Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Rəcəb ayının birinci günü
Ərəbcə
لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ اللَّهُمَّ لا مَانِعَ لِمَا أَعْطَيْتَ وَ لا مُعْطِيَ لِمَا مَنَعْتَ وَ لا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ
Oxunuşu
La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumit, və huvə həyyun la yəmut, bəyədihil xəyru və huvə əla kulli şəy`in qədir.
Əllahummə la maniə lima ə`təyt, və la mu`tiə lima mə-nə`t, və la yənfəu zəl cəddi min-kəl cədd.
Və səlləllahi əla Muhəmmə-din və alihit tahirin, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim.
Tərcüməsi
Çox şərafətli gündür. Onda bir neçə əməl var;
1. Oruc tutmaq. Rəvayətə əsasən, Hz. Nuh bu gündə gəmiyə minib və onunla olanları oruc tutmağı əmr edib. Hər kim bu günü oruc tutsa, cəhənnəm odu ondan bir il uzaqlaşar.
2. Qüsl almaq.
3. İmam Hüseyni(ə) ziyarət etmək. Kəfəmi Bəşir Dəhhanın İmam Sadiqin(ə) belə buyurduğunu yazır: Hər kim Hüseyn ibn Əlini(ə) bu ayın əvvəli ziyarət edə, mütləq Allah taala onu bağışlayar.
4. İbni Tavusun "İqbal”da nəql etdiyi uzun duanı oxumaq.
5. Salmanın namazın qılmaq. Namaz on (iki-iki) rükətdir. Hər rükətdə bir dəfə "Həmd”dən sonra üç dəfə "İxlas” və üç dəfə "Kafirun” surələrini oxumaq lazımdır. Hər salamdan sonra əlləri göyə qaldırıb desin:
Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. Dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir.
Sonra desin:
İlahi, əta etməyinə heç bir maneə yoxdur, əta edən bir şəxs də yoxdur ki, Sən ona mane olasan və çalışan şəxsin çalışqanlığı onu Səndən ehtiyacsız etməz!
Sonra əllərini üzünə çəksin. Ayın ortasında da bu namazı elə bu tərzdə qılsın. Amma bu duadan (əla kulli şəy`in qədir) sonra desin: "İlahən vahidən əhədən fərdən səmədən ləm yəttəxiz sahibətən və la vələda.” Ayın axırında da bu tərtiblə qılsın, amma bu duanın yerinə (əla kulli şəy`in qədir) sonra desin:
Allahın salamı olsun Məhəmməd və onun pak Əhli-beytinə! Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
Sonra əllərini üzünə çəkib hacətlərini istəsin. Bu namazın faydalarından gərək qafil qalmayaq. Bil ki, Salmanın başqa namazı da var, onu ayın əvvəli qılırlar. Namaz on (iki-iki) rükətdir, hər rükətdə "Həmd”dən sonra üç dəfə "İxlas” surəsini oxumaq lazımdır. İnsanın bütün günahları bağışlanır, qəbir qorxusu çəkilir, Qiyamət əzabı yüngülləşir və bəzi cüzam, bədəndə ağ ləkələr yaranması kimi xəstəliklərdən onu oxuyanı qoruyur. Seyid də bu gün üçün dörd rükət namaz nəql edib, maraqlananlar "İqbal” kitabına müraciət edə bilərlər. Bu gündə bir nəqlə əsasən h.q tarixi ilə 57-ci ildə İmam Baqir(ə) anadan olmuşdur. Amma bu həqir bəndənin nəzərində Səfərin üçündədir. Başqa nəqlə əsasən bu ayın ikisində h.q tarixi ilə 212 –ci ildə İmam Hadinin(ə) anadan olma günüdür və o həzrətin şəhadəti bu ayın üçü h.q ilə 254-cü ildə Samirra şəhərində baş vermişdir. İbni Əyyaşın dediyinə görə bu ayın onunda İmam Cavadın(ə) anadan olma günüdür.
Kitabın adı: Məfatihul Cinan
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |