On ikinci: Min dəfə oxunan dua
Bütün ay boyu hər kim min dəfə: "Əstəğfirullahə zəl cəlali vəl ikrami min cəmiiz zunubi vəl asam "-desə, Allah onu bağışlayar.
On üçüncü: "İxlas" surəsi
İbni Tavus "İqbalul-əmal” kitabında peyğəmbərdən "İxlas” surəsini bu ayda on min dəfə, min dəfə, yüz dəfə oxumaq üçün çoxlu fəzilət nəql edir. Başqa hədisdə deyilir ki, hər kim bu surəni bu ayda cümə günü yüz dəfə oxusa, o, Qiyamət günü onu cənnətə dartıb çəkən nura çevriləcək.
On dördüncü: Oruc və dörd rəkət namaz
İbni Tavus belə nəql edir ki, bu ayda bir gün oruc tutula və dörd rükət; birinci rükətdə yüz dəfə Ayətəl-kürsi, ikinci rükətdə iki yüz dəfə "İxlas”surəsi ilə namaz qılınsa, həmin şəxs öz yerini cənnətdə görməmiş dünyasını dəyişməz.
On beşinci: Dörd rəkət namaz
İbni Tavus peyğəmbərdən belə nəql edir ki, hər kəs Rəcəb ayının cümə günündə zöhr və əsr namazları arasında dörd rükət namaz hər rükətdə "Həmd”dən sonra yeddi dəfə "Ayətəl-kürsi”, beş dəfə "İxlas” surəsi, sonra on dəfə "Əstəğfirullahəlləzi la ilahə illa huvə və əs`əluhut tovbə” sözlərini desə, Allah taala onun üçün bu namazı qılandan ölənə qədər hər gün min həsənat yazar və hər oxuduğu ayəyə görə cənnətdə qırmızı yaqutdan şəhər salınar, hər hərfə görə orada ağ dürdən saray tikilər və onu hurilərlə evləndirər. Allah ondan razı olar, onu abidlərdən sayar və aqibətini rəhmətlə, səadətlə bitirər.
Kitabın adı: Məfatihul Cinan