"Təkasur” surəsi
1-İmam Sadiq (ə) buyurdu: Hər kəs Təkasur surəsini özünün vacibi namazlarında oxusa, Allah onun üçün yüz şəhidin savabını yazar. Bunlardan əlavə onun vacibi namazında qırx cərgədən ibarət olan mələklər onunla birlikdə namaz qılarlar. (İnşaallah).
2-İmam Sadiq (ə) buyurdu Allah: Rəsulu (s.ə.v.v) belə buyurdu: Hər kəs Təkasur surəsini yatan zaman oxusa, qəbrin fitnəsindən və giriftarçılığından amanda qalar.
3-Übəyy ibn Kə`bdən nəql olunmuş rəvayətdə yazılıb ki, hər kəs Təkasur surəsini oxusa, Allah dünyada ona əta etdiyi ne`mətlərinin hesablamaz, və ona min ayənin (oxumağının) savabını verər.
Rəvayətdə vardır ki, aşağıdakı qayda ilə qılınan iki rükət namazın çoxlu xeyri vardır.
Birinci rük`ətdə Fatihə surəsi ilə "Ayətəl-kürsü”nü və iki dəfə Tovhid surəsini oxusun. İkinci rük`ətdə Fatihə surəsini bir dəfə və Təkasur surəsini isə on dəfə oxumaqla namazı tamamlayıb, onu nəzərində olan vəfat etmiş şəxsə hədiyyə etsin. Sonra belə desin: "Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Vəb`əs il Qəbri filan."
İmam Cəfər Sadiq (ə) buyurdu: Təkasur surəsini (xəlvətdə) iyirmi dəfə oxuyun və sonra min dəfə salvat göndərib öz hacətinizi Allahın dərgahından istəyin. Çünki Allah onua qəbul edər (İnşaallah).
Hər kəs bu surəni başı ağrıyan üçün oxusa, Allahın izni ilə ağrısı aradan gedər.
"Əsr” surəsi
1-Həzrət Sadiq (ə) buyurdu: Hər kəs Əsr surəsini müstəhəbbi namazlarında oxusa, Allah Qiyamətdə onu nurlu çöhrəli gülərüzlü və gözləri nurla dolu qəbirdən qaldırar və elə bu halda Behiştə daxil edər.
2-Übəyy ibn Kə`bdən nəql olunmuş bir hədisdə yazılıb ki, hər kəs Əsr surəsini oxusa, Allah-taala ona səbr əta edər və Qiyamətdə haqq əshabəsi ilə birlikdə olar.
Əgər Əsr surəsini qızdırması olan bir kəsə oxusan, qızdırmadan sağalar. Hər kəs bu surəni halsız bir kəsə oxusa, əhvalı yaxşılaşar. (İnşaallah).
Kitabın adı: Quranla dərman
Müəllif: Məhəmməd Rza Kərimi Bəxtiyari