"Kafirun” surəsi
(Əlcuhd)
1-İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi namazlarında "Qul ya əyyuhəl kafiriun" və "Qul huvəllahu əhəd" surələrini oxusa, Allah onu, ata-anasını və onların övladlarının hamısını bağışlayar. Əgər o bədbəxtlərdən olmuş olsa, onun adını onların dəftərindən pozub, xoşbəxtlərin dəftərinə yazar, bu dünyada ona səadət bəxş edib, onu şəhid kimi öldürər, və şəhid kimi məşhur edər.
2-Übəyy ibn Kə`bdən nəql olunmuş hədisdə yazılıb ki, hər kəs Kafirun surəsini oxusa, Qur`anın dörddə birini oxumuş şəxs kimi olar, Şeytanın nökərləri ondan uzaq şirkdən pak, böyük divin qorxusundan amanda qalar.
Cümə günü sübh namazından sonra günəş çıxmazdan əvvəl Kafirun surəsini on dəfə oxu və yüz dəfə bu tərzdə salavat göndər "Əllahummə səlli əla Muhəmmədin ummi və alihi və səlləm", hər hacətin olmuş olsa, hasil olar.
"Nəsr” surəsi
(Təvdi`i)
1-İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi yaxud müstəhəbbi namazlarında "İza caə nəsrullahi vəlfəth" surəsini oxusa, Allah onu düşmənlərinin hamısının əleyhinə vuruşmaqda kömək edər. Allah Qiyamət günündə onun qəbrindən çıxartdığı məşhərə gələr, və o məktub onun Cəhənnəm körpüsündən ötüb keçmək üçün amannamədir. O gün heç bir şey nəzərdən yayınmaz, madam ki, ona xeyir ə yaxşılıqla müædə verər və axırda Behiştə daxil olar, və bu cahan heç vaxt arzu etmədiyi və qəlbindən keçmədiyi xeyr qapılarını onun üzünə açar.
2-Übəyy ibn Kə`bdən nəql olunmuş hədisdə vardır ki, hər kəs Nəsr surəsini oxusa, Məkkənin fəth olunmasında Allahın Rəsulu (s.ə.v.v) ilə birlikdə iştirak etmişdir. (Allahın Rəsulundan (s.ə.v.v)
Kitabın adı: Quranla dərman
Müəllif: Məhəmməd Rza Kərimi Bəxtiyari