"Təbbət” surəsi
(Ləhəb, Məsəd)
1-İmam Sadiq (ə) buyurur: "Təbbət yəda əbi Ləhəb" surəsini oxuyan zaman Əbu Ləhəbə nifrin edin. Çünki o Nəbiyyi-Əkrəmin (s.ə.v.v) Allah tərəfindən gətirdiklərini təkzib edən kəslərdən idi.
2-Übəyy ibn Kə`bdən nəql olunmuş hədisdə vardır ki, hər kəs Təbbət surəsini oxusa, Allah onu Əbi Ləhəblə bir evdə yerləşdirməyəcəyinə ümidvaram.
Bu surəni bütün ağrılara oxu, inşaallah ağrı sakitləşər.
"Tovhid” surəsi
(İxlas)
1-İmam Baqir (ə) buyurdu: Bir kəs gün ərzində beş dəfə namaz qıla, və onların heç birində "Qul huvəllahu əhəd" surəsini oxumasa, ona xitab olunar ki, ey Allahın bəndəsi sən namaz qılanlardan deyilsən.
2-İmam Sadiq (ə) buyurdu: Bir şəxs həftə ərzində "Qul huvəllahu əhəd" surəsini oxumasa, və elə həmin halda ölsə Əbi Ləhəbin dinində ölmüşdür.
3-İmam Sadiq (ə) buyurdu: Hər kəsə bir xəstəlik yaxud giriftarçılıq üz versə, onu dəf etmək üçün "Qul huvəllahu əhəd" surəsini oxumasa, və elə o hadisənin səbəbi ilə ölsə, o şəxs od əhlindən olacaqdır.
4-İmam Sadiq (ə) buyurdu: Bir kəsin Allaha və Qiyamət gününə imanı vardırsa, özünün vacibi namazların qıldıqdan sonra "Qul huvəllahu əhəd" surəsini oxumağı tərk etməsin. Çünki hər kəs namazını qılıb qurtardıqdan sonra onu (Tovhid surəsini) oxusa, Allah dünya və axirətin xeyrini verər, onun atasını, anasını, övladlarının ata-anasının hamısını bağışlayar.
5-İmam Sadiq (ə) buyurdu: Allahın Rəsulu (s.ə.v.v) Sə`d bin Məazın cənazəsinə namaz qılıb buyurdu: Doxsan min mələk onun cənazəsinə namaz qıldılar, Cəbrail də onların arasında idi.
6-İmam Sadiq (ə) buyurdu: Hər kəs öz yatağında uzanıb, "Qul huvvəlahu əhəd" surəsini on bir dəfə oxusa, Allah onu öz evində və qonuşuluğundakı evləri qoruyacağdır.
7-Əmirəl-mö`minin (ə) buyurdu: Bir kəs "Qul huvəllahu əhəd" surəsini sübh namazından sonra on bir dəfə oxusa, həmin gündə günaha aludə olmaz, hərçənd ki, bu əməl Şeytanın istəyinin əksinədir.
8-Musa ibn Cəfər (ə) buyurdu: Hər kəs zalım bir hakimin yanına getməmiş "Qul huvəllahu əhəd" surənini oxusa, bu surəni oxumağın xatirinə Allah hər tərəfdən, qarşıdan, arxadan, sağ və sol tərəfdən onu zalımın şərrindən qoruyar. Əgər belə etsə, Allah o zalımdan ona bir yaxşılıq nəsib edər və onun şərrin ondan dəf edər. Həzrət yenədə buyurdu: Hər zaman bir şeydən qorxsan, Qur`anın hər hansı yerindən istəyirsən, yüz ayə oxu, sonra üç dəfə de: "Allahummə ikşif ənnil bəla" yə`ni: Ey mənim Pərvərdigarım bu bəlanı məndən uzaqlaşdır.
9-Həfs ibn Ğiyasdan rəvayət olunub ki, o dedi: Həzrət Sadiqin (ə) bir kişiyə belə buyurduğunu eşitdim. Dünyada həmişə qalmaq istəyirsənmi? Dedi: Bəli, Həzrət buyurdu: Nə üçün? Dedi: "Qul huvəllah" surəsini daim oxumaq üçün. Həzrət bir az sükut edib sonra buyurdu: Ey həfs bizim dostlarımızdan və şiələrimizdən bir kəs dünyadan köçsə, və Qur`anı düzgün oxumağı bacarmasa, qəbirdə ona oxumağı o həddə (dərəcəyə) qədər öyrədəcəklər ki, nəhayət Allah onu Behiştdə yuxarı aparar. Çünki Behiştin dərəcələri Qur`anın ayələrinin sayı ilə olacaqdır. Onu oxuyana deyiləcək oxu və yuxarı (yüksəyə) qalx.
10-Übəyy ibn Kə`bdən nəql olunmuş hədisdə vardır ki, hər kəs İxlas sursini oxusa, elə bilki, Qur`anın üçdə birini oxumuşdur. Allaha, Mələklər, səmavai kitablara, Allahın Peyğəməbərlərinə və Qiyamət gününə iman gətirmiş kəslərin sayı qədər ona onə həsənə verilər.
11-İmam Cəfər Sadiq (ə) buyurdu: Hər kəs özünün müstəhəb namazlarında Tovhid Qədr və "Ayətəl-kürsü” ayəsini oxusa, Allah onu insanların ən fəzilətli əməllərinə əməl etməkdə madam ki, bir kəs onun kimi yaxud ondan çox oxumasa, müvəffəq edər.
12-İmam Sadiq (ə) buyurdu: Hər kəs dörd rük`ət namaz qılsa, və hər bir rük`ətdə əlli dəfə "Qul huvəllahu əhəd" surəsini oxusa, bütün günahları bağışlanmayınca üzünü qiblədən döndərməsin.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər bir şey üçün nur vardırsa, Qur`anın da nuru Tovhid surəsidir.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kim "Qul huvəllahu əhədi" oxusa, Allah ona birinci ayəni oxumağın səbəbinə min (rəhmət) nəzəri edər, ikinci ayəni oxumağın səbəbinə onun min xahişini (istədiyi) qəbul edər, və dördüncü ayəni oxumağın səbəbinə onun min hacətini qəbul edər.
İmam Sadiq (ə) buyurdu: Yatan zaman Kafirun və Tovhid surəsini oxusa, Allah onun üçün şirkdən uzaq olmağı yazar.
Hər kəs sübh vaxtı Tovhid, Qədr surəsini və "Ayətəl-kürsü”nü on bir dəfə oxusa, malını ziyanvericilərdən qorumuşdur. Hər bir kəs günəş çıxmazdan əvvəl Tovhid və Qədr surəsini oxusa, həmin gün şeytan nə qədər çalışsa da onu günaha aludə edə bilməz.
Allah bir kəsə təzə paltar əta etsə, dəstəmaz alıb, iki rəkət namazı Həmd, ayətəl kürsü, Qulhuvəllahu əhəd və İnna ənzəlnah oxumaqla qılsın, sonra Allaha onun övrətini (bədənini) örtdüyünə və xalq arasında ona gözəllik bəxş etdiyinə xatir şükr etsin. Sonra isə bu duanı oxusa, "La həvla vəla quvvətə illa bəllahil əliyyil əzim", o paltarda günaha düşməz, bu nəticəsində paltarının sapının sayı qədər mələk onun üçün təqdis, bağışlanmaq və rəhmət tələb edər.
6-Deyirlər ki, cümə axşamı gecəsinin üçdə bir hissəsi keçəndən sonra, dəstəmazlı halda "Allahus-səməd" kələməsini zikr etməyin çox böyük tə`siri vardır.
7-Cümə axşamı "Allahus-səməd" xətmini qırx bir min dəfə oxusun. (çox təcrübə olunmuşdur). Yoxsulluğun aradan qaldırılması, ruzinin çoxalması və Behişt qapısının açılması üçün hər gün yüz dəfə "La ilahə illəllahul məlikul həqqul mubin" zikrini desin.
Deyirlər qüdrətli olmaq üçün (bir kəs ki ona nail olmaqda acizdir) üç cümə axşamında və hər dəfədə iki rəkət namaz qılsın, hər rəkətdə on dəfə mübarək Həmd surəsini və on bir dəfə Tovhid surəsini oxusun. Namazın salamından sonra isə yüz dəfə salavat göndərsin.
Peyğəmbərdən (s.ə.v.v) rəvayət olunub. Həzrət buyurdu: Cəbrail (ə) mənə elə bir dərman öyrətdi ki, onu bilənin təbib və dərmana ehtiyacı olmaz. Həzrət Əli (ə), Əbubəkr, Ömər, Osman, dedilər: Ya Rəsuləllah O nədir? Bizim elə dərmana ehtiyacımız var. Həzrət buyurdu: Bir qədər yağış suyu toplayıb Fatihə, Tovhid, Fələq, Nas, surələrini və "Ayətəl-kürsü”nü ona oxusun və yetmiş dəfə yeddi gün sübh və şam vaxtı o sudan içsin. Məni peyğəmbərliyə seçən Allaha and olsun. Həqiqətən Cəbrail mənə demişdir bir kəs bu sudan içsə, Allah onun bədənindən hər bir dərdi uzaqlaşdırar və ona bütün dərdə və xəstəliklərdən şifa verib sağaldar. Göz, sinə ağrılarını, sidiyin həbsini, və bəlğəmi qurutmaq, bu nüsxə ilə bütün xəstəlikləri sağaltmaq faydalıdır. İmam Məhəmməd Baqirdən (ə) rəvayət olunub ki, iflici, quluncu, mə`də bağırsaq havasını müalicə etmək üçün bu dua çox faydalıdır. Həmd, Qul əuzu birəbbil fələq, Qul əuzu birəbbin-nas, Tovhid surələrini müşk zəfəranla bir qaba yazın, davamında isə bu duanı yazın "Əuzu bivəchillahil əzim və biizzətihilləti la turamu və qudrətihilləti la yəmnəu minhu şəy`un min şərri hazəl vəcəi. Və min şərri ma fihi . Və min şərri ma əhzəru minhu." sonra o qabla su için.
Kitabın adı: Quranla dərman
Müəllif: Məhəmməd Rza Kərimi Bəxtiyari