114. Dözümlülük
573. Dözümlülük
1739. Allahın Peyğəmbəri (s) :«Dözümlü insan peyğəmbərliyə yaxındır.»
1740. İmam Əli (ə):«Dözümlülük ağlın kamilliyidir.»
1741. İmam Əli (ə):«Dözümlülük möminin işinin nizama düşməsinin səbəbidir.»
1742. İmam Əli (ə):«Kişinin gözəlliyi onun dözümlülüyü ilə ölçülür.»
1743. İmam Əli (ə):«Əgər dözümlü deyilsənsə də, özünü dözümlü kimi göstər. Çünki özünü başqa insanlara bənzədib, sonunda onlardan birinə çevrilməyən çox az adam tapılar.»
1744. İmam Əli (ə):«Dözümlü o kəsdir ki, öz qardaşlarına qarşı dözümlü olsun.»
1745. İmam Rza (ə):«İnsan dözümlü olmayınca, abid olmaz.»
574. Dözüm gətirən şeylər
1746. İmam Əli (ə):«Ağlın artması ilə dözümlülük də artar.»
1747. İmam Əli (ə):«Sənə dözümlü olmağı tövsiyə edirəm, çünki o, elmin səmərəsidir.»
1748. İmam Əli (ə):«Dözümlülüklə vüqar yüksək əzm və iradədən doğulmuş iki əkizdir.»
575.Dözümlülüyün səmərələri
1749. İmam Əli (ə) :«Dözümlü olan, ağalıq edər.»
1750. İmam Əli(ə):«Düşməninə qarşı dözüm göstərən, ona qalib gələr»
1751. İmam Əli (ə) :«Dözümlü şəxsin bu xasiyyətindən götürdüyü ilk bəhrə, nadanın müqabilində xalqın onun köməyinə gəlməsidir.»
1752. İmam Əli (ə):«Qəzəbin şiddətli vaxtında dözüm göstərmək, insanı Allahın qəzəbindən amanda saxlar.»
1753. İmam Sadiq (ə) :«Köməklik üçün dözümlülük kifayət edər.»
576. Dözümlülüyün izahı
1754. İmam Həsən (ə) (dözümlülüyün mənası haqda sualın cavabında): «Dözümlülük qəzəbi boğmaq və nəfsi saxlamaqdır.»
577. Qəzəbli olanda dözümlülük
1755. Loğman (ə) :«Dözümlü şəxs qəzəbli vaxtından qeyri bir halda tanınmaz.»
1756. İmam Əli (ə) – ən dözümlü şəxs barədə sualın cavabında :«Qəzəblənməyən kimsədir.»
1757. İmam Səccad (ə) :«Mənim o insandan xoşum gəlir ki, qəzəbləndiyi vaxtı səbr onu haqlasın.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild