» » » » “Fələq” və “Nas” surəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “Fələq” və “Nas” surəsi
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 17-04-2016, 16:00 | Baxılıb: 8 074
     

     
    "Fələq” və "Nas” surəsi

    (Muəvvəzətəyn)

    1-İmam Baqir (ə) buyurdu : Hər kəs Vətr namazında "Qul əuzu birəbbil fələq" və "Qul əuzu birəbinnas" (muəvvəzətəyn) surələrini "Qul huvəllahu əhəd" surəsi ilə oxusa, o şəxsə belə xitab olunar. Ey Allahın bəndəsi sənə muştuluq veririk Allah sənin vətr namazını qəbul etdi. 
    2-Übəyy ibn Kə`bdən nəql olunmuş hədisdə yazılıb ki hər kəs "Qul əuzu birəbbil fələq" və "Qul əuzu birəbbin-nas" surələrini oxusa, bilki Allah tərəfindən nazil olmuş bütün kitabları oxumuş kəs kimi olar. Uqbə ibn Amirdən rəvayətdə deyir: Allahın Rəsulu (s.ə.v.v.) belə buyurdu: Mənə misli olmayan ayələr nazil olmuşdur. O ayələr muəvvəzətəyndir. (Bu rəvayəti Müslüm özünün Səhih kitabında da nəql etmişdir). Uqbədən (s.ə.v.v.) belə rəvayət edib. O həzrət buyurdu: Ey Uqbə Qur`anda ən fəzilətli iki surəni sənə öyrətməyimmi? Dedim: Ya Rəsuləllah bəli öyrədin! Beləliklə o həzrət muəvvəzətəyni mənə öyrətdi, sonra onu sübh namazında oxudu və buyurdu: Onu (muəvvəzətəyni) yatan və ytağından qalxan zaman oxu.
    3-Fəzl ibn Yəsar deyir: Əbu Cəfərin (ə) belə buyurduğunu eşitdim: Allahın Rəsulunun (s.ə.v.v.) cismində şiddətli ağrılar tapılmışdı. Cəbrail və Mikail (ə) o həzrətin xidmətinə gəldilər. Cəbrail (ə) o həzrətin baş tərəfində Mikail (ə) isə onun ayaq tərəfində oturdu. Beləliklə Cəbrail (ə) "Qul əuzu birəbbil fələq" surəsini Mikail isə "Qul əuzu birəbbin-nas" surəsini oxuyub o həzrəti dua etdilər və Allaha sığındılar.
    Pis adət olan vasvaslığı aradan qaldırmaq üçün ərəb ayının on dördündə Nas surəsini bir qaba yazıb onu yuyub, o qabdan su için və onunla dəstəmaz alın. İnşaallah tezliklə vasvaslıqdan nicat tapar.
    Deyirlər əgər Həmd və muəvvəzətəyni müqəddəs türbətlə yazıb, qadın və kişiyə içirtsəniz qadın oğlan uşağına hamilə olar. Əsəb xəstəliyini müalicə etmək üçün çoxlu nüsxələrdənbir neçəsini burada qeyd edirəm. 
    1-Rəvayət olunub ki, Həzrət İmam Rza (ə) bir şəxsin əsəb xəstəliyinin tə`sirindən bihuş olduğunu gördü. İmam qabda su gətirilməsini tələb etdi. Sonra həzrət Həmd, İxlas, və Muəvvəzətəyn (fələq və nas) surələrini o suya oxudu və suyu onun başına səpdi, beləliklə də o kişi ayıldı. Əgər bir şəxs əsəb xəstəliyinə düçar olsa, bu surələri (Həmd, İxlas, Fələq, Nas) yazıb özündə saxlasa şəfa tapar. 
    2-İmam Muhəmməd Baqirdən (ə) nəql olunmuş ayrı bir hədisdə yazılıb ki, xəstənin yanında əyləşib Həmd, Fələq, və Nas surələrinin hər birini on dəfə bihuş olmuş xəstəyə oxusanız, o ayılar. 
    3-Bu xəstəliyə qarşı ər-Rəhman surəsini kağıza yazaraq, "Ayətəl-kürsü”nü isə onun haşiyəsində yazıb özünüzdə saxlayın. 
    4-Ləyl surəsini əsəb xəstəliyinin tə`sirindən bihuş olmuş adamın qulağına oxusanız ayılar.
    5-Cin surəsini oxuyub əsəbdən bihuş olmuş şəxsə tərəf üfürsən o ayılar. 
    6-Bu ayəni oxusan və yaxud yazıb onun suyunu içsən əsəb xəstəliyin sağalar.
    Ayə-"Bismillahir-rəhmanir-rəhim. Fəxələfə min bəədihim xəlfun əzaus-səlatə vəttəbəuş-şəhəvati fəsəvfə yəlqunə ğəyyən." (Məryəm 59) "Və səlləllahu əla Muhəmmədin və alihi əcməin." 
    Yeddi ədəd mərci böyüklüyündə həb, yeddi ədəd qara dənə və yeddi damcı balı suda yaxud yağda qarışdırın. Sonra isə Həmdi, Muəvvəzətəyni "Ayətəl-kürsü”nü, Hədid surəsinin əvvəlinidən (1-ci ayədən 5-ci ayəyə )"tərcəul umur" -a qədər və Həşr surəsinin (21-ci) "Ləv ənzəlna " ayəsindən həmin surənin sonuna qədər düzəltdiyiniz mə`cuna oxuyun və sonra onu için. İnşaallah şifa taparsınız.
    "Məkarimul-əxlaq" kitabında yazılıb ki, bütün xəstəliklərə və dərdlər xatir bu ayələri bir kağıza yazın və xəstə şəxsin paltarına bağlayın inşaallah şifa tapar.
    "Bilhəqqi ənzəlnahu və bilhəqqi nəzzələ vəma ərsəlnakə illa mubəşşirən və nəzirən."(əl-İsra-105) "Və nunəzzilu minəl Qur`ani ma huvə şifaun və rəhmətun lilmu`minin". (əl-İsra-82) "Vəma Muhəmmədun illa rəsulun qəd xələt min qəblihir-rusulu, əfəin matə əv qutilə inqələbtum əla əəqabikum . Vəmən yənqəlib əla əqibəyhi." (Ali-İmran-144) "Və amənu bima nuzzilu əla Muhəmmədin və huvəl həqqu min rəbbihim, kəffərə ənhum səyyiatihim və əsləhə baləhum ". (Muhəmməd-2) "Makanə Muhəmmədun əbaəhədin min ricalikum və lakin rəsuləllahi və xatəmən-nəbiyyin." (əl-Əhzab-40) "Vəlləzinə məəhu əşiddau ələl kuffari ruhəmau bəynəhum, tərahum rukkəən succədən yəbtəğunə fəzlən minəllahi və rizvanən simahum fivucuhihim min əsəris-sucudi. Zalikə məsəluhum fittəvrati və məsəluhum fil incili kəzər`in əxrəcə şət`əhu".(əl-Fəth –29) " Və mubəşşirən birəsulin yə`ti min bəədi ismuhu əhməd. Fələmma caəhum bilbəyyinati qalu haza sihrun mubin" (əs-Səf-6) ."Vələv ənnə Qur`anən suyyirət bihil cibalu əv quttiət bihil ərzu əv kullimə bihil məvta .Bəl lillahi əmru cəmiən"(ər-Rəd-31). "Əlməlikul yəvmə lillahil vahidil qəhhar" (Ğafir-16) Və sonda bunu desin, "Bismillahi əlməktubi əla sabiqil-ərşi. "
    Bəd nəzəri dəf etmək üçün əllərini üzünün müqabilində tutub, Həmd, Tovhid, və Muəvvəzətəyn surələrini oxusun, və əllərini üzünə çəksin.
    Rəvayətdə yazılıb; bir nəfər qızdırmadan İmam Sadiqə (ə) şikayət edib dedi bir aydır ki, qızdırıram. Təbiblərin dediklərinə əməl etdim, ancaq qızdırmam düşmədi. Həzrət buyurdu: Köynəklərinin düymələrini aç, başını köynəyinin içinə daxil edib azan və iqamə de, sonra yeddi dəfə Həmd yeddi dəfə Fələq və yeddi dəfə Nas surəsini oxu. O şəxs dedi: İmamın dediyi kimi etdim elə bil ki, zindandan azad oldum. 
    Dünya malı kəsb etmək (əldə etmək) üçün bu surələri, (Şəms, Ləyl, Kafirun, Tovhid, Fələq, Nas ) yeddi dəfə oxusun, və sonra desin: "Allahumməc`əl li fərəcən və məxrəcən."
    Hacətlərinizin qəbul olunmasına xatir ömrünüzdə bircə dəfədə olsa bu xətmə əməl edin:
    Şənbə günü Fəth surəsini on dəfə oxuyun. Yekşənbə günü (bazar) Yasin surəsini on dörd dəfə, duşənbə günü (birinci gün) Vaqiə surəsini on dörd dəfə se şənbə günü (ikinci gün) Ərrəhman surəsini on dörd dəfə, çaharşənbə günü (üçüncü gün) Qul uhiyə (Cin) surəsini on dörd dəfə pəncşənbə günü (dördüncü gün) Təbarək (Furqan) surəsini on dörd dəfə, cümə günü Əlif-lam-mim səcdə (Səcdə) surəsini on dörd dəfə oxuyun, və bu surələri oxuyanda onların hər birisini bir mə`suma hədiyyə edin. Şübhəsiz ki, hacətiniz qəbul olunacaq., inşəaallah.
    Bir şəxs sinə atrısından İmamların (ə) birinə şikayət etdi, Həzrət buyurdu: Qur`andan şifa tələb et (al). Çünki Allah Qur`anda özü buyurur: "Sinədə olanların (dərdlərin) şifası (dərmanı) Qur`andır". Məkarim-Əxlaq kitabında yazılıb ki, sinə ağrısı üçün aşağıdakı ayəni oxuyub ona üfürün. 
    "Və iz qətəltum nəfsən fəddarə`tum fiha Vəllahu muxricun ma kuntum təktumun" (Bəqərə-72).
    Şifa ayəsini yazıb deyin: "Və nunəzzilu minəl Qur`ani ma huvə şifaun və rəhmətun lilmö`minin" (Əl-İsra-82).
    Körpəsinə süd verən qadın bu ayəni yazıb onu yuyub suyunu içsə, südü çoxalar.
    "Summə qəsət Qulubikum min bəədi zalikə fəhiyəl kəlhicarəti əv əşəddu qəsvətən. Və innə minəl hicarəti ləma yətəfəccəru minhul ənhar. Və innə minha ləma yəşşəqqəqu fəyəxrucu minhul mau, və in minha ləma yəhbitu min xəşyətillahi, və məllahu biğafilin əmma təələmun." (Bəqərə-74).
    Böyrək ağrısından və hər cür qəm-qüssədən nicat tapmaq üçün bu ayəni səhər vaxtı yazıb özündə saxlasın.
    "İn yəmsəskəllahu bizurrin fəla kaşifə ləhu illa huvə, və in yəmsəskə bixəyrin fəhuvə əla kulli şə`yin qədir. Və huvəl Qahiru fəvqə ibadihi, vəhuvəl həkimul xəbir." (Ən`am 17-18) 
    İbn Əbbasdan nəql olunub ki, hər kəsin qulağı ağrıyırsa, 
    1-Aşağıdakı ayəni oxumağı davam etdirsin. "Fəmən yəstəmiil ənə yəcid ləhu şihabən rəsədən." (Cin-9). Sonra bunu desin. "Kəən ləm yəsmə`ha kəənnə fi uzunəyhi vəqrən" (Loğman-7).
    2-Bir şəxs İmam Məhəmməd Baqirin (ə) hüzuruna gəlib qulağının ağır eşitməsindən şikayət etdi. İmam buyurdu ki, əlini qulağına sürtüb bu ayələri oxu. "Ləv ənzəlna hazəl Qur`anə əla cəbəlin lərəəytəhu xaşiən mutəsəddiən min xəşyətillah, və tilkəl əmsalu nəzribuha linnasi ləəlləhum yətəfəkkərun. Huvəlla-hulləzi la ilahə illa huvə, alimul ğəybi vəşşəhadəti, huvəllahulləzi la ilahə illa huvə, alimul ğəybi vəşşəhadəti, huvərrəhmanur-rəhim. Huvəllahulləzi la ilahə illa huvəl məlikul quddu sussəlamul mö`minul muhəyminul əzizul cəbbarul mutəkəbbiru, Subhanəllahi əmma yuşrikun. Huvəllahul xaliqul bariul musəvviru ləhul əsmaul husna, yusəbbihu ləhu ma fissəmavati vəl`ərzi, vəhuvəl əzizul həkim." (Həşr-21-24) 
    3-Qulağını əlinlə tutub aşağıdakı ayəni üç dəfə oxu: "Minha xələqnakum və fiha nuidukum və minha nuxricukum tarrətən uxra." (Taha-55).
    4-Bu ayəni yazıb özündə saxla. "Və iza Quriəl Qur`anu fəstəmiu ləhu və ənsitu ləəlləkum turhəmun." (Ə`raf-204) "Kəən ləm yəsməha kəənnə fi uzunəyhi vəqrən, fəbəşşirhu biəzabin əlim" (Loğman-7) 
    Dəful humum kitabında, hakimə qalib gəlmək üçün onun müqabilində (qarşısında) dayanıb de: "Həsbiyəllahu la ilahə illa huvə ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim." (Həşr-129) və sonra bu ayələri də onun qarşısında oxu: "Kətəbəllahu ləəğlibənnə ənə və rusuli innəllahə təviyyun əziz." (Mucadilə-21). yaxud bu ayəni oxu: "Yunicillahul-ləzinət-təqəv biməfazə-tihim, la yəməssuhumus-suu və lahum yəhzənun" (Zumər-61).
    Xəzanətul əsrar kitabında nəql olunub ki, hər kəs aşağıdakı ayəni ceyran dərisinə yazıb özündə saxlasa, bütün qorxu-hürkülərdən amanda qalar.
    "Ya mə`şərəl cinni vəlins inistətə`tum ən tənfuzu, latənfuzunə illa bisultan. Fəbiəyyi alai rəbbikuma şəvazun min narin və nuhasin fəla təntəsiran." (ər-Rəhman-33-35).
    «İddətud-daimi» kitabında imamlardan rəvayət edilib ki, əgər bir şeydən qorxsan Qur`anın hansı yerindən istəyirsənsə yüz ayə oxu və sonra bu cümləni üç dəfə de: "İdfə ənnil bəla" 
    Bir hədisdə belə nəql olunub. Həzrət Rəsul (s.ə.v.v) bu duanı həzrət Əmirəl-mö`mininə (ə) öyrədib buyurdu: Müşkülə düşən zaman [Qur`anın] bu zikrini oxusan, Mütəal Allah oxuduğun kələmələrin bərəkətinin xatirinə sənə o giriftarçılıqdan nicat verər. "Bismillahir-rəhmanir-rəhim. La həvlə vəla quvvətə illa billahil əliyyil əzim iyyakə nəəbudu və iyyakə nəstəin." 
    Mö`min "Bəhrun-nəhafe" kitabında yazır, bir kəs müşküllə yaxud giriftarçılıqla qarşılaşsa, vəondan çıxış yolu tapa bilməsə, bu ayəni oxusun nicat tapar. "Bismillahir-rəhmanir-rəhim. Və ufəvvizu əmri iləllah innəllahə bəsirun bil ibad." (Ğafir-44) ondan sonra bunu de: "İlahi mağaradakı kişinin hörməti xatirinə ki onun ayaqları ilanın ağzındadır, ruzisi qeybdən gəlir, və o Allahın zikrinə məşğuldur, mən çəng atıb Mustafanın ətəyindən yapışıram ki, hacətim rəva olsun.".
    Misbah kitabında yazılıb, hər kəs Tur və İnfitar surəsini oxusa, həbsdən xilas olar inşaallah.
    Qur`an ayələrinin xüsusiyyətləri haqqında belə yazılıb, hər kəs aşağıdakı ayəni vacibi namazları qılandan sonra bir həftə ardıcıl (cümə günü əsr namazından başlamaqla) oxusa, Allah-taala onun işlərini asanlaşdırar və onun borcunu boynundun götürər. "Əl`anə xəffəfəllahu ənkum və əlimə ənnə fikum zə`fən. Fəin yəkun minkum miətun sabirətun yəğlibu miətəyni. Vəin yəkun minkum əlfən yəğlibu əlfəyni biiznillahi vəllahu məəssabirin." (Ənfal-66) 
    Fənirliyin aradan qaldırması və ruzinin çoxalması və Behişt qapılarının açılması üçün hər gün yüz dəfə "La ilahə illəllahul məlikul həqqul mubin" cümləsini desin.
    İmam Baqir (ə) buyurdu: Hər bir şeyin baharı vardırsa, Qur`anın da baharı mübarək Ramazan ayıdır . 
    Yeni il təhvil olanda salamatlıq xatirinə bu yeddi salamı çini kasaya müşk zəfəranla yazıb , yağış suyu ilə yuyub onu için. 
    1-Bismillahir-rəhmanir-rəhim. Səlamun əla Nuhin fil aləmin.
    2-Səlamun qəvlən min rəbbir-rəhim.
    3-Səlamun əla İbrahim.
    4-Səlamun əla Musa və Harun.
    5-Səlamun əla Ali Yasin.
    6-Səlamun ələykum tibtum fədxulu xalidin.
    7-Səlamun hiyə hətta mətləil fəcr.
    Qaf: Rəvayət olunub ki, Qaf surəsi oxunan evin sahibi dövlətli, izzətli, və xoşbəxt olar, və zillətdən qorunar. Təcrübə olunub.

    Quranı oxuyandan sonra oxunan dua

    Allahummə inni qəd qərə`tu ma qəzəytu min kitabikəl-ləzi ənzələhu əla nəbiyyikəs-sadiq . Səlləllahu ələyhi və alihi fələkəl həmdu rəbbəna . Allahum-məc`əlni mimmən yəhillu həlaləhu və yuhərrimu həraməhu və yu`minu bimuhkəmihi  və mutəşabihihi. Vəcəlhu li ənisən fi qəbri, və ənisən fi həşri. Vəcəlni mimmən yərqa bikulli ayətin qərəəha dərəcətən fi əəla illiyyin birəhmətikə ya ərhəmər-rahimin.
     
     
    Kitabın adı: Quranla dərman
    Müəllif: Məhəmməd Rza Kərimi Bəxtiyari
     
     
     
    Bölmə: Quran / Qurana aid / Quranla dərman
    Şərhlər: 5
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Muxtar davamçisi | Status: İstifadəçi Offline | 18 Nisan 2016 21:25 | İstifadəçi | Şərh yazdı
    [quote=Fatimə Nuri Xuda][quote=Muxtar davamçisi]ALLAH razi olsun,baci!!Vətr namazi hansi namazdi?Onu basa dusmedim[/quote]
    Allahın salamı və salavatı üzərinizə olsun.   
    Bildiyimiz kimi gecə namazı 11 rəkətdir: onun səkkiz rəkəti gecə nafiləsi niyyəti ilə, iki rəkəti "şəf" namazı niyyəti ilə, bir rəkəti "vətr" niyyəti ilə qılınır. Vətr burda bir rəkətli namazın adıdır.
    Allah yar və yardımçınız olsun inşəllah.  Cox sagol baci!ALLAH razi olsun!

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 18 Nisan 2016 10:00 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN QOY EVLERIMIZDEN HEMISE QURAN SESI UCALSIN AMIN INSAALLAH
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Fatimə Nuri Xuda | Status: İstifadəçi Offline | 17 Nisan 2016 22:41 | Administrator | Şərh yazdı
    Sitat: Muxtar davamçisi
    ALLAH razi olsun,baci!!Vətr namazi hansi namazdi?Onu basa dusmedim
    Allahın salamı və salavatı üzərinizə olsun.   
    Bildiyimiz kimi gecə namazı 11 rəkətdir: onun səkkiz rəkəti gecə nafiləsi niyyəti ilə, iki rəkəti "şəf" namazı niyyəti ilə, bir rəkəti "vətr" niyyəti ilə qılınır. Vətr burda bir rəkətli namazın adıdır.
    Allah yar və yardımçınız olsun inşəllah. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Muxtar davamçisi | Status: İstifadəçi Offline | 17 Nisan 2016 21:10 | İstifadəçi | Şərh yazdı
    ALLAH razi olsun,baci!!Vətr namazi hansi namazdi?Onu basa dusmedim

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 17 Nisan 2016 16:36 | İstifadəçi | Şərh yazdı
    cox gozel baci podzatylnik  oxuduqun Qurani qebul etsin Quran her zaman yoluna iwiq salsin Amin
    draznilka draznilka draznilka

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.