlamaq olar?

          İnsan ağlı ilə anlayır ki, özü özünü yaratmayıb. Dünyanın keçmişini bilməli olduğu kimi bilmir. Nə vaxtdan yaranıb, necə yaranıb, sonra necə olmalıdır? Çünki, bu günki həyatı bu iki bilmirəmə bağlıdır. İnsan iki müəmmanın arasında yaşayarkən özünə dayanacaq axtarır. Lakin ona çığırırlar, pis işdir, elə danışma deyə. Belə halda deyirlər: Fanatikdir, mövhümatçıdır. Axı haçana kimi deməməlidir? Səksən il, yüz il...? Bir də görürsünüz ki, axırda sözün üstü açıldı, içdən partlayış oldu və həmin pis iş deyənlərin özləri mənəviyyata doğru qaçdılar. Halbuki, Qurani-Kərim 1400 il bundan öncə buyurub:

          "(Ey peyğəmbər,) haqqa tapınaraq ürəyini bu dinə sarı çevir. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın yaratdıqlarında əsla bir dəyişiklik ola bilməz. Sabit və möhkəm din budur. Lakin insanların əksəriyyəti bunu bilmir." (Rum surəsi, ayə 30) Həmçinin həzrət İbrahim əleyhissalamın dili ilə buyurur: "Həqiqətən, mən səmimi qəlb və haqqa meyilliliklə üzümü göyləri və yeri yaradana tutmuşam və mən müşriklərdən deyiləm." (Ənam surəsi, ayə 79)

          Hədisdə buyurulur ki, Allah-taala həzrət Musa əleyhissalama buyurdu: Gecənin qaranlığında ürəyinin təmizliyi, cisminin tam təvazökarlığı və ağlar gözlə Məni çağır. Belə halda Mən də sənin duanı qəbul edərəm. Habelə həzrət Əli(ə) Növf Bukaliyə buyurur: Həzrət Davud peyğəmbər ibadət üçün gecənin yarısı yuxudan qalxarkən dedi: Belə saatda heç bir iman gətirən bəndə olmaz ki, Allah-taalanı çağırsın və duası qəbul olunmasın. Hər iki hədis Təfsiri-Nümunədən nəql olundu. Ayətullahul-uzma Nasir Məkarim Şirazinin nəzarəti ilə yazılmışdır.

     

     

    Kitabın adı: Oruc

    Müəllif: Seyyid Kazım Pərpənçi

    Redaktor: Mir Cəfər Əyyubzadə

     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 18 Haziran 2016 17:03 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim Allah dualarimzi qebul etsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.