Peyğəmbərdən belə nəql olunur ki, hər kəs Rəcəb ayında yüz dəfə:
O Allahdan bağışlanmaq diləyirəm ki, Ondan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mən Ona tərəf qayıdıb tövbə edirəm.
- desə və onu sədəqə ilə başa vursa, Allah taala öz rəhmət və məğfirət qapılarını onun üzünə açar. Hər kəs dörd yüz dəfə desə, ona yüz şəhidin savabı verilər.
Onuncu: Lə iləhə illəllah
Peyğəmbərdən belə nəql olunur ki, bu ayda hər kəs min dəfə "La ilahə illəllah” desə, Allah onun üçün yüz min həsənat yazar və cənnətdə yüz şəhər tikər.
On birinci: Əstəğfirullahə Rabbi və ətubi iləyh
Rəvayətə əsasən, hər kəs Rəcəb ayında günün əvvəlində və axırında yetmiş dəfə: "Əstəğfirullahə və ətubu iləyh” -desə, sonra əllərini göyə qaldırıb: "Əllahumməğfir li və tub ələyy” -desə, əgər Rəcəb ayında dünyasını dəyişsə Allah taala bu aya xatir ondan razı olar və cəhənnəm odu ona toxunmaz.
Kitabın adı: Məfatihul Cinan