207. Siyasət
983. Siyasət
3158. İmam Əli (ə) :«Mülkün idarəçiliyi siyasətdir.»
3159. İmam Əli(ə):«Başda oturanların bəlası siyasətdə acizlikdir.»
3160. İmam Əli (ə):«Gözəl siyasət rəhbərliyin davamiyyətinə səbəb olar.»
3161. İmam Əli (ə) :«Gözəl siyasət xalqın möhkəmliyinin mənşəyidir.»
3162. İmam Əli (ə):«Yaxşı tədbir görmək və israfçılıqdan çəkinmək gözəl siyasətdir.»
3163. İmam Əli (ə):«Pis tədbir tökmək viran olmağın səbəbidir.»
3164. İmam Əli(ə):«Siyasətin me‘yarı ədalətdir.»
3165. İmam Əli(ə) :«Mehribanlıq siyasətin başıdır.»
3166. İmam Əli (ə):«Dözümlü olmaq siyasətin zinətidir.»
984. Nəfsə hakim olmaq
3167. İmam Əli (ə):«Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa) xalq üzərində də siyasət yürütmək məqamına çatar.»
3168. İmam Əli(ə):«Öz nəfslərinizlə təqva ilə siyasət aparın və xəstələrinizi sədəqə verməklə müalicə edin.»
3169. İmam Əli(ə):«Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl, özü ilə siyasətlə davranmalıdır.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild